Məhkəmə qərarları › İş №2(051)-2094/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2094/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2094/2021 13.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Kreditor "xxxx" MMC Borclu qarşı borc pulun ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq Müəyyən etdim: Kreditor "xxxx" MMC Borclu qarşı borc pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının tələbi, onun öz tələblərini əsaslandırdığı hallar göstərilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirildikdə müəyyən edildi ki, iddiaçı cavabdehə qarşı ümumilikdə 1436 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də məhkəmə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddiaya baxması yolverilməzdir. Bundan əlavə Mülki Prosessual Qanunvericilikdən də bilindiyi kimi birinci instansiya məhkəməsinin hakimi digər birinci instansiya məhkəməsinin hakiminin qətnaməsini dəyişə, qətnamənin icra üsulunu və ya formasını dəyişdirə bilməz. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən kreditor "xxxx" MMC-nin ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Həmçinin, iddiaçıya izah olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Kreditor "xxxx" MMC Borclu qarşı borc pulun ödənilməsi tələbinə dair ərizənin qəbul olunmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar