Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-208/2021 16.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçılar: İddiaçı1 Rafiq qızı, İddiaçı2 və X2 iştirakı ilə, iddiaçılar: İddiaçı1 Rafiq qızı, İddiaçı2 və X2 Cavabdeh qarşı «cinayət əməli nəticəsində dələduzluq yolu ilə vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 Rafiq qızı, İddiaçı2 və X5 iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh cinayətkar əməli nəticəsində dələduzluq yolu ilə onlardan alınmış, məhkəmə hökmü ilə təstiq edilmiş 40207,65 manat məbləğində pul pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 Rafiq qızı iddia tələbində qalaraq izahatında göstərmişdir ki, onlar Laçın və Ağdam rayonun məcburi küçkünləridir. Hazırda Yevlax rayonun, Hürüuşağı kəndində məskunlaşıb yaşayırlar. Mingəçevir şəhərinə qeydiyyata düşmüşlər. Həyat tərzləri olduqca çətindir. Hazıki cinayətkar bizim və ailməizin başına bu oyunu gətirmiş Cavabdeh Şəki Penitensiar müəssisəində cəza çəkir. Mingəçevir şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Cavabdeh təqsirli bilinib məhkum edilmişdir. O, 2016-cı ilin oktyabr ayında İddiaçı1 Rafiq qızı ilə Mingəçevir şəhərində təhsil aldıqları “Tibbi Kolleci” ndə tanış olduqdan bir müddət sonra ona qarşı sevgi hislərinin olduğunu, gələcəkdə onunla ailə həyatı qurmaq niyyətində olduğunu yalandan vəd verərək etibarını qazanmış, nəticədə onun sözlərinə inanan İddiaçı1 ona ailələrinə məxsus bütün sirləri, o cümlədən birgə yaşadığı dayısı İddiaçı2 məxsus Yevlax rayon, Hürüuşağı kəndindəki evin sandığında İddiaçı2 və özünə (İddiaçı1) məxsus ümumilikdə 16000 ABŞ dolları və 9300 manat məbləğdə pul olduğunu dedikdən bir müddət sonra İddiaçı1 ona olan etibarından sui-istifadə edib onu aldadaraq xeyli borclarının olduğunu,sevgi münasibətlərində olan şəxs kimi ona kömək etməli olduğunu, borclarını ödəyib qurtardıqdan sonra ondan almış olduğu pulu qaytaracağını deyib vahid niyyətlə 2017-ci ilin iyul ayının əvvəlindən sonunadək olan müddət ərzində Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ilə M.Ə.Sabir küçəsinin kəsişməsində yerləşən “Gross” marketin yanında 1 ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 1.7021 manat olduğu dövrdə hissəhissə 5000 ABŞ dolları (8510.5 AZN), 7000 ABŞ dolları (11914.7 AZN), 4000 ABŞ dolları (6808.4 AZN) və 9300 manatı xx xxxxxx 2017-ci il tarixdə isə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən İddiaçı1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə bir neçə dəfə zəng edib, ona eyni məzunlu yalan vədlər verməklə İddiaçı1 xalası mən iddiaçı X4 məxsus çantadan götürdüyü və Tayirə Abışovanın yaşadığı Mingəçevir şəhəri, V.Abdullayev küçəsi, 5 saylı evin, 14 saylı mənzilinin eyvanından aşağı atmaqla ona verdiyi 1 ədəd 10.45 qram çəkidə, 750 əyyarlı qızıldan hazırlanmış 730 manat məbləğində qızıl qolbağını, 1 ədəd 24.80 qram çəkidə, 750 əyyarlı qızıldan hazırlanmış 1736 manat məıbləğində qızıl boyunbağını, 1 ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 1.7001 manat olduğu dövrdə 200 ABŞ dolları (340.02 AZN) məbləğdə pulunu, həmçinin özünə məxsus 300 ABŞ dolları (510.03 AZN) və 358 manat məbləğdə pulunu ümumilikdə 40207.65 manat məbləğdə pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxslər biz iddiaçılara İddiaçı1, İddiaçı2 və Tayirə Abışovaya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu səbəbdəndə Mingəçevir şəhər Məhkəməsi onu AR CM-nin 177.2.4-cü maddəsi ilə təqsiri bilib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Hökmdən məhkum Cavabdeh müdafiəçisi X3 tərəfindən verilmiş apelyasiya şikayətinə baxan Şəki apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Mingəçevir şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan apelyasiya qərarından kassasiya şikayəti verilmiş, kassasiya şikayətləri təmin edilməmiş, Mingəçevir şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Cavabdeh barəsində Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasını xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Məhkəmə hökmü ilə biz zərərçəkənlərə vurulmuş maddi ziyan 1 ABŞ dollarının AZərbaycan manatına nisbətdə məzənnəsi 1.7021 manat olduğu dövrdə hissə-hissə 5000 ABŞ dolları (8510.5) manat, 7000 ABŞ dolları (11914.7) manat, 4000 ABŞ dolları (6808.4) manat və 9300 manatın. xx.xx.2017-ci il tarixdə isə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən İddiaçı1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə bir neçə dəfə zəng edib, ona eyni məzmunlu yalan vədlər verməklə İddiaçı1 xalası iddiaçı X4 məxsus çantadan götürdüyü və onun yaşadığı Mingəçevir şəhəri, V.Abdullayev küçəsi, ev 5, mənzil 14-ün eyvanından aşağı atmaqla məhkum edilmiş şəxs tərəfindən dələduzluq yolu ilə alınmış, 1 ədəd 10.45 qram çəkidə, 750 əyyarlı qızıldan hazırlanmış 730 manat məbləğində qızıl qolbağı, 1 ədəd 24.80 qram çəkidə, 750 əyyarlı qızıldan hazırlanmış 1736 manat məbləğində qızıl boyunbağı, 1 ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 1.7001 manat olduğu dövrdə 200 ABŞ dolları (300.02) manat məbləğdə pulun, həmçinin özünə məxsus 300 ABŞ dolları (510.03) manat və 358 manat məbləğdə pulun ümumilikdə 40207.65 manat məbləğdə pulun məhkum edilmiş şəxs, hazırda isə cavabdeh şəxs tərəfindən mənimsənilmişdir. Ona görə də Cavabdeh cinayətkar əməli nəticəsində dələduzluq yolu ilə onlardan alınmış, məhkəmə hökmü ilə təstiq edilmiş 40207,65 manat məbləğində pul pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehlər İddiaçı2 və X5 cavabdeh İddiaçı1 Rafiq qızının izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar müəssisəsi vasitəsi ilə göndərdiyi ərizədə göstərmişdir ki, o barəsində Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrumetmə cəzası verilmiş və cəzasının 1 il 9 ayını çəkir. Ona qarşı iddiaçılar İddiaçı1 Rafiq qızı, İddiaçı2 və X5 tərəfindən verilən iddia əsassızdır və rədd olunmalıdır. Belə ki, ona sözügedən oğurluqdan Siyavuş tərəfindən cəmi 500 manat dərman pulu verilmişdir. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, İsayev Məhəmməd İlham oğlu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. İş üzrə 1 ədəd qızıl qolbağ, 1 ədəd boyunbağ, 300 ABŞ dolları və 100 manat məbləğdə pulun zərər çəkmiş şəxslərə qaytarılması nəzərə alınmışdır. İşə əlavə olunmuş Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi X1, zərərçəkmiş şəxslər İddiaçı2 Mircə oğlu, X6 və X9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxslər İddiaçı2 qızı, X5 və İddiaçı1 Rafiq qızı və onların nümayəndəsi Vəkil tərəfindən birgə verilmiş kassasiya şikayəti və məhkumun müdafiəçisi X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə, təqdim olunmuş sübutları müqayisəli şəkildə təhlil edib, tərəflər arasında olan münasibətlərə tətbiq olunmalı hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarına əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 Rafiq qızı, İddiaçı2 və X2 Cavabdeh qarşı maddi ziyanla bağlı tələbi əsaslıdır. Belə ki, iddaçı cavabdehə pul verməsi məhkəmə hökmü ilə də öz əksini tapmışdır. Göstərilən hall mübahisələndirilmir. Lakin iş materiallarından da göründüyü kimi cavabdeh iddiaçılara vurulmuş ziyandan 1 ədəd 10.45 qram çəkidə, 750 əyyarlı qızıldan hazırlanmış 730 manat məbləğində qızıl qolbağı, 1 ədəd 24.80 qram çəkidə, 750 əyyarlı qızıldan hazırlanmış 1736 manat məbləğində qızıl boyunbağı, 300 ABŞ dolları pul və 100 manat məbləğində pulu qaytarmışdır. Ona görə də iddia həmin hissədə nəzərə alınmalı və ümumi məbləğdən qaytarılan qızıl zinət əşyalarının məbləği və pul çıxılaraq qalan hissədə təmin edilməlidir. Belə ki, qızıl-zinət əşyalarının cəmi dəyəri 2466 manat (730+1736 manat), 100 manat və 300 ABŞ dolları (bu günə 1.7 ekvivalenti olmaqla) manat məzənnəsi ilə 510 manat pul göstərilən məbləğdən çıxılaraq qalıq pul təmin olunmalıdır. Beləliklə cəmi 3076 manat ödənilmiş pul (qızıl-zinət əşyalarıda daxil olmaqla) tələb olunan 40207 manatpuldan çıxılmaqla, cəmi 37131 manat maddi ziyan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 37131 (otuz yeddi min bir yüz otuz bir) manat alınıb iddiaçılar İddiaçı1 Rafiq qızı, İddiaçı2 və X4 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-208/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-208/2021
16.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver