Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-21/2020 13.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi, X1 İddiaçı ASC-nin nümayəndəsi X5, cavabdehlər Cavabdeh və X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və X6 qarşı kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : X1 İddiaçı ASC cavabdehlər Cavabdeh və X6 qarşı kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1196/14 №li, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, 23%-lə 50,000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq X2 mülkiyyət hüququ əsasında məxsus olan **- FL-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli “Mercedes Benz 0403 Avtobus” markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. Kreditin ödənillməsinin təminatı olaraq eləcə də BOKT İddiaçı ASC ilə X10 arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməyən cavabdehin 18934.94 ABŞ dolları əsas borc, 5547.94 ABŞ dolları faiz borc və 2871.02 ABŞ dolları cərimə olmaqla, cəmi 27353.90 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehlər Cavabdeh və X3 alınaraq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş, Cavabdeh məxsus olan **-FL-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli “Mercedes Benz 0403 Avtobus” markalı avtomobilə ynəldilməsi, həmin avtomaşının açıq hərracda satılması, açıq hərracda əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı ASC-dən 50000 ABŞ dolları kredit götürmüşdür. Lakin maddi imkanı olmadığı üçün kredit borcunu tam ödəyə bilməmişdir. Kredit götürülərkən **-FL-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli “Mercedes Benz 0403 Avtobus” markalı avtomobili ipoteka qoyulmuşdur. Kredit borcunun tam ödəməmişdir, ancaq iddia olunan qədər borcu qalmamışdır. Avtomobilin satılmasına razı deyil. Kredit bocunu ödəyəcəkdir. Maddi imkanını nəzərə alaraq cərimənin azaldılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X7 iddianı qismən qəbul edərək izahatında bildirdi ki, həqiqətən də, Cavabdeh iddiaçıdan götürdüyü kreditin ödənilməsi təminatı olaraq, onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Maddi imkanları olmadığına görə kredit borcunu tam ödəyə bilməmişlər. Ancaq tələb olunan qədər kredit borcu qalmamışdır. Maddi imkanını nəzərə alaraq cərimənin azaldılmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb, təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1196/14 №li xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank Cavabdeh 24 ay müddətinə 23 faizlə 50000 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan İddiaçı ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ZM1196/14 №li zaminlik müqaviləsindən görünür ki, cavabdeh zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halda məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2014-cü il tarixli İpoteka müqaviləsindən görünür ki, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus **-FL-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli “Mercedes Benz 0403 Avtobus” markalı avtomobili ipoteka qoymuşdur. İpoteka qoyulmuş **-FL-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli “Mercedes Benz 0403 Avtobus” markalı avtomobili ilkin satış qiyməti 75000 manat dəyərində qiymətləndirilmişdir. İşə əlavə olunmuş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 31308№li rəyində göstərilir ki, İddiaçı ASC iləCavabdeh arasında bağlanmış 1196/14 №li, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə olan borcu 16185.78 ABŞ dolları məbləğində müəyyən olunur. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni prenteziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. İşə İddiaçı ASC tərəfindən ipoteka qoyana göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. «İpoteka haqqında» Qanunun 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. «İpoteka haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə xx.xx.2014-cü il tarixli 1196/14 №li kredit müqaviləsi üzrə 2871.02 ABŞ dolları məbləğində cərimə hesablamışdır. Lakin məhkəmə hesab edir ki, borcluya hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır” Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, borcalanın borcundan əvvəllər ödəməsini, maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində xx.xx.2014-cü il tarixli 1196/14 №li kredit müqaviləsi üzrə 200 ABŞ dolları məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh və X3 müştərək qaydada xx.xx.2014-cü il tarixli 1196/14 №li kredit kredit müqaviləsi üzrə 16185.78 ABŞ dolları əsas borc və 200 ABŞ dolları cərimə olmaqla, cəmi 16385.78 ABŞ dolları borcu qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, alınaraq Ləğv prosesində olan İddiaçı QSC-yə verilməlidir. Pulun tutulması Cavabdeh məxsus ipoteka predmeti olan, ilkin satış qiyməti 75.000 manat dəyərində qiymətləndirilmiş **-FL-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli “Mercedes Benz 0403 Avtobus” markalı nəqliyyat vasitəsinə yönəldilməli, ipoteka predmeti açıq hərracdan satışa çıxarılmalı, satışdan əldə edilən vəsaitdən 16385.78 ABŞ dolları kredit borcu qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Borcun ödənilməsindən sonra qalan pul cavabdehə qaytarılmalıdır. İpoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borcum ödənilməsi üçün kifayət etmədikdə bocun qalan hissəsi müştərək qaydada cavabdehlərdən alınmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı xx xxxxxx 2005-ci il tarixli qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. İş üzrə ekspertiza xərcləri olan 100 manat Cavabdeh və X3 alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh və X3 16185.78 (on altı min bir yüz səksən beş dollar yetmiş səkkiz sent) ABŞ dolları əsas borc və 200 (iki yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 16385.78 (on altı min üç yüz səksən beş dollar yetmiş səkkiz sent) ABŞ dolları kredit borcu qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq X1 İddiaçı ASC-yə verilsin. Pulun tutulması ipoteka ilə yüklənmiş avtomobilə yönəldilsin. Cavabdeh məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat qiymətləndirilmiş **-FL-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli “Mercedes Benz 0403 Avtobus” markalı nəqliyyat vasitəsi açıq hərracda satışa çıxarılsın. Satışdan əldə edilən vəsaitdən 16185.78 (on altı min bir yüz səksən beş dollar yetmiş səkkiz sent) ABŞ dolları əsas borc və 200 (iki yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 16385.78 (on altı min üç yüz səksən beş dollar yetmiş səkkiz sent) ABŞ dolları kredit borcu qətnamə icra olunan günə manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq iddiaçıya verilsin. Borcun ödənilməsindən sonra avtomaşın açıq hərracdan satılmasından qalan pul cavabdehə qaytarılsın. İpoteka ilə yüklü edilmiş avtomaşının satışndan əldə edilmiş vəsait kredit borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi müştərək qaydada cavabdehlərdən tutulsun. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh və X3 tutulub aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilsin. Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı Adı Dövlət Xəzinədarlığı Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE**********00088501 Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-21/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-21/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver