Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-200/2025 07.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş kredit məbləğinin bölünməsi” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi : İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş kredit məbləğinin bölünməsi” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, ailə ehtiyaclarının təmin edilməsi məqsədilə 04 aprel 2023-cü il tarixli GTKR0522572B129 №-li kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Mingəçevir filialından onun adına götürülmüş illik 25% dərəcəsi olmaqla 8000 manat əsas borcun və 3,347.52 manat faiz borcunun, cəmi 11,347.52 manat kredit borcunun onunla Cavabdeh arasında bank qarşısında birgə borclu kimi ½ hissədə bölünməsi; ailə ehtiyaclarının təmin edilməsi məqsədilə xx.xx.2022ci il tarixli 600804-430592/1 №-li kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Mingəçevir filialından onun adına götürülmüş illik 21,5% dərəcəsi olmaqla 3000 manat əsas borcun, 1,497.72 manat faiz borcunun, cəmi 4,497.72 manat kredit borcunun onunla Cavabdeh arasında bank qarşısında birgə borclu kimi ½ hissədə bölünməsi və 50 manat mediasiya xərcinin və 50 manat məhkəmə üçün dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Ailə ehtiyaclarının təmin edilməsi məqsədilə 04 aprel 2023-cü il tarixli GTKR0522572B129 №-li kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Mingəçevir filialından onun adına götürülmüş illik 25% dərəcəsi olmaqla 8000 manat əsas borcun və 3,347.52 manat faiz borcunun, cəmi 11,347.52 manat kredit borcundan faktiki ödədiyi ½ hissədən 5675.86 manat pulun birgə borclu kimi Cavabdeh alınıb ona verilməsi və 50 manat mediasiya xərcinin və 50 manat məhkəmə üçün dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 2014-cü ilin avqust ayında ailə qurmuş və xx.xx.2015-ci il tarixdə Mingəçevir Şəhər Nikah Evində nikahlarını rəsmiləşdirmişdir. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Nuridə və xx.xx.2017-ci il təvəllüdlü Mahir adlı iki övladları var. Cavabdeh sonuncu dəfə ona və azyaşlı oğluna qarşı qəddar münasibəti və oğlunu öldürməklə hədələməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə cavabdehlərlə birgə yaşadıqları Mingəçevir şəhəri M.Maqomayev prospektindəki 6 №-li evin 49 №-li mənzilini övladları ilə birgə tərk edərək atasının Mingəçevir şəhəri, A.Məmmədov küçəsindəki 5 saylı evin 36 saylı mənzilinə gəlmiş və həmin vaxtdan halhazıradək atasının mənzilində yaşayır. Lakin, faktiki ayrılsalar da, cavabdehlə aralarında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-69/2024 saylı qətnaməsi ilə pozulmuş və uşaqlar onun yanında qalmışlar. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli l(051)-19/2024 saylı hökmü ilə isə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü Mahirə qarşı törətdiyi cinayət əməlinə görə CM-nin 134-cü maddəsi ilə təqsirli bilinərək l (bir) il 3(üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh Mingəçevir şəhəri Nizami küçəsində “1941-1945 Qələbə Meydanının” yanında kafe işlədir. Həmin kafe keçmiş qaynı, Cavabdeh qardaşı X3 adınadır. Həmin iaşə obyektini qaynı Mahir Məmmədov əvvəlcə başqa şəxsə icarəyə vermişdir. Lakin 2023-cü ilin mart ayının axırlarına yaxın Cavabdeh ona dedi ki, “qardaşım Mahir obyekti icarədən geri götürür və mən işlətmək istəyirəm. Ancaq obyekti qaydaya salmaq lazımdır, təmirə ehtiyacı var, avadanlıqlar və sair alınmalıdır. Bunun üçün mənə nəğd pul lazımdır. Gəl sənin adına bankdan kredit pul götürək. Sən işləyirsən, əmək haqqın var, sənə bank kredit verəcək. Mən isə işləmədiyimə görə mənə kredit verməyəcəklər. Kafeni işlətsəm ailəmizin dolanışığı, gündəlik tələbatının ödənilməsi çox yaxşı olacaq, ailəmiz üçün yaxşı qazanc götürəcəm”. Onun dedikləri ilə razılaşmış və 04 aprel 2023-cü il tarixli GTKR0522572B129 №-li kredit müqaviləsi əsasında "xxxx" ASC-nin Mingəçevir filialından 8000 (səkkiz min) manat onun adıına kredit rəsmiləşmiş və Cavabdeh özü bankın kassasından pulu sayıb götürmüşdür. Götürdükləri kredit 25% illik faiz dərəcəsi ilə 35 ay müddətə verilib. Kreditin qaytarılması kredit müqaviləsinə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan Ödəniş qrafıkinə əsasən aparılır. Ödəniş qrafıkinə görə ödəniş 04 may 2023-cü il tarixdən başlayaraq 04 mart 2026-cı ilədək hər ay 324.21 manat ödənilir ki, sonda qaytarılmalı cəmi məbləğ 11,347.52 manat təşkil edir. İddiaçı musiqi məktəbində müəllim işlədiyini, əmək haqqının "xxxx" ASC vasitəsilə ödənildiyinə görə bank özü hər ay aylıq kredit ödənişini əmək haqqından tutduğunu qeyd etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikahları məhkəmə qaydasında pozulmasına baxmayaraq onlar 08 may 2023-cü ildən faktiki olaraq ayrı yaşayır. Lakin kredit götürdükləri vaxtdan hal-hazıradək kredit borcunu özü ödəmiş və ödəməkdə də davam edir. Odur ki, götürülən kredit borcu birgə nikah dövründə olduğu üçün və onun adına rəsmiləşdiyinə görə bu kredit borcu məbləğinin 1/2 hissədə bölünməsini istəyir. Daha sonra "xxxx"dan götürdükləri kreditdən əvvəlki illərdə Cavabdeh ona dedi ki, Mingəçevir şəhəri Kür çayının sahilində parkda yay mövsümü üçün uşaq əyləncə attraksionu və tir açıb işlətmək istəyir. “Bankdan sənin adına 3000 manat kredit götürək, yaxşı işdir, yaxşı qazanc əldə edərik, ailəmizin problemlərinə xərcləyərik” demişdir. O da etiraz etməmiş və xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Mingəçevir filialında 600804-430592/l №-li kredit müqaviləsi əsasında Səidənin adına 3000 manat kredit sənədləşdirilmiş və Cavabdeh kassadan həmin pulu götürərək dediyi mövsümi əyləncəli iş üçün sərf etmişdir. Kredit illik 21.5 % dərəcəsi ilə 48 ay müddətinə götürülüb. Banka qaytarılacaq cəmi kredit məbləği 4,497.72 manat təşkil edir və ödəniş qrafıkinə əsasən son ödəniş tarixi 10 iyun 2026-cı ildir. Bu kredit məbləğini 2024-cü ilin noyabr ayına qədər Cavabdeh ödəsə də, birgə nikah dövründə yaranan kredit məbləği (borcu) olduğuna və onun adına rəsmiləşdiyinə görə bu kredit borcu məbləğinin də ½ hissədə bölünməsini istəyir. Tərəflərin izahatları : İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bütün sübutların iş materiallarına əlavə edildiyini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmədə iştirak etməmişdir. Cavabdeh məhkəməyə yazılı izahat verərək, iddia tələbini qismən qəbul etmişdir. Belə ki, həmin kreditləri birgə nikah dövründə iddiaçı götürmüş və ailələri üçün xərcləmişlər. Həmin kreditlərin çox hissəsini o ödəmişdir. Boşanmadan sonra isə İddiaçı uşaqlarının saxlanması üçün aliment ödəyir. Qalan kredit borcunun tərəflər arasında bölünməsinə etiraz etməyərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və "xxxx" ASC-yə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İş materialları: xx.xx.2024-cü il tarixdə verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İ 472829 №li xx.xx.2024-cü il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X9 arasında bağlanmış nikaha xx.xx.2024-cü il tarixində xitam verilmiş, nikah pozulduqdan sonra qadına Allahverdiyeva soyadı verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-69/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X9 arasında xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhər Nikah Evində bağlanmış və 340 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması qət edilmişdir. AZ-İİİ 676094 №li xx.xx.2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. AZ-İV 050191 №li xx.xx.2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X5r. Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 №li Onbirillik Musiqi Məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 76 №li arayışdan görünür ki, X1 Aran Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 №li Onbirillik musiqi məktəbində fortepiano müəllimi işləyir. 2023-2024-cü tədris ilində aylıq əmək haqqı 331.33 manat olmuşdur. xx.xx.2024-cü il tarixli MŞM/MT031/2024-00537 saylı X2 iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh X2 iştirak etməmişdir. X9 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR0522572B129 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən X6 illik 25% faiz olmaqla, 35 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. X9 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 600804-430592/1 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən X6 illik 21.5% faiz olmaqla, 48 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 41 №li arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli GTKR0522572B129 saylı kredit müqaviləsi üzrə həmin tarixə olan borcu 3715.44 manat təşkil edir. xx.xx.2023-cü il tarixli ********** №li mədaxil qəbzindən görünür ki iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 50 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödənilmişdir. İşin faktiki halı : Tərəflər birgə nikah dövründə ailənin ehtiyacı üçün xx.xx.2023-cü il tarixdə iddiaçının adına bankdan kredit əldə ediblər. 04 may 2023-cü il tarixdən tərəflər arasında münasibətlər pozulub. Kredit borcuna görə tutulmalar iddiaçının əmək haqqına yönəldilmişdir. İddiaçı kredit borcundan ödədiyi ½ hissədən ibarət pulun birgə borclu kimi cavabdehdən alınaraq ona verilməsini tələb edir. Cavabdehin iddianın təmin edilməsinə, borcun tərəflər arasında bölüşdürülməsinə etirazı yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ərarvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il tarixli, 1/2024 saylı q ə r a r ı 4.7.Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. 6.18.Məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri). 6.20.Bölüşdürmə aparılması üçün əvvəlcə ümumi əmlaka daxil olan bütün aktivlərin və passivlərin dəyəri müəyyən edilir (məsələn, hər biri 100.000 manat olan iki mənzil, 50.000 manat qiyməti olan torpaq sahəsi, 50.000 manatlıq avtomobil və ərin adına olan 12 60.000 manat bank əmanətindən ibarət aktivin ümumi dəyəri - 360.000 manat, ərin adına rəsmiləşmiş kredit borcu isə 60.000 manat), həmin dəyər paylara müvafiq bölünür (məsələn, hər birinə ½ payla 180.000 manat aktiv, 30.000 manat passiv düşür), buna uyğun olaraq ayrı-ayrı predmetlər ərin və arvadın paylarına, daxil edilməklə onların ayrıca (fərdi) mülkiyyətinə verilir. 6.21.Bölüşdürmə zamanı konkret predmetlərin kimə verilməsi ilə bağlı əvvəlcə tərəflərin öz aralarında razılıq olub-olmadığı aydınlaşdırılmalı, belə razılıq olduqda paylaşdırma onların istəyinə uyğun aparılmalı, razılıq olmadıqda isə bölgü hər birinə eyni xarakterli predmetlər, bu da mümkün olmadıqda eyni dəyərdə müxtəlif predmetlər verilməklə həyata keçirilməlidir. Məsələn, yuxarıda göstərilən eyni dəyərdə olan mənzillərdən birinin, avtomobilin, habelə 30.000 manat əmanətin ərin, digər mənzilin, torpaq sahəsinin və 30.000 manat əmanətin isə arvadın mülkiyyətinə verilməsi, banka olan borca tərəflərin bərabər öhdəliyini tanımaqla bölgünün tamamlanması mümkündür. 6.35.Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 6.36.Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi İddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə etdiyi pul ailənin təminatının yaxşılaşdırılması üçün götürülsə də, kredit məbləği götürüldükdən 1 ay sonra iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə son qoyulmuşdur. Beləliklə iddiaçı götürülən kredit məbləğindən yararlana bilməmişdir. Bununla belə götürülən kredit məbləği iddiaçının əməkhaqqından tutulmağa davam edir. Belə olan halda iddiaçı götürülümüş borcun cavabdehlə arasında bölünməklə yarısını cavabdehdən tələb edə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, ailə ehtiyaclarının təmin edilməsi məqsədilə 04 aprel 2023-cü il tarixli GTKR0522572B129 №-li kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Mingəçevir filialından İddiaçı adına götürülmüş illik 25% dərəcəsi olmaqla 8000 manat əsas borc və 3,347.52 manat faiz borcu olmaqla, cəmi 11,347.52 manat kredit borcundan faktiki ödədiyi ½ hissədən 5675.86 manat pul birgə borclu kimi Cavabdeh, eləcə də 50 manat mediasiya xərci və 50 manat məhkəmə üçün dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh birgə borclu kimi ailə ehtiyaclarının təmin edilməsi məqsədilə 04 aprel 2023-cü il tarixli GTKR0522572B129 №-li kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Mingəçevir filialından İddiaçı adına götürülmüş kredit borcundan ½ hissədən 5675.86 (beş min altı yüz yetmiş beş manat səksən altı qəpik) manat pul, 50 (əlli) manat mediasiya xərci və 50 (əlli) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-200/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-200/2025
07.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver