Məhkəmə qərarları › İş №2(051)-202/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-202/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-202/2024 29.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 5120 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 75 manat məbləğində pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh onun tanışıdır. 10 ildən çoxdur ki, onu tanıyır. 2014-cü ildə ondan borc istədi, o, isə pulu olmadığı üçün verə bilmədi. O isə qarşılığında bildirdi ki, bank işçiləri ilə münasibəti yaxşıdır. Kredit ala bilər. Nəticədə arvadı X5 adına Azərbaycan Beynəlxalq Bankından 2700 manat kredit götürüb vermişdir. O bu pulu özü ödəyəcəyini bildirdi. Bundan sonra da bizə bankdan heç bir zəng gəlmədiyinə görə ödənişin olduğunu düşündülər. 2017-ci ildə ondan əlavə 2000 manat da borc almışdır. Bu pulları isə o, şahidlərin iştirakı ilə vermişdir. O qarşılığında pulu ödəyəcəyini bildirmişdir. Sonradan 2018-ci ildə bank tərəfindən məhkəməyə müraciət edildikdə müəyyən oldu ki, o heç bir ödəniş etməmişdir. Nəticədə onlardan Mingəçevir şəhər Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2(051)-3002/18 saylı qətnaməsi ilə arvadı X3 3090 manat borc və 30 manat dövlət rüsumu tutulmuşdur. Bundan sonra da o, yənə də pulu ödəyəcəyini hal-hazırda imkanı olmadığını bildirmişdir. Nəticədə 2022-ci il sonuna hamısını birdən ödəyəcəyini qeyd etmişdir, lakin bugünki günə qədər hər hansı bir məbləğ ödəməmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi, Vəkil məhkəmə iclası zamanı və iddia ərizəsinə qarşı etirazında iddianı qəbul etmədi və əlavə olaraq göstərdi ki, İddiaçı ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. Guya o, ondan 2014-cü ildə borc istəmiş, lakin onun pulu olmadığı üçün arvadı Könül Ağayevanın adıa 2700 manat kredit götürüb vermişdir, iddiada qeyd olunanlar yalandır. Belə ki, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(051)- 724/2019 saylı qətnaməsi ilə X5 ona qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədə həmin borcla bağlı ona verilməsi məhkəmə iclasında sübut olunmamışdır. Beləliklə də, tərəf sadəcə iddiaçının adını dəyişərək iddia tələbi vermişdir. Beləliklə də bu pulun ona verilməsi sübut olunmamışdır. İddiaçının iddia etdiyi 3090 manat hissəsi barədə məhkəmənin qanuni qüvvəsinə almış qətnaməsi olduğunu bildirir, iddia tələbinin 2000 manat hissəsinə münasibətdə isə iddiaçı tərəfində həmin məbləğin cavabdehə verilməsi barədə sübutaların olmamasını və iddianın həmin hissədə iddia müddətini ötürdüyü üçün iddanın 2000 manat hissəsinə iddia müddəti tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Odur ki, məhkəmədən iddianın rədd olunması haqda qətnamə çıxarılmasının xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmiş, cavabdeh isə məhkəməyə yazılı ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, İşdə olan Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(051)- 724/2019 saylı qətnaməsindən görünür ki, ilə X5 Cavabdeh qarşı eyni əsaslara pul tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh nümayəndəsi, Vəkil ərizəsindən görünür ki, iddanın 2000 manat hissəsinə iddia müddətini ötürdüyü üçün iddia müddəti tətbiq edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin iddiaçıya 5120 manat məbləğində pul borclu olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddia ərizəsini, cavabdeh tərəfin izahatının və iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı cavabdehə 5120 manat pul verdiyini göstərmişdir. Cavabdeh tərəf isə onunla iddiaçı arasında belə razılaşma olmadığını və bunun müqabilində də iddiaçı tərəfindən ona hər hansı pul verilmədiyini bildirmişdir. Həmçinin iddiaçının iddia etdiyi 3090 manat hissəsi barədə məhkəmənin qanuni qüvvəsinə almış qətnaməsi olduğunu bildirir, iddia tələbinin 2000 manat hissəsinə münasibətdə isə iddiaçı tərəfində həmin məbləğin cavabdehə verilməsi barədə sübutaların olmamasını və iddianın həmin hissədə iddia müddətini ötürdüyünü bildirmişdir. Buna əsaslanaraq cavabdehin nümayəndəsi məhkəmə iddanın 2000 manat hissəsinə idda müddəti tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə hesab eir ki, hal-hazır ki, mübahisə borc müqaviələsindən irəli gələn öhdəlik hüquq münasibətlərdir və öhdəlik hüquq münasibətəlrini tənzimləyən normaların tələblərinə uyğun tənzimlənməlidir. İş materiallarından və iddia tələbindən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir. Belə k, iddiaçı cavabdehdən tələb etdiyi 2700 manat pul 2014-cü ildə tərəflər arasında bağlanmış şifahi borc müqaviləsindən və iddiaçı tələb etdiyi 2000 manat pul isə tərəflər arasında 2017-ci ildə bağlanmış şifahi borc müqaviləsindən yaranan münasibətdir. Odur ki, məhkəmə idia tələbinə hissəvi olaraq ilk növbədə iddiaçı cavabdehdən tələb etdiyi 2700+bank tərəfindən hesablanmış faizlər cəmi 3090 manat pul tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, mülki işə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(051)- 724/2019 saylı qətnaməsindən görünür ki, iddiaçının arvadı X6 eyni əsaslarla halhazır ki, iş üzrə cavabdehə qarşı eyni məbləğdə 3090 manat pul tələbi ilə məhkəmədə iddia qaldırmış və Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(051)- 724/2019 saylı X5 Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə qanuni qüvvəyə minmiş həmin qətnaməni nəzərdən keçirib hesab edir ki, Mingəçevir şəhər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməs iddia tələbinə həmin hissədə xitam edilməsi deyil, təmin edilməməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. İş materniallarından da görünür ki, hal- hazır ki iş üzrə tələb ilə, 2(051)- 724/2019 saylı iş üzrə iş üzrə tələb eyni predmet barəsində və eyni əsaslarla olsa da, tərəflər yəni, ddiaçı dəyişmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 2(051)- 724/2019 saylı iş üzrə qanuni qüvvəyə minmiş Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(051)- 724/2019 saylı qətnaməsi hazır ki, üş üzrə preyudisiallıq əhəmiyyət kəsb edir və həmin qətnamə ilə müəyyən edilmiş faktlar hal-hazır ki, iş üzrə mübahisələndirilməməli və sübut edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı 3090 manat pul tələbinə dair iddia irəli sürməkdə subyektiv hüquqa malik olsa da Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(051)- 724/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçınınhal-hazır ki, iş üzrə iddia tələbinin həmin hssəsi ilə əlaqədar gətirdi faktlara artıq hüquqi qiymət verildiyi üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinə cavabdehdən 2017-ci ildə bağlanmış şifahi borc müqaviləsi üzrə 2000 manat pul tələb etməsi hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin iddia tələbinin həmin hissəsinə iddia müddətinin tətbiqi ilə bağlı istinad etdiyi dəlillərə münasibətdə qeyd edir ki, hazırkı tələb üzrə iddia müddətinin tətbiq edilməsi üçün qanunda nəzərdə tutulmuş kifayət qədər əsaslar mövcuddur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, işin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında 2017-ci ildə şifahi formada borc müqaviləsi bağlanmışdır. Müqavilə bağlandığı vaxtdan 6 il keçdikdən sonra iddiaçı cavabdehə qarşı tələb irəli sürmüşdür. Məhkəmə iş materiallarının müqayisəli təhlili nəticəsində və iddiaçının izahatından müəyyən etdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti 2018-cu il tarixə qədər müəyyən edilmişdir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetriməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümum iddia müddəti on il təşkil edir. Həmin Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarında olan cavabdehin nümayəndəsinin ərizəsindən görünür ki, o, iddiaçının iddia müddətini keçirməsinə əsaslanaraq, iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarının müqayisəli tədqiqi nəticəsində müəyyən etdi ki, tərəflər arasındakı münasibətlər 2017-ci ildə yaranmışdır. İddiaçının bildirməsinə görə maksimum 1 il müddətinə pulu qaytarmasını öhdəsinə götürmüşdür. Bununla belə cavabdeh öhdəliyi yerinə yetirməmişdir. İddiaçı hüququnun pozulduğunu 2018-ci ildə bilmişdir. Belə olan halda iddia müddətinin axımı, iddiaçının öz hüququnun pozulduğunu bildiyi 2018-ci ildə başlamış və 2021-ci ildə başa çatmışdır. Lakin iddiaçı həmin vaxtdan 5 il keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı tələb irəli sürmüşdür. Göründüyü kimi iddiaçı iddia müddətini dəfələrlə ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə mübahisənin müqavilə münasibətlərindən yaranan tələb olduğu qənaətinə gələrək, hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi mmüdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqəsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavan verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərarı və həmin məhkəmənin X1rşı işlər üzrə xx.xx.2000-ci il tarixli və xx.xx.2004-cü il tarixli qərarları) Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri 2017-ci ildə yaranmışdır. Hazırki mübahisəyə müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə üç illik iddia müddəti tətbiq olunur. İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddianı qanunda göstərilmiş 3 (üç) illik iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdeh nümayəndəsi isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsinə görə iddiaçının cavabdehə qarşı 2000 pul tələbinə dair iddiası da təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar