Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2093/2023 26.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 5200 (beş min iki yüz) manat pulun və ödənilmiş 72 (yetmiş iki) manat dövlət rüsumunun, cəmi 5272 (beş min iki yüz yetmiş iki) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə onu aldadaraq "xxxx" ASC “X3 Enerji Təchizatı və Satışı İdarəsi”nə nəzarətçi mühəndis vəzifəsinə işə qəbul olunmağına kömək etməsi ilə əlaqədar 2500 (iki min beş yüz) manat məbləğində pulunu ələ keçirib dələduzluq edərək maddi ziyan vurmuşdur. Cavabdeh inandığı üçün tanışı X1 "xxxx" ASC “X3 Enerji Təchizatı və Satışı İdarəsi”nə sürücü vəzifəsinə işə qəbul olunmağına kömək etməsi ilə əlaqədar 2700 (iki min yeddi yüz) manat məbləğində pulu xx.xx.2020-ci il tarixdə Elşad Aslanovdan alıb cavabdehə vermişdir. Sonradan o, öz vəsaiti hesabına 2700 manatıpulu Elşad Aslanova qaytarmış, lakin Cavabdeh onu aldadaraq aldığı pulları gündəlik tələbatı üçün xərcləmişdir. Ona görə də ondan şikayət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-10/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Qərarda Cavabdeh özünü verilmiş ittiham üzrə təqsirli bildiyi və ondan cəmi 5200 (beş min iki yüz) manat məbləğində pul aldığı öz əksini tapmışdır. Cavabdeh ona vurduğu maddi ziyan məbləğindən bu günədək heç bir ödəniş etmədiyi üçün ayrıca mülki qaydada məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Nəticədə ona 5200 (beş min iki yüz) manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iştirak etdiyi məhkəmə iclası zamanı verdiyi izahatında iddianı qəbul etmiş, həmçinin ərizəsində göstərmişdir ki, İddiaçı ona qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiasını qəbul edir. Belə ki, o, həqiqətən İddiaçı 2500 manat, sonra Elşad Aslanovun əvəzindən də 2700 manat pul almışdır. Cəmi 5200 manat məbləğdə pulun ondan alınıb İddiaçı verilməsinə etiraz etmir. İşə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə ərizə göndərərək, iddia tələbini qəbul etmiş, həmçinin işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-10/2023 saylı xx.xx.2023cü il tarixli qərarından görünür ki, İddiaçı qarşı Cavabdeh tərəfindən 2020-ci ilin mart ayının 29-da dələduzluq edilməsi ilə bağlı epizod üzrə təqsirləndirilən şəxs Cavabdeh cinayət məsuliyyətindən azad edilməsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməsi, X2 qarşı Cavabdeh tərəfindən 31 mart 2020-ci il tarixdə dələduzluq edilməsi ilə bağlı epizoddan “təkrarən” sözü xaric edilməsi, bu epizod üzrə təqsirləndirilən şəxs Cavabdeh cinayət məsuliyyətindən azad edilməsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq müəyyən etdi ki, cavabdeh iddiaçıdan cəmi 5200 manat məbləğində pul almış, lakin aldığı həmin pulu geri qaytarmamışdır. Nəticədə iddiaçıya 5200 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul edir və iddianın təmin edilməsi zamanı nəzərə alır. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqa şəxsə zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq və vəzifələrin müdafiəsi əsasında mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsin görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Sadalanan hüquq normaları iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və İddiaçı vurulmuş ziyan ilə bağlı zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Məhkəmə cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq, iddia tələbini əsaslı hesab edir. Belə ki, cavabdeh iddiaçıdan cəmi 5200 manat məbləğində pul almış, lakin aldığı həmin pulu geri qaytarmamışdır. Nəticədə, iddiaçıya 5200 manat məbləğində maddi ziyan dəymişdir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən dəymiş maddi zərərə görə 5200 (beş min iki yüz) manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 72 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5200 (beş min iki yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72 (yetmiş iki) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2093/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2093/2023
26.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver