Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2087/2021 16.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən 015A********** saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 443.14 manat məbləğində kredit borcu, 3.13 manat məbləğində faiz borcu və 113.96 manat məbləğində cərimə olmaqla, 015A********** saylı kredit müqaviləsi üzrə 480.55 manat məbləğində kredit borcu, 4.79 manat məbləğində faiz borcu və 180.24 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1225.81 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq banka ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Osmanlı Aidə Osman qızı 10.12.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh iddia ərizəsində göstərilən kredit borcunu tam ödədiyini bildirmiş və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materiallarından görünür ki, iddiaçı ərizəsinin qaytarılmasını tələb edir, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Tərəflərin bu hərəkətlərində qanuna zidd hal yoxdur və bu hər hansı üçüncü şəxsin mənafeyinə qarşı yönəlməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş iddiaçının ərizəsinə əsasən Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsində nəzərdə tutulan əsasla baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : İddiaçı "xxxx" ASC-nin Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən 015A********** saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 443.14 manat məbləğində kredit borcu, 3.13 manat məbləğində faiz borcu və 113.96 manat məbləğində cərimə olmaqla, 015A********** saylı kredit müqaviləsi üzrə 480.55 manat məbləğində kredit borcu, 4.79 manat məbləğində faiz borcu və 180.24 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1225.81 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq banka ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2087/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2087/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver