Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2032/2022 04.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi,Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 7400 (yeddi min dörd yüz) manat məbləğində əsas borcun, gecikdirilmiş məbləğin 5%-i olan 300 manat, vəkilə ödədiyi 200 manat və dövlət rüsumu kimi ödənilmiş 99 manat, cəmi 7999 (yeddi min doqquz yüz doxsan doqquz) manat pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi,Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh xeyli müddətdir ki, birgə hərbi xidmət dövründən tanıyır. Cavabdeh pula ehtiyacı olduğundan İddiaçı borc pul istəmiş və iddiaçı cavabdehə 7400 mnat borc pul vermişdir. İddiaçı Cavabdeh verdiyi pul borca görə Bərdə Regional “ASAN xidmət” mərkəzində notariat ofisində 16 avqust 2021-ci il tarixdə kredit müqaviləsi bağlamışlar. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh krediti xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh halhazıradək borcunu qaytarmamışdır. İddianın təmin olunmasını, Cavabdehndn 7400 (yeddi min dörd yüz) manat məbləğində əsas borcun, gecikdirilmiş məbləğin 5%-i olan 300 manat, vəkilə ödədiyi 200 manat və dövlət rüsumu kimi ödənilmiş 99 manat, cəmi 7999 (yeddi min doqquz yüz doxsan doqquz) manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçıdan 7400 manat borc pul götürmüşdür. Lakin həmin borcun bir hissəsini qaytarmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə olunmuş Bərdə Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 16 avqust 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 16 avqust 2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, “Borc verən” “Borc alana” 7400(yeddi min dörd yüz) manat pul borc vermiş, “Borc alan” krediti xx.xx.2022-ci il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş Vəkil ilə İddiaçı arasında bağlanmış hüquqi yardım haqqında xx.xx.2022-ci il tarixli müqavilədən və ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım üçün vəkilə 200 manat ödəniş aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı tələbində cavabdehə 16 avqust 2021-ci il tarixdə xx.xx.2022-ci il tarixə kimi qaytarmaq şərti ilə 7400 manat borc verdiyini, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək həmin borcu qaytarmadığını göstərmiş və iddiasını cavabdehə verdiyi kredit müqaviləsi ilə əsaslandırmışdır. Cavabdeh isə iddiaçıdan borc aldığı pulun bir hissəsini qaytardığını bildirdi, lakin öz etirazını əsaslandıran sübutu məhkəməyə təqdim etmədi. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia 7400(yeddi min dörd yüz) manat borc pul tələbinə dair hissədə təmin olunmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, sübut təqdim edilmədiyinə görə gecikdirilmiş məbləğin 5 faizi həcmində 300 manat pul tələbinə dair hissədə təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 107, 115.0.6, 119-1-ci maddələrinə əsasən hüquqi yardım üçün ödənilmiş 200(iki yüz)manat və dövlət rüsumu kimi ödənilmiş 99(doxsan doqquz) manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 7400(yeddi min dörd yüz) manat pul, hüquqi yardım üçün ödənilmiş 200(iki yüz)manat, dövlət rüsumu kimi ödənilmiş 99(doxsan doqquz) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-2032/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2032/2022
04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver