Məhkəmə qərarları › İş №2(051)-201/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-201/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-201/2022 17.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Cavabdeh: Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması»na dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 1026.67 manat məbləğində kredit borcu, 5.29 manat məbləğində faiz borcu və 205.34 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1237 (bir min iki yüz otuz yeddi) manat 30 (otuz) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 32.37 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh1 oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə 30.12.2019cu il tarixdə bağladığı 015A********** saylı kredit müqaviləsinə əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1071.18 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 30.03.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürüdüyü kredit borcundan 44.51 manat ödəniş etmiş və onun iddiaçıya 1026.67 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 18.01.2021-ci il tarixə 200 gün üçün hesablanmış faiz borcu 5.29 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. 18.10.2021-ci il tarixə 200 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 205.34 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qayatara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X2 zaminlik müqaviləsinə əsasən bank qarşısında üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Ona görə də məhkəmədən Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 1026.67 manat məbləğində kredit borcu, 5.29 manat məbləğində faiz borcu və 205.34 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1237 (bir min iki yüz otuz yeddi) manat 30 (otuz) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 32.37 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bununla belə məhkəməyə ərizə göndərərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə 17.01.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə biləcəklərini nəzərə alıb, məhkəmə iclasını nümayəndələrinin iştirakı olmadan keçirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, o, həqiqətən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Mingəçevir fillialı ilə kredit müqaviləsi bağlamış və 1071.18 manat məbləğində kredit götürmüşdür. Lakin sonradan maddi vəziyyəti pisləşdiyindən kredit ödənişlərini edə bilməmişdir. Onun fikrincə borc məbləği şişirdilmişdir. Cərimə məbləği çox yüksəkdir. Məhkəmədən qətnamə çıxararkən izahatında göstərdiyi halları nəzərə alamasını xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Cavabdeh1 bankdan borc götürərəkən ona zamin olmuşdur. Cavabdeh1 borcu götürdükdən sonra maddi vəziyyəti pisləşdiyindən borcunu ödəyə bilməmişdir. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş 30.12.2019-cu il tarixli, 015A********** nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 oğlu arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 oğluna 1% dərəcəsi ilə, 60 ay müddətinə 1071.18 manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş 015G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 oğlu Borc alanın 30.12.2019-cu il tarixli, 015A********** nömrəli kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə olunmuş Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 oğlu 30 yanvar 2020- 30 dekabr 2024-cü il tarixləri ərzində aylıq 0.83-23.00 manat ödənişə razı olmuşdur. İşə əlavə olunmuş 12.30.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 oğlu 1071.18 manat məbləğində kredit götürmüşdür. İşə əlavə olunmuş 18 oktyabr 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, əsas məbləğ üzrə borc 1026.67 manat, faiz üzrə borc 5.29 manat, cərimə borcu 205.34, cəmi hesablanmış gecikdirilən günlərin sayı 200 gün və cəmi borc 1237.30 manat hesablanmışdır. İşə əlavə olunmuş xəbərdarlığın surətindən görünür ki, Cavabdeh1 oğlundan cəmi 1235,13 manat məbləğində borcu banka ödəməsini, ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196-cı maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, kredit borclarını ödəməkdən qəsdən yayınmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının cavabdehlərə qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün 205.34 manat cərimə hesablanmışdır. Lakin məhkəmə borcluya 205.34 manat məbləğdə dəbbə pulunun artıq hesablandığı qənaətindədir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, borcludan 5 manat miqdarda dəbbə pulu alınmalıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı və Cavabdeh1 oğlu, Cavabdeh2 1026.67 manat məbləğində kredit borcu, 5.29 manat məbləğində faiz borcu və 5 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1237 (bir min iki yüz otuz yeddi) manat 30 (otuz) qəpik məbləğində borc tutularaq İddiaçı QSC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 32.37 manat məbləğdə pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 480-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. Cavabdeh1 oğlu və Cavabdeh2 1026.67 manat məbləğində kredit borcu, 5.29 manat məbləğində faiz borcu və 5 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1036,96 (bir min otuz altı manat) manat 96 (doxsan altı) qəpik məbləğində borc tutularaq İddiaçı QSC-yə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 32.37 manat pul Cavabdeh1 oğlu və Cavabdeh2 tutulub İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar