Məhkəmə qərarları › İş №2(051)-1972/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1972/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1972/2023 05.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 1400 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 34 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Yevlax rayon Balçılı kənd sakini İddiaçı ustalıq fəaliyyəti ilə məşğul olan Mingəçevir şəhər sakini Cavabdeh adlı şəxsə 2021-ci ilin iyun ayında fərdi yaşayış evi üçün 550 manat dəyərində dəmir qapı sifariş vermişdir. Cavabdeh dediyi vaxt dəmir qapını düzəldib ona təhvil vermiş və bundan sonra o, həmin ustaya həmin fərdi yaşayış evinin giriş darvazasını sifariş vermişdir. Ona telefon danışığında bildirmişdir ki,yaşadığı Yevlax rayon Balçılı kəndinə gəlsin və burada o 2000 (iki min)manat dəmir darvaza düzətmək üçün boyun olmuşdur və ona buna görə 1600 (min altı yüz) manat pul ödəmişdir. O sifariş verdiyi həyətyanı evin giriş darvazasını düzəltməmişdir. Ondan ödədiyi pulu geri istəyəndə o bu puldan yalnız 200 (iki yüz ) manat qaytarmışdır. O, darvaza üçün öz həyətində olan inək və onun balasını satmışdır. Beləliklədə Cavabdeh ona ziyan vurmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 17 aprel 2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı Cavabdeh onu aldadaraq 1400 manat pulunu ələ keçirməsi barədə ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İşə əlavə edilmiş cavabdehin məhkəməyə ünvanladığı müraciətdən görünür ki, cavabdeh dəmir qapı düzəltmək məqsədi ilə iddiaçıdan 1600 manat məbləğində pul almışdır. Beləliklə məhkəmədə müəyyən edildi ki, ddiaçı İddiaçı ustalıq fəaliyyəti ilə məşğul olan Mingəçevir şəhər sakini Cavabdeh adlı şəxsə 2021-ci ilin iyun ayında fərdi yaşayış evi üçün 550 manat dəyərində dəmir qapı sifariş vermişdir. Cavabdeh dediyi vaxt dəmir qapını düzəldib ona təhvil vermiş və bundan sonra iddiaçı, cavabdehə yenidən həmin fərdi yaşayış evinin giriş darvazasını sifariş vermişdir. Tərəflər fərdi yaşayış evinin giriş darvazasını düzəltmək üçün əmək haqqı üçün 2000 manata razılaşmışlar. İddiaçı dəmir darvaza düzətmək üçün cavabdehə ilkin olaraq 1600 manat pul ödəmişdir. Lakin cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməyərək sifariş icra etməmişdir. İddiaçı cavabdehdən ödədiyi pulu tələbedərkən cavabdeh həmin puldan 200 manat qaytarmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin iddiaçıya 1400 manat məbləğində borcunun olmasının sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olan Cavabdeh fərdi yaşayış evinin giriş darvazasını sifariş vermişdir. Həmin sifariş əsasında iddiaçı cavabdehə 1600 manat pul ödəmiş, cavabdeh isə müəyyənşləşdirilmiş müddətdə sifari əsasında qapı darvapzasını hazır edib sifarişçiyə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh götürdüyü öhdəliyi vaxtında yerinə yetirməyərək sifariş icra etməmişdir. İddiaçı sifariş verdiyi həmin əşyanı əldə edə bimədiyi üçün cavabdehdən ödədiyi pulu tələb edərkən cavabdeh həmin puldan 200 manat qaytarmışdır. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları 17 aprel 2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarla müəyyən edilmiş faktlarla sübut edir. Həmçinin cavabdehin Azərbaycan Respublikası Ali Məhkəməsinə ünvanlandırmış və aidiyyatı üzrə Migəçevir şəhər Məhkəməsinə göndərilmiş müraciətindən də cavabdehin iddiaçıya 1400 manat bocunun olması və həmin borcun cavabdeh tərəfindən müəyyən səbəblərə görə ödənilməməşi də öz təsdiqini tapır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında podrat müqaviləsindən əmələ gələn öhdəliklərin yerinə yetirlməməsi ilə əlaqədar olaraq pulun ger qaytarıliması ilə bağlı mübahisədir. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən əmələ gələn öhdəlikləri tənzimləyən normaların tətbiq edilməsi əsasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.2-ci maddəsinə əsasən Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Göründüyü kimi sadalanan mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan yazılı və şifahi müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, sadə yazılı müqavilənin imzalandığı andan bağlanmış sayılmasını, şifahi müqavilənin isə şəxsin rəftarından məlum olduğunu müəyyən etmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, 1400 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 34 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 (otuz dörd) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar