Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2/2025 14.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi X3 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Kreditor İddiaçı İB borclu Cavabdeh qarşı borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 479.83 manat borcunun abonentin **********00420 saylı koduna və 20.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun isə borcludan tutularaq İddiaçı İB-nin ABB-nin Tərtər şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına (VÖEN/**********) köçürülməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli 2(051)-4587/2017 saylı məhkəmə əmri ilə borclu Cavabdeh 479.83 manat abonentin **********00420 saylı koduna, 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı İB-nin ABB-nin Tərtər şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına ödənilməsi əmr edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-2711/2024 saylı qərardadı ilə borclu Cavabdeh tərəfindən verilmiş yazılı etiraza əsasən, Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2(051)-4587/2017 saylı məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və əlavə göstərdi ki, Cavabdeh İddiaçı Tərtər X6 İdarəsinin Mingəçevir üzrə xidmət sahəsində kod **********00420, xx.xx.2017-ci il, 324 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə etmişdir. İddiaçı İB-nin Tərtər RQİİnin Mingəçevir üzrə xidmət sahəsi tərəfindən Cavabdeh mənzilinə ******* nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı İB-nin Tərtər RQİİ-nin Mingəçevir üzrə xidmət sahəsi tərəfindən Cavabdeh mənzilində **********6 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. Cavabdeh təbii qazdan istifadəyə görə borcu 2017-ci il tarixdən yaranmağa başlamışdır. Belə ki, sayğac vasitəsilə 26015 m3, yəni 2601.50 manat məbləğində təbii qazdan istifadə etmişdir. Hazırda istifadə etdiyi təbii qaza görə abonentin 479.83 manat borcu yaranmışdır. Dəfələrlə həmin abonentə şifahi və yazılı xəbərdarlıqlar edilsə də cavabdeh həmin məbləği hələ də ödəməmişdir. Cavabdeh onunla bağlanmış ”Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqı müqaviləsi”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh Mingəçevir şəhər İBİ 5 saylı zavod ərazisində məcburi köçkün kimi məskunlaşmışdır. 2010-cu il tarixdən 2016-cı il tarixə 3 nəfər ailə üzvü ilə qeydə alınaraq illik 126 manat məbləğində limit ayrılaraq Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilirdi. Limitdən artıq istifadə olunan təbii qaza görə borc məcburi qaçqın tərəfindən ödənilməlidir. Lakin illər ərzində ödənilməyən limitdən artıq borc yığılaraq 2016cı ilin dekabrına 365.43 manat olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1206 saylı xx.xx.2017-ci il tarixli Fərmanına əsasən təbii qaza görə limit dayandırıldı və 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 40,0 (qırx) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmiş, 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli 2(051)-4587/2017 saylı məhkəmə əmri ilə borclu Cavabdeh 479.83 manat abonentin **********00420 saylı koduna, 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı İB-nin ABB-nin Tərtər şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına ödənilməsi əmr edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli 2(051)-4587/2017 saylı məhkəmə əmri ilə borclu Cavabdeh 479.83 manat abonentin **********00420 saylı koduna, 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı İB-nin ABB-nin Tərtər şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına ödənilməsi əmr edilmişdir. Əvvəllər məcburi köçkünlərə yay və qış mövsümünə uyğun xüsusi qaz limitləri verilirdi. Yəni dövlət məcburi köçkünlərə müəyyən həcmdə qazı ödənişsiz verirdi. Azərbaycan Respublikası Prezidentinin 1206 nömrəli xx.xx.2017-ci il tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, 365.43 manat məbləğində borc əsassız hesablanmışdır. Tərtər RQİİ-nin Mingəçevir xidmət sahəsi tərəfindən ona ünvanlanmış xx.xx.2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək istifadə etmiş olduğu təbii qazın dəyərini tam ödəmədiyi üçün onun 361.63 manat borcu yaranmışdır. Borcun tam ödənilməsi tələb edilmiş, əks təqdirdə təbii qaz təchizatının heç bir xəbərdarlıq edilmədən dayandırılacağı göstərilmişdir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan Tərtər X6 İdarəsi ilə Cavabdeh arasında 13 iyun 2017-ci il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı–satqısı barədə müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Abonentin Saldosundan görünür ki, Cavabdeh təbii qazdan istifadəyə görə 12/2016 tarixə olan borcu 365,43 manat, 07/2017 tarixə olan borcu 479,83 manat təşkil edir. İşdə olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək istifadə etmiş olduğu təbii qazın dəyərini tam ödəmədiyi üçün onun 474.83 manat borcu yaranmışdır. Borcun tam ödənilməsi tələb edilmiş, əks təqdirdə təbii qaz təchizatının heç bir xəbərdarlıq edilmədən dayandırılacağı göstərilmişdir. İşdə olan Tərtər RQİİ-nin Mingəçevir xidmət sahəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək istifadə etmiş olduğu təbii qazın dəyərini tam ödəmədiyi üçün onun 361.63 manat borcu yaranmışdır. Borcun tam ödənilməsi tələb edilmiş, əks təqdirdə təbii qaz təchizatının heç bir xəbərdarlıq edilmədən dayandırılacağı göstərilmişdir. Məhkəmə tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.1972-ci il tarixdə Kəlbəcər rayonu, Zar kəndində doğulmuşdur. Yaşayış yeri üzrə Kəlbəcər rayonu, Zar ərazi dairəsi, Zar kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh İddiaçı Tərtər X6 İdarəsinin Mingəçevir üzrə xidmət sahəsində kod **********00420, xx.xx.2017-ci il, 324 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə etmişdir. İddiaçı İB-nin Tərtər RQİİ-nin Mingəçevir üzrə xidmət sahəsi tərəfindən Cavabdeh mənzilinə ******* nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı İB-nin Tərtər RQİİ-nin Mingəçevir üzrə xidmət sahəsi tərəfindən Cavabdeh mənzilində **********6 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. Cavabdeh məcburi köçkün olduğuna görə onun və ailə üzvülərinin istifadə etdiyi təbii qazın haqqı Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, lakin iddiaçı tərəfindən ona təbii qazdan istifadəyə görə 12/2016 tarixlər üzrə 365,43 manat, 07/2017 tarixə isə 479,83 manat məbləğində borc hesablanmışdır. İddiaçı təşkilatla cavabdeh arasında qazın alqı–satqısı barədə müqavilə isə xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Ondan sonra cavabdeh həmin müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 17.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, tərəflər arasında mübahisə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı–satqı müqaviləsinə əsasən təbii qazdan istifadə haqqının ödənilməsi ilə əlaqədar yaranmışdır. Ona görə də mübahisə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq, həmçinin mülki hüquq münasibətlərini tənzimləyən sahəvi normativ aktların əlaqəli normalarının tətbiqi əsasında həll edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən iddia tələbinə qiymət verərək hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı müddət 2012- 2017-ci illəri əhatə etdiyindən, mübahisənin həllinə həmin vaxt qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh məcburi köçkün olduğuna görə tərəflər arasında yaranmış mübahisənin qanuni həll edilməsi üçün 2012-2017-ci illər ərzində qüvvədə olmuş mülki hüquq normalarına və məcburi köçkünlərin istifadə etdikləri kommunal və digər xidmət haqlarının dəyərinin ödənilməsini tənzimləyən sahəvi normativ hüquqi aktlara əlaqəli şəkildə istinad edilməlidir. Belə ki, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli, 15 nömrəli qərarı ilə “məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi” Qaydasına görə məcburi köçkünlərin təbii qaza görə istifadə haqqının ödənilməsi Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən nəzərdə tutulmuşdur. Belə olan halda cavabdehə 12/2016 tarixlər üzrə təbii qazdan istifadəyə görə hesablanmış 365,43 manat məbləğində borc əsaslı deyildir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş və Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə ləğv edilmiş “məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi” Qaydasının 3-cü bəndində göstərilmişdir ki, məskunlaşmamış qaçqın və məcburi köçkünlərin (bundan sonra istehlakçılar) müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və sair xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə (bundan sonra Komitənin) həmin rayon (şəhər) üzrə nümayəndələri ilə birlikdə faktiki istehlakçıların (o cümlədən pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, hər bir işğal olunmuş rayon (şəhər) üzrə ayrı-ayrılıqda bu Qaydaya əlavə olunmuş forma əsasında tərtib edirlər. Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növü üzrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən Komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir. Həmin Qaydaların 5-ci bəndinə əsasən istehlakçıların istifadə etdikləri kommunal və digər xidmət haqları bu Qaydanın 4-cü bəndinə əsasən onların həcmi və dəyəri barədə təqdim olunmuş müvafiq maliyyə-mühasibat sənədlərinə uyğun olaraq Komitə tərəfindən mərkəzləşmiş qaydada xəzinədarlıq vasitəsilə aşağıdakı kimi ödənilir: -elektrik enerjisindən istifadə haqqı – “Azərenerji”, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Naxçıvan Muxtar Respublikasının X1; -şəxsi istehlak və həyətyanı torpaq sahələrinin suvarılması üçün sudan istifadə haqqı – xidmət idarələrinə, o cümlədən “Azərsu” Səhmdar Cəmiyyətinə, rayon (şəhər) su təsərrüfatı idarələrinə; - təbii qaza görə istifadə haqqı – Dövlət Neft Şirkətinə; -telefondan istifadə haqqı (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla)- Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə; digər xidmətlər (məişət tullantılarının daşınması və s.) üzrə – müvafiq xidmət təşkilatlarına. Həmin Qaydaların 6-cı bəndinə əsasən kommunal xidmət təşkilatları elektrik enerjisi (adambaşına ayda 150 kvt.s. nəzərdə tutulur), qaz və suya görə istehlakçıların istifadə etdiyi müvafiq xidmətin haqqını sayğacların göstəricilərinə (sayğac olmayan yerlərdə adambaşına müvafiq tarif və normalara) əsasən müəyyənləşdirir. Göründüyü kimi müəyyən edilmiş Qaydaya uyğun olaraq məcburi köçkünlərin təbii qazdan istifadə etdikləri xərcləri üzrə tələb olunan məbləğlər həmin xidmət növü üzrə müəyyənləşdirilməli, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanıb və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilməli, onların həcmi və dəyəri barədə təqdim olunmuş müvafiq maliyyə-mühasibat sənədlərinə uyğun olaraq Komitə tərəfindən mərkəzləşmiş qaydada xəzinədarlıq vasitəsilə təbii qaza görə istifadə haqqı – Dövlət Neft Şirkətinə ödənilməlidir. Belə olan halda cavabdehin təbii qazdan istifadəyə görə xərcləri üzrə tələb olunan məbləğləri hesablamaq və maliyyəmühasibat sənədlərini hazırlayıb, ödənişin aparılması üçün Komitəyə təqdim etmək iddiaçı təşkilatın vəzifəsi olmuşdur. İşin müəyyən edilmiş həqiqi hallarına görə iddiaçı təşkilat vaxtında maliyyə-mühasibat sənədlərini hazırlayıb təqdim etməmişdir. Ona görə də cavabdeh borclu olmadığı qənaətinə gəlmişdir. Ona görə də iddiaçının 2012-2016 illər üzrə təbii qazdan istifadəyə görə cavabdehə hesablanmış 365,43 manat məbləğində borca münasibətdə tələb etmək hüququ yaranmamışdır. Bununla yanaşı, məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 1206 nömrəli xx.xx.2017-ci il tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilmişdir. Ona görə də cavabdeh 2012/2016 tarixdən sonra təbii qazdan istifadəyə görə olan xərcləri ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 1206 nömrəli xx.xx.2017-ci il tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11–ci maddəsinin 6–cı bəndinə əsasən Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqısı, müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X5”nın 5.5–ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13–cü maddəsinin 10–cu bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının və qaz paylayıcısının səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.4-ci maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin təbii qazdan istifadəyə görə yaranmış 114,40 manat borcu abonentin **********00420 saylı koduna və Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20.40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı İB-nin ABB-nin Tərtər şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına (VÖEN/**********) köçürülməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM–in 77.1–ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 114,40 (bir yüz on dörd manat qırx qəpik) manat məbləğində borc alınıb abonentin **********00420 saylı koduna köçürülsün. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 20.40 (iyirmi manat qırx qəpik) manat məbləğində pul alınıb İddiaçı İB-nin ABB-nin Tərtər şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına (VÖEN/**********) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver