Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1982/2022 21.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi X5 qızının katibliyi, İddiaçı, Cavabdeh Mirsahib oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Mirsahib oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh Mirsahib oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o cavabdehlə xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2006-ci il təvəllüdlü Nurlan və xx.xx.2011-ci il təvəllüdlü Nuran adlı övladları doğulmuşdur. Sonradan nikahları məhkəmə qaydasında pozulmuş və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay, hər uşağa 70 manat cəmi 140 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Lakin həmin məbləğ uşağın saxlanması üçün kifayət etmir və uşaqları saxlamaqda maddi çətinlik çəkir. Bu da uşaqların normal inkişafına və problemlərinin həllinə maneçilik törədir. Ona görə də iddiaçı məhkəmədən aliment miqdarının dəyişdirilərək cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının tələb etdiyi məbləğ çoxdur və həmin məbləği ödəməyə imkanı çatmır. Bundan əlavə onu da bildirdi ki, maddi imkanı yoxdur və aylıq qazancı qeyri-müntəzəm dəyişkəndir. Ona görə də iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin əslindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X3 adlı uşaqları var. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)- 1556/2021 saylı qətnaməsinin surətindən görünür ki, məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər uşağa hər ay 70 manat, cəmi 140 manat müəyyən edilərək Cavabdeh Mirsahib oğlunadan tutulub İddiaçı verilməsi qət edilmişdir. Beləliklə məhkəmə baxışında müəyyən olundu ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-1556/2021 saylı qətnamə ilə məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər uşağa hər ay 70 manat, cəmi 140 manat müəyyən edilrərək Cavabdeh Mirsahib oğlunadan tutulub İddiaçı verilməsini qət edilmişdir. Hal-hazırda iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur və iddiaçının maddi cəhətdən çətinlikləri yaranmışdır. Ona görə də iddiaçı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini məhkəmədən xahiş edir. Lakin məhkəmədə iddiaçı cavabdehin qazancının və digər gəlirlərinin 400 manat məbləğində tutulacağı həcmdə olmasını tam sübuta yetirə bilmədi. Odur ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istəlinən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, İddiaçı öz iddia tələbinin əsasları olan faktiki halları qismən sübuta yetirmişdir. Belə ki o, məhkəməyə cavabdehin qazancı və digər gəlirləri barədə mötəbər sübutlar təqdim etmədi. Odur ki, məhkəmə hesab edir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı artırılaraq hər uşağa hər ay 140 manat müəyyən edilməsi ədaləti və məqsədə müvafiqdir. X7 ödənilən 50 manat dövlət rüsumuda cavabdehdən tutulkub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.20211-ci il tarixli 2(050)-1556/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh Mirsahib oğlunun qazancından və (və ya) başqa gəlirindən xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment, həmçinin, Mediasiya Şurasına ödənilən 50 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsinə aldığı vaxdan hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1982/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1982/2022
21.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver