Məhkəmə qərarları › İş №2(051)-2039/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2039/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2039/2021 04.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Kreditor X1 Borclu qarşı pul tələbinə dair əmr icraatı qaydasında verilmiş ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı X2 cavabdeh Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin çıxarılması haqqında Mingəçevir Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əmr icraatı qaydasında baxılan işlər üçün olan zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 23.09.2020-ci il tarixli notariusda bağlanmış borc müqaviləsinə əsasən borcluya 7500 manat borc pul vermiş, borclu isə həmin pulu 23.12.2020-ci il tarixədək kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hal-hazıradək borclu borcundan heç bir ödəniş etməmişdir. Odur ki, kreditor həmin borc müqaviləsi əsasında verdiyi pulun borcludan tutulmasını xahiş etmişdir. Belə olan halda ərizəyə əmr icraatı qaydasında baxılan işlər üçün nəzərdə tutulmuş qaydada məhkəmədə baxılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa bu halda məhkəmə əmri verilə bilər. Göründüyü kimi notariat qaydasında təsdiq edilmiş əqdlərə əsaslanan tələblərə dair MPM-in 276-cı maddəsində məhkəmə əmri verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 279.2.1-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, məhkəmə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Göründüyü kimi ərizə əmr icraatı qaydasında baxılan işlər üçün nəzərdə tutulmuş zəruri tələblərə cavab vermədiyindən, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, kreditor borc müqaviləsində göstərilən qaydada müəyyən edilmiş müddətdən sonra icra qeydi verilməsi ilə bağlı notariat orqanına müraciət etmək hüququna da malikdir. Belə ki, Notariat Haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Beləliklə, məhkəmə hesab edir ki, kreditor borc müqaviləsinin şərtlərinə uğun olaraq, ödəniş müddətinin keçməsi haqqında borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən olunmuş müddət keçdikdən sonra borcun alınması üçün icra qeydinin verilməsi ilə bağlı notariusa müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Bununla belə iddiaçıya izah edilsin ki, cavabdehdən borc pul məbləğinin alınması barədə iddia icraatı qaydasında məhkəmədə iddia qaldırmaq və ya icra qeydinin verilməsi ilə bağlı notariusa müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı X1 cavabdeh Borclu qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçı izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar