Məhkəmə qərarları › İş №2(051)-2047/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2047/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2047/2022 14.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı, onun vəkili X4 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 3500 (üç min beş yüz) manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildiridi ki, o, cavabdehin qızı X2 bir müddətdir ki, tanıyır. Belə ki, Elnarə Behbudova tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə onun etibarından sui-istifadə edərək oğlu Azəri Mingəçevir şəhər “Asan Xidmət” Mərkəzinə işə düzəldəcəyini yalan vəd verib aldadaraq, ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. X3 barəsində AR CMnin 178.2.4-cü maddəsi ilə olan cinayət işi başlanmışdır. Məhkəmə prosesində təqsirləndirilən şəxsin atası, hazırkı iş üzrə Cavabdeh ona qızının cinayət nəticəsində vurduğu 10000 (on min) manatdan 6500 (altı min beş yüz) manatı ödəmişdir, qalan 3500 (üç min beş yüz) manat pulu 2 aya ödəməyə üzərinə götürmüşdür. Bu haqda qəbz xx.xx.2022-ci il tarixdə 4 nəfərin iştirakı ilə tərtib edilmişdir. Bu səbəbdən o, cinayət işi üzrə ona vurulan maddi ziyan tam ödənildiyi haqda ərizə vermişdir. Lakin 8 ay keçməsinə baxmayaraq cavabdeh pulu verməkdən yayınır və üzərinə götürdüyü öhdəliyi icra etmir. İddianın təmin olunmasını, Cavabdeh 3500 (üç min beş yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı vəkili X4 da məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, həqiqətən də qızı X3 iddiaçıdan pul almışdır. Pulun bir hissəsini ödəmişdir. Qalan borcu ödəməyi isə o, öz üzərinə götürmüşdür. Lakin maddi imkanı olmamış, iddiaçıya söz versə də pulun qalan hissəsini ödəyə bilməmişdir. Borcunu ödəyəcəkdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş qəbz-iltizamdan görünür ki, Cavabdeh 3500 (üç min beş yüz) manat borcu İddiaçı iki ay müddətində ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Qəbz-iltizam İddiaçı, Cavabdeh, X6 və X5 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı tələbində cavabdehin 3500 (üç min beş yüz) manat pulu 2 aya ödəməyə üzərinə götürdüyünü, lakin 8 ay keçməsinə baxmayaraq cavabdehin pulu verməkdən yayındığını və üzərinə götürdüyü öhdəliyi icra etmədiyini göstərmiş və iddiasını cavabdeh tərəfindən verilmiş qəbz-iltizamla əsaslandırmışdır. Cavabdeh isə həqiqətən də, qızı X1 iddiaçıdan pul aldığını, bir hissəsini ödədiyini, qalan pulu ödəməyi isə öz üzərinə götürdüyünü, lakin iddiaçıya söz versə də maddi imkanı olmadığına görə pulun qalan hissəsini ödəyə bilmədiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 3500 (üç min beş yüz) manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 3500 (üç min beş yüz) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar