Məhkəmə qərarları › İş №2(051)-2041/2021

Mingəçevir Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(051)-2041/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Mingəçevir şəhəri İş № 2(051)-2041/2021 04.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ S urət Mən, Mingəçevir şəhər Məhkəməsinin hakimi Paşayev Nemət Şirkət oğlu ünvan 1 ünvanında yerləşən kreditor "xxxx" MMC-nin Borclu qarşı pulun tutulmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: Kreditor "xxxx" MMC xx.xx.1978-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu 963 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 983 manat məbləğində pulun alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmrin çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, 19.02.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Borclu "xxxx" MMC-dən hissə-hissə ödəniş şərti ilə 1190 manat məbləğində məişət avadanlığı əldə etmişdir. Sözügedən məbləğdən ilkin ödəniş etmədən, məbləği 12 aya bölərək hər ay üçün 111 manat 83 qəpik hissi-hissə ödəməyi öhdəsinə götürmüşdür. Borclu öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində 963 manat kredit borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci (borclunun icranı gecikdirməsi) maddəsinə əsasən öhdəliyin, onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 442-ci (öhdəliyin icra edilməməsi) maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin məcəllənin 385-ci maddəsinə əsasən bir şəxs (borclu), başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR MPM-nin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. AR MPM-nin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdim: xx.xx.1978-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu 963 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 983 manat məbləğində pulun alınaraq "xxxx" MMC -nin xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldıqdan 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəmənini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. HAKİM NEMƏT PAŞAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar