Məhkəmə qərarları › İş №2(051)-1973/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1973/2024

31.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1973/2024 31.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh1 12.400 manat məbləğində pul vəsaitinin, X2 600 manat məbləğdə pul vəsaitinin və X4 600 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçı X8 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.3 və 177.2.4-cü maddələri ilə; X9 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə və X10 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Mingəçevir şəhər Məhkəməsinə verilmişlər. Məhkəmə istintaqı zaman Cavabdeh1 ona elan olunmuş ittihamlar üzrə təqsiri tam sübuta yetirilmiş və o, Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli iş № 1(051)- 148/2021 saylı məhkəmə hökmü ilə 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkməsi hökm edilmişdir. Həmçinin, X3 ona elan olunmuş ittihamlar üzrə təqsiri tam sübuta yetirilmiş və o, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli iş № 1 (051)-148\2021 saylı məhkəmə hökmü ilə l(bir) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, X6 ona elan olunmuş ittihamlar üzrə təqsiri tam sübuta yetirilmiş və o, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli iş № 1 (051)- 148\2021 saylı məhkəmə hökmü ilə l(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qasımov X1 şəhər Məhkəməsinin xx.xx.2021- ci il tarixli iş № 1(051)-148\2021 saylı məhkəmə hökmündən Apelyasiya qaydasında Şəki Apellyasiya məhkəməsinə şikayət vermiş və Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli iş № 1(051 )-148\2021 saylı məhkəmə hökmü dəyişdirilmədən qüvvədə saxlamış və qərar elan olunduğu gündən qüvvəyə minmişdir. Qeyd edir ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək və barəsində hökm çxarılmışdır ondan ötəri ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədilə vahid niyyətlə əhatə olunmaqla qəsdən xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci tarixədək olan müddət ərzində gecə saatlarında X5 yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti döngə 1, ev- 10\1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşıb yaşayış yerinə qanunsuz daxil olmaqla ona məxsus 1 bağlaması 100 metr ölçüdə, en kəsiyi 2x4 mm, gərginliyi 450Y750 V, mis materialdan olan “Ayxan” markalı, 1 bağlamasının dəyəri 100(yüz) manat olmaqla, 124 (yüz iyirmi dörd) bağlama elektirik naqillərini gizli olaraq talamaqla xeyli miqdarda yəni, 12.400 (iki min dörd yüz) manat məbləğdə ona maddi zərər vurmuşdur. İş üzrə tam sübuta yetirilmişdir ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməli nəticəsində, bilavasitə ona 12.400 (iki min dörd yüz) manat məbləğində maddi zərər vurmuşdur. Həmçinin, X9 özgənin əmlakını gizli yolla talamaq məqsədilə qabaqcadan əlbir olulmaqla cinayət əlaqəsinə girərək qəsdən 2021-ci ilin aprel ayında istintaqla dəqiq müəyyən olunmayan vaxtda gecə saatlarında X5 yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti döngə 1, ev- 10\1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşıb yaşayış yerinə qanunsuz daxil olmaqla oğurluq edərək, ona məxsus 1 bağlaması 100 metr ölçüdə, en kəsiyi 2x4 mm, gərginliyi 450Y750 V, mis materialdan olan “Ayxan” markalı, 1 bağlamasının dəyəri 100(yüz) manat olmaqla, 6 (altı) bağlama elektirik naqillərini gizli olaraq talamaqla yəni, 600 (altı yüz) manat məbləğdə ona maddi zərər vurmuşdur. Bundan başqa, X10 özgənin əmlakını gizli yolla talamaq məqsədilə qabaqcadan əlbir olulmaqla cinayət əlaqəsinə girərək qəsdən 2021-ci ilin aprel ayının əvvəllərində istintaqla dəqiq müəyyən olunmayan vaxtda gecə saatlarında X5 yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti döngə 1, ev- 10\1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşıb yaşayış yerinə qanunsuz daxil olmaqla oğurluq edərək ona məxsus 1 bağlaması 100 metr ölçüdə, en kəsiyi 2x4 mm, gərginliyi 450\750 V, mis materialdan olan “Ayxan” markalı, 1 bağlamasının dəyəri 100(yüz) manat olmaqla, 6 (altı) bağlama elektirik naqillərini gizli olaraq talamaqla yəni, 600 (altı yüz) manat məbləğdə ona maddi zərər vurmuşdur. Qeyd olunan cinayət işi üzrə ibtidai istintaqda və məhkəmə araşdırması zamanı onun tərəfindən mülki iddia verilməmiş və məhkəmənin yekun qərarından sonra mülki iddia verməyi planlaşdırmışdır. Hal-hazırda Cavabdeh1 da cəzasını çəkib qurtarmışdır. Ona görə də, o, məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Odur ki, məhkəmə işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(051)- 148/2021 saylı hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM–in 177.2.1–ci və 177.2.3-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Cavabdeh2 04.05. 2021-ci il tarixdən 06.05 2021-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) gün müddət Azərbaycan Respublikası CM– in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM–in 177.2.1–ci və 177.2.3-cü maddələri ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, X6 04 may 2021-ci il tarixdən 06 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və Zərərçəkmiş şəxs İddiaçı cinayət qanununda nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququna malik olması izah edilməsi hökm edilmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdehlər mülki hüquq pozuntusu törədərək iddiasının pul vəsaitni qanunsuə olaray ələ keçriirmiş və bunun nəticəsində cinayət məsuliyyətinə cəlb olunmuşlar. Hal hazırda iddiaçı həmin pul vəsaitinin cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülki hüquq pozuntularından (deliktlər) irəli gələn mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq pozuntuları (deliktlər) tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh1 12.400 manat məbləğində pul vəsaiti, X2 600 manat məbləğdə pul vəsaiti və X4 600 manat məbləğdə pul vəsaiti tutularaq iddiaçı X8 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar