Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2016/2021 12.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı ASC–nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 26.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3019.28 manat əsas borcun, 312.55 manat faiz borcu, 105.13 manat cərimə borcu olmaqla, ümumilikdə 3436.96 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, bankla cavabdeh arasında bağlanmış 26.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Nikoyl İKB ASC cavabdehə illik 23 faiz olmaqla 36 ay müddətinə 7000 manat kredit vermişdir. Lakin cavabdeh öhdəliyinə əməl etməmiş, nəticədə onun 3019.28 manat əsas borcun, 312.55 manat faiz borcu, 105.13 manat cərimə borcu olmaqla, ümumilikdə 3436.96 manat yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Hesab edir ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozduğuna, habelə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyır və göstərilən məbləğdə borcunu ödəməlidir. Odur ki, iddianın təmin olunaraq, cavabdehdən 3019.28 manat əsas borc, 312.55 manat faiz borcu, 105.13 manat cərimə borcu olmaqla, ümumilikdə 3436.96 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC–nin nümayəndəsi Vüsal Həsənli məhkəmə iclası zamanı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC (əvvəlki adı "xxxx" İKB ASC) ilə cavabdeh arasında bağlanmış 26.04.2019-cu il tarixli 10-Y-2-0-560-19 nömrəli kredit müqaviləsindən görünür ki, bank cavabdehə illik 23 faiz olmaqla 36 ay müddətinə 7000 manat kredit vermişdir. İşdə olan tərəflər arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh kredit məbləğini əsas borc və faizləri ilə birlikdə 26.05.2019- 26.04.2022-ci il ərzində hər ay 270.97 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 26.04.2019-cu il tarixli kassa məxaric qəbzinin surətindən görünür ki, cavabdeh həmin tarixdə İddiaçı ASC–dən (əvvəlki adı "xxxx" İKB ASC) 7000 manat məbləğində pul vəsaitini şəxsən almışdır. İşdə olan cavabdehə ünvanlanmış 08.09.2021–ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan İddiaçı ASC-yə aid maliyyə arayışından görünür ki, cavabdehin 26.04.2019-cu il tarixli 10-Y-2-0-560-19 nömrəli kredit müqaviləsi üzrə 17.09.2021-ci il tarixə banka olan borcu 3019.28 manat əsas kredit borcu, 312.55 manat faiz borcu, 105.13 manat cərimə borcu olmaqla, ümumilikdə 3436.96 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı bankla cavabdeh arasında bağlanmış 26.04.2019-cu il tarixli 10-Y-2-0-560-19 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 23 faiz olmaqla 36 ay müddətinə 7000 manat kredit vermişdir. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən kreditin və kredit faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmiş, həmçinin cavabdeh əsas borcu faizləri ilə birlikdə hər ay 270.97 manat məbləğində ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyinə əməl etməmiş, nəticədə onun 3019.28 manat əsas kredit borcu, 312.55 manat isə faiz borcu qalmışdır. Cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən, bank tərəfindən ona 105.13 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla cavabdeh arasında predmeti pul məbləği olan kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik 23 faiz olmaqla 36 ay müddətinə 7000 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış cədvələ uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin 17.09.2021–ci il tarixədək iddiaçı banka 3019.28 manat əsas borcu, 312.55 manat faiz borcu, qalmış, kredit bocunu vaxtında ödəmədiyinə görə əsas borca 105.13 manat cərimə hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdehdən 26.04.2019–ci il tarixdə bağlanmış 10-Y-2-0- 560-19 nömrəli müqavilə üzrə 3019.28 manat əsas, 312.55 manat faiz borcu alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq, 5 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 5 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, 26.04.2019-ci il tarixli 10-Y-2-0-560-19 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən əsas kredit borcu üzrə 3019.28 manat əsas borcu, 312.55 manat faiz borcu, 5 manat cərimə olmaqla, cəmi 3336.83 manat məbləğində pul alınıb iddiaçı banka verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 26.04.2019-ci il tarixli 10-Y-2-0-560-19 nömrəli kredit müqaviləsi üzrə 3019.28 (üç min on doqquz manat, iyirmi səkkiz qəpik) manat əsas borc, 312.55 (üç yüz on iki manat, əlli beş qəpik) manat faiz borcu, 5 (beş) manat əsas məbləğə hesablanmış cərimə olmaqla, cəmi 3336.83 (üç min üç yüz otuz altı manat, səksən üç qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2016/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2016/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver