Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1970/2024 23.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, cavabdehlə 2008-ci ildə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Hüseyn və xx.xx.2014-cü il təvəllüdlü Dilqəm adlı uşaqları doğulmuşdur. Sonradan nikahları məhkəmə qaydasında pozulmuş və Mingəçevir şəhər Məhkəməsinin qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Hüseyn və xx.xx.2014-cü il təvəllüdlü Dilqəm adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 120 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Lakin həmin məbləğ uşağın saxlanması üçün kifayət etmir və uşaqları saxlamaqda maddi çətinlik çəkir. Bu da uşağın normal inkişafına və problemlərinin həllinə maneçilik törədəir. Ona görə də iddiaçı məhkəmədən aliment miqdarının dəyişdirilərək cavabdehdən uşaqların saxlanması üçün hər ay hər uşağa 500 manat olmaqla, cəmi 1000 manat sabit pul məbləğində aliment və 60 manat mediasiya xərcinin yarısının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının tələb etdiyi məbləğ çoxdur və həmin məbləği ödəməyə imkanı çatmır. Onun hər uşağa 135 manat ödəməyə imkanı çatır. Ona görə də iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan doğum şəhadətnamələrinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü Hüseyn və xx.xx.2014-cü il təvəllüdlü Dilqəm adlı uşaqları var. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-178/2020 saylı qətnaməsinin surətindən görünür ki, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Hüseyn və xx.xx.2014-cü il təvəllüdlü Dilqəmin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 120 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Beləliklə məhkəmə baxışında müəyyən olundu ki, tərəflər 2008-ci ildə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Hüseyn və xx.xx.2014-cü il təvəllüdlü Dilqəm adlı uşaqları doğulmuşdur. Sonradan nikahları məhkəmə qaydasında pozulmuş və Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Hüseyn və xx.xx.2014-cü il təvəllüdlü Dilqəm adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 120 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Hal-hazırda iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur və iddiaçının maddi cəhətdən çətinlikləri yaranmışdır. Ona görə də iddiaçı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini məhkəmədən xahiş edir. Lakin məhkəmədə iddiaçı cavabdehin qazancının və digər gəlirlərinin 500 manat məbləğində tutulacağı həcmdə olmasını tam sübuta yetirə bilmədi. Odur ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istəlinən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Odur ki, məhkəmə tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz iddia tələbinin əsasları olan faktiki halları qismən sübuta yetirmişdir. Belə ki o, məhkəməyə cavabdehin qazancı və digər gəlirləri barədə mötəbər sübutlar təqdim etmədi. Odur ki, məhkəmə hesab edir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı artırılaraq hər ay hər uşağa 190 manat olmaqla, cəmi 380 manat müəyyən edilməsi ədaləti və məqsədə müvafiqdir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləği olan 60 manat məbləğində pulun yarısının cavabdehdən tutulub ona ödənilməsinə tələbinə münasibətdə qeyd edir ki, ilkin mediasiya xərci olan 60 manat məbləğində pul tərəflər arasında bərabər şəkildə bölünməli və cavabdehdən 30 manat alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-178/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü Hüseyn və xx.xx.2014-cü il təvəllüdlü Dilqəm adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 60 manat məbləğində mediasiya xərcinin yarısı, yəni 30 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Alimentin tutulamsı qətnamə qanuni qüvvəsinə aldığı vaxdan hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1970/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1970/2024
23.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver