Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-206/2023 20.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı, onun nümayəndəsi, Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 adda qızıl-zinət əşyalarının və ya onların cəmi dəyəri olan 26543 manat məbləğdə pulun və ödənilmiş 171 manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğudur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2020-ci ildən onun mağazasından qızılzinət əşyalarının alıcısı kimi tanımışdır. Onlarla münasibəti normal olduğu üçün cavabdehə 2020-ci ildən başlayaraq qızıl-zinət əşyalarını nisyə satmışdır. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan 29 mart 2021-ci il tarixdə 50 qram çəkidə, 583 əyarlı bismart sep və 5.95 qram çəkidə, 750 əyarlı klon; 01 aprel 2021-ci il tarixdə 33.59 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, klon, 24.65 qram çəkidə, 585 əyarlı tros sep və 18.5 qram çəkidə, 585 əyarlı tros qolbağı; 09 aprel 2021-ci il tarixdə 27.300 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, klon, 20.65 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, klon, 23.200 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, klon və 13.300 qram çəkidə, 583 əyarlı bismart sep; 16 aprel 2021-ci il tarixdə 14.37 qram çəkidə, 750 əyarlı qolbağı, 30.95 qram çəkidə, 585 əyarlı komplekt dəst- sırğa, üzük, qolbağı, sep, klon, 17.96 qram çəkidə, 750 əyarlı paxlava formalı komplekt dəst-sırğa, üzük, sep, klon, 11.75 qram çəkidə, 750 əyarlı klon və 33.53 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, bilərzik, sep, klon; 11 may 2021-ci il tarixdə 30.44 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, klon və 13.47 qram çəkidə, 750 əyarlı Qrazella firmasından bilərzik; 29 may 2021-ci ildə 22.05 qram çəkidə, 585 əyarlı Qrazella firmasından komplekt dəst-sırğa, üzük, klon, 4.7 qram çəkidə, 750 əyarlı sep, 15.15 qram çəkidə, 750 əyarlı Qrazella firmasından qolbağ və 14.1 qram çəkidə, 585 əyarlı sepi nisyə almışlar. Aralarında olan razılığa əsasən o, qeyd olunan qızıl-zinət əşyalarını cavabdehlərə nisyə satmağı, cavabdehlər isə nisyə aldıqları qızılzinət əşyalarının pulunu yaxın vaxtlarda qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehlər ondan nisyə götürdükləri qızıl-zinət əşyalarının pulundan müəyyən hissəni ödəmişlər. Lakin cavabdehlər 29 mart 2021-ci il tarixdə ondan nisyə aldıqları 5400 manat dəyərində 50 qram çəkidə, 583 əyarlı bismart sep və 5.95 qram çəkidə, 750 əyarlı klonun pulundan 2100 manat, 01 aprel 2021-ci il tarixdə nisyə aldıqları 6300 manat dəyərində 33.59 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, klon, 24.65 qram çəkidə, 585 əyarlı tros sep və 18.5 qram çəkidə, 585 əyarlı tros qolbağının pulundan 3000 manat, 09 aprel 2021ci il tarixdə nisyə aldıqları 8038 manat dəyərində 27.300 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, klon, 20.65 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, klon, 23.200 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, klon və 13.300 qram çəkidə, 583 əyarlı bismart sepin pulundan 4038 manat, 16 aprel 2021-ci il tarixdə nisyə aldıqları 11010 manat dəyərində 14.37 qram çəkidə, 750 əyarlı qolbağı, 30.95 qram çəkidə, 585 əyarlı komplekt dəst-sırğa, üzük, qolbağı, sep, klon, 17.96 qram çəkidə, 750 əyarlı paxlava formalı komplekt dəst-sırğa, üzük, sep, klon, 11.75 qram çəkidə, 750 əyarlı klon və 33.53 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, bilərzik, sep, klonun pulundan 11010 manat, 11 may 2021-ci il tarixdə nisyə aldıqları 4800 manat dəyərində 30.44 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, klon və 13.47 qram çəkidə, 750 əyarlı Qrazella firmasından bilərzikin pulundan 3800 manat və 29 may 2021-ci il tarixdə nisyə aldıqları 5395 manat dəyərində 22.05 qram çəkidə, 585 əyarlı Qrazella firmasından komplekt dəst-sırğa, üzük, klon, 4.7 qram çəkidə, 750 əyarlı sep, 15.15 qram çəkidə, 750 əyarlı Qrazella firmasından qolbağ və 14.1 qram çəkidə, 585 əyarlı sepin pulundan 2595 manat borcları qalmışdır. Cavabdehlərin ondan nisyə aldıqları qızıl-zinət əşyalarına görə ona ümumilikdə 26543 manat borcları yaranmışdır. Cavabdehlər ondan aldıqları qızılzinət əşyalarına görə qəbzə imza etmişlər. Dəfələrlə cavabdehlərdən ona olan borclarını qaytarmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də o, şikayət ərizəsi ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmişdi. Müraciəti əsasında araşdırma aparılmışdır. Həmin vaxt Polis Şöbəsində cavabdehlər Mayis Şiriniv və Cavabdeh2nm izahatları alınmış və onlar da ondan qızıl-zinət əşyalarını nisyə aldıqlarını etiraf etmişlər. Lakin, buna baxmaraq cavabdehlər ondan nisyə aldıqları qızıl-zinət əşyalarının pulunu qaytarmamışlar. Pulumu başqa qaydada cavabdehlərdən ala bilmir. Ona görə də məhkəməyə müraciət etməli olub. İddianın təmin olunmasını, 20 adda qızıl-zinət əşyalarının və ya onların cəmi dəyəri olan 26543(iyirmi altı min beş yüz qırx üç) manat məbləğdə pulun və ödənilmiş 171 manat dövlət rüsumun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi, Vəkil da iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, o,həqiqətən də əvvəl arvadı Cavabdeh2 ilə birlikdə iddiaçıdan nisyə qızıl-zinət əşyaları almış, sonra həmin qızılların pulunu ödəmişlər. Bundan sonra İddiaçı ilə münasibətləri yaranmışdı. Pandemiya vaxtı iddiaçı ona təklif etdi ki, hazırda qızıl-zinət əşyalarının alış-verişi çox zəifdir, alış-verişdə ona kömək etsin, satılmış qızıllara görə ona da haqq ödəyər. Onlar birlikdə işləməyə razılığa gəldilər. Dəfələrlə iddiaçı ona qızılzinət əşyaları vermiş, o da həmin qızılları satıb, pulunu iddiaçıya ödəmişdir. İddiaçı bununla bağlı özündə olan dəftərdə qeydlər edirdi, həmçinin onu inandırırdı ki, mağazada kamera var, qızılların verilməsi də, pulun ödənilməsi də kamera altında aparılır. Beləliklə onlar işləməkdə davam edirdilər. Ancaq bu müddətdə iddiaçı ona heç vaxt gördüyü işə görə pul verməmişdir, yalnız bir dəfə ad günü münasibətilə onları evinə qonaq gəlmiş və ona 100(bir yüz) manat pul vermişdir. İddiaçı onu inandırdı ki, hər şey yaxşı olacaqdır, qazancları yaxşıdır. 2022-ci ilin aprel ayı olardı, eşitdi ki, İddiaçı qonşularının yanında deyibdir ki, Mayis ondan aldığı pulların pulunu ödəmir, 24.000 manatdan çox pul qalmışdır. O, bu xəbəri eşidən kimi İddiaçı yanına gedib xahiş etdi ki, birlikdə araşdırsınlar ki, ona nə qədər qızıl-zinət əşyaları verilib, hazırda nə qədər pul ödəməlidir. Araşdırma zamanı müəyyən etdilər ki, ona verilmiş qızıl-zinət əşyaların pulundan 15543(on beş min beş yüz qırx üç) manat ödənilməyib. Bununla bağlı iddiaçı ona öz əli ilə yazdığı kağız da verdi. Hesabladıqları həmin puldan da, yəni xx.xx.2021-ci il tarixdə aldığı qızıllardan ödənilməmiş qalıq qalan 4495 manat puldan da sonra ödəniş etdi, 2595(iki min beş yüz doxsan beş) manat qaldı. Qeyd etdiyi kimi iddiaçı ona qızılları verəndə də pulu alanda da öz dəftərində qeydlər aparırdı. İddiaçı hazırda da öz tələbini həmin dəftərdə apardığı qeydlərlə əsaslandırmağa çalışır. Ancaq hesab edir ki, iddiaçı öz istədiyinə nail olmaq üçün dəftərdəki qeydlər apardığı vərəqələrin bəzilərini qoparıb götürmüşdür. Həmçinin, onu da bildirir ki, İddiaçı sonra polis şöbəsinə ondan şikayət ərizəsi verərək guya onu aldadaraq Ağdam rayonunda 25 sot torpaq sahəsinədə çay evi olduğunu, həmin çay evini özəlləşdirərək ona satnaq üçün nisyə qızıl-zinət əşyalarını götürüb girov qoyaraq bankdan pul götürdüyünü göstərmişdir. Ancaq onun Ağdam rayonunda torpaq sahəsi, çay evi yoxdur, ya da onunla İddiaçı arasında belə nəinki razılaşma, heç söhbət olmamışdır. İddia tələbi ilə bağlı bildirir ki, iddiaçının satmaq üçün ona vermiş qızıl-zinət əşyalarının pulundan 11000 manat ödənilməmişdir. Ancaq qeyd etdiyi kimi iddiaçı aralarındakı razılaşmaya əsasən gördüyü işə görə ona heç vaxt haqq ödəməmişdir. Ödənilməyən həmin pul da onun gördüyü işə görə haqqıdır. İddianın təmin olunmamsını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, doğrudur o, əri Cavabdeh1la birlikdə İddiaçı işlədiyi mağazaya gedərək özünə, sonra pay kimi nisyə qızıl-zinət əşyası almışdır. Lakin nisyə aldığı qızılların pulunu tam ödəmişdir. Ancaq o, əri Cavabdeh1la İddiaçı birlikdə gördükləri işdə iştirak etməmişdir, məlumatı var idi. Sonra eşitdi ki, İddiaçı qonşuların yaında Mayisin ondan aldığı qızıllara görə borcu olduğunu danışmışdır. Bu barədə o, Mayisə bildirərək İddiaçı yanına gedib, məsələnin araşdırmasını, aldığı qızıllara görə ödəməli olduğu pulun məbləğini dəqiqləşdirməyi dedi. Sonra Mayis ona bildirdi ki, İddiaçı ilə görüşmüş, birlikdə araşdırma aparmışlar, qalıq pul məbləği barədə İddiaçı ona kağız vermişdir. Hesab edir ki, iddia tələbi ona aid deyil və iddianın ona aid hissədə rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prossesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbində cəmi dəyəri 26543(iyirmi altı min beş yüz qırx üç) manat olan 20 adda qızılzinət əşyalarını cavabdehlərə nisyə satdığını, lakin həmin əşyaların dəyəri ödənilmədiyini bildirərək, həmin qızıl-zinət əşyalarını və ya onların dəyərinin cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Nisyə satılmış əşyanın ödənilməsi qaydasını tənzimləyən Mülki Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. İddiaçı tələbini, cavabdehlərə nisyə satdığı qızıl-zinət əşyalarının qiymətinin ödənilməsi barədə özündə saxladığı dəftərdə qeydlər aparması, həmin qeydlərin cavabdehlər tərəfindən də imzalanması, lakin qeydlərə görə cavabdehlərin nisyə aldıqları qızıl-zinət əşyalarının qiymətini tam ödəməmələri, nəticədə 26543 manat dəyərində qızıl-zinət əşyaların pulunun ödənilməməsi ilə əsaslandırmışdır. Cavabdeh1 iddia tələbinə etirazını nisyə alınmış qızıl-zinət əşyalarının pulunun ödənilməsi ilə bağlı iddiaçı ilə birlikdə araşdırma aparılması, araşdırma zamanı 15543 manat pulun ödənilməməsinin müəyyən edilməsi, həmin puldan da, yəni xx.xx.2021-ci il tarixdə aldığı qızıllardan ödənilməmiş qalıq qalan 4495 manatdan da ödəniş etməsi, 2500 manat qalması, qalan pullarla bağlı iddiaçı özü kağızda qeydlər edib ona verməsi ilə əsaslandırmışdır. Məhkəmə tərəflərin sübut kimi təqdim etdikləri yazılı vərəqələri nəzərdən keçirərək hesab edir ki, cavabdehin izahatı inandırıcıdır. Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi 5 ədəd yazılı vərəqələrdən görünür ki, iddiaçı 29 mart 2021-ci ildə, 01 aprel 2021-ci ildə, 09 aprel 2021-ci ildə, 16 aprel 2021-ci ildə,11 may 2021-ci ildə və 29 may 2021-ci ildə cavabdehə nisyə qızıl-zinət əşyaları vermişdir. İddiaçı tərəfindən yazılmış və cavabdehin məhkəməyə təqdim etdiyi vərəqədən isə görünür ki, 29 mart 2021-ci il, 11 aprel 2021-ci il, 11 may 2021-ci il tarixdə verilmiş qızıl-zinət əşyalarına görə pul tam ödənilmiş, 16 aprel 2021-ci il tarixdə verilmiş qızıl-zinət əşyalarına görə 7010 manat, 09 aprel 2021-ci il tarixdə verilmiş qızıllara görə 4038 manat, 29 may 2021-ci ildə verilmiş qızıllara görə 4495 manat qalıq qalmışdır. Cavabdeh, həmçinin, izahatında həmin puldan ödəniş etdiyini, yəni 29 may 2021-ci il tarixdə aldığı qızılların ödənilməmiş qalan 4495 manat puldan da 1900 manat ödədiyini 2500 manat qaldığını bildirmiş, iddiaçı da iddia tələbində qeyd edilən tarixdə cavabdehə verdiyi qızıllardan cəmi 2595 manat pulun ödənilmədiyini göstərmişdir. Bundan əlavə iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi vərəqələrə, eləcə də iddiaçıya məxsus nisyə dəftərinə məhkəmə iclasında baxış zamanı vərəqələrin səhifələnmədiyi müəyyən olundu. Ona görə də nisyə verilmiş qızıl-zinət əşyalarının pulunun ödənildiyi bəzi vərəqələrin qoparılıb götürülübgötürülməməsini müəyyən etmək mümkün olmadı. Beləliklə məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən cavabdehə nisrə satılmış qızıl-znət əşyaların pulundan 12948(on iki min doqquz yüz qırx səkkiz) manat ödənilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 9.2-ci bəndində göstərilmişdir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. İddiaçı tərəfindən cavabdehə nisyə verilmiş qızıl-zinət əşyalarından konkret olaraq hansının dəyərinin ödənilməməsini müəyyən etmək mümkün olmadığına görə, məhkəmə,həmçinin, hesab edir ki, iddia qismən təmin olunmalı qızıl-zinət əşyalarının ödənilməmiş qalan cəmi 12948(on iki min doqquz yüz qırx səkkiz) manat pul Cavabdeh1 alınıb iddiaçıya verilmişdir. Məhkəmə, həmçinin, təqdim edilmiş sübutlara qimət verərək hesab edir ki, tələb olunan qızılzinət əşyalarının hər birinin Cavabdeh2 da nisyə verilməsi öz təsdiqini tapmadığına, Cavabdeh2 nisyə aldığı qızıl-zinət əşyaların pulu ödənildiyinə görə iddia tələbi Cavabdeh2 münasibətdə təmin olunmamalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti incumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 90(doxsan) manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh1 12948 (on iki min doqquz yüz qırx səkkiz) manat, dövlət rüsumu kimi ödənilmiş 90 (doxsan) manat alınıb İddiaçı verilsin. İddia Cavabdeh2 münasibətdə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-206/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-206/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver