Məhkəmə qərarları › İş №2(051)-211/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-211/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-211/2022 06.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştiraki ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4869.59 manat məbləğində əsas borc və 670.66 manat manat faiz borcu olmaqla, ümumilikdə 5540.25 (beş min beş yüz qırx manat 25 qəpik) manat borcun və 75.80 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, eyni zamanda tutmanın bank qarşısında girov qoyulmuş Cavabdeh1 məxsus ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş (bir ədəd qarnitur, bir ədəd qolbağı, bir ədəd 583 əyarlı, 40.1 qram çəkidə üzük və bir ədəd 750 əyarlı, 6 qram çəkidə üzük) qızıl-zinət əşyalarına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 fevral 2020-ci tarixli, 600840-858494/1 №li kredit müqaviləsinə əsasən cavabdehə illik 29 faizlə 24 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti, kredit üzrə hesablanacaq faizləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh2 ilə 19 fevral 2020-ci il tarixli, 600840-858494/1 №li zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin kredit müqaviləsinin təminatı kimi bank ilə Cavabdeh1 arasında eyni tarixli girov müqaviləsi bağlanmış və onun mülkiyyətində olan qızıl-zinət əşyalarıbir ədəd qarnitur, bir ədəd qolbağı, bir ədəd 583 əyarlı, 40.1 qram çəkidə üzük və bir ədəd 750 əyarlı, 6 qram çəkidə üzük bankın pul anbarına saxlanca qəbul edilərək bankın xeyrinə girov qoyulmuşdur. Lakin Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməyən cavabdehin 4869.59 manat əsas borcu və 670.66 manat faiz borcu olmaqla, cəmi 5540.25 manat kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, 5540.25 manat kredit borcun və dövlət rüsumu kimi ödənilmiş 75.80 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ASC-yə ödənilməsini, eyni zamanda tutmanın bank qarşısında girov qoyulmuş Cavabdeh1 məxsus ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş (bir ədəd qarnitur, bir ədəd qolbağı, bir ədəd 583 əyarlı, 40.1 qram çəkidə üzük və bir ədəd 750 əyarlı, 6 qram çəkidə üzük) qızıl-zinət əşyalarına yönəldilməsi barədə qətnamə çıxarılmasını barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, İddiaçı ASC-dən 19 fevral 2020-ci il tarixdə kredit müqaviləsinə əsasən 10.000 manat məbləğində kredit götürmüşdür. Maddi vəziyyəti ilə əlaqədar banka olan borcunu vaxtında ödəyə bilməmişdir. Borcunu imkan olan kimi hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və Cavabdeh1 izahatlarını dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 fevral 2020-ci tarixli, 600840-858494/1 №li kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 29 faizlə, 24 ay müddətinə 10.000 manat məbləğində kredit verilməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə olunmuş kassa-məxaric orderindən görünür ki, Cavabdeh1 19 fevral 2020-ci il tarixdə "xxxx" ASC-dən 10.000 (on min) manat kredit almışdır. İşdə olan İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 19 fevral 2020ci il tarixli, 600840-858494/1 №li zaminlik müqaviləsindən görünür ki, cavabdeh zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halda məsuliyyəti öz üzərlərinə götürmüşdür. İşə əlavə edilmiş girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsinə dair 858494.1 saylı aktdan görünür ki, qızıl-zinət əşyaları - bir ədəd qarnitur, bir ədəd qolbağı, bir ədəd 583 əyarlı, 40.1 qram çəkidə üzük və bir ədəd 750 əyarlı, 6 qram çəkidə üzük girov qoyulmuşdur. Girov 1996.2 manat dəyərində qiymətləndirilmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 4869.59 manat əsas borcu və 670.66 manat faiz borcu olmaqla, cəmi 5540.25 manat kredit borcu vardır. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni pretenziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 281.1-ci maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlər müqavilədən irəli gələn öhdəlikləri icra etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlərdən müştərək qaydada 4869.59 manat əsas borc və 670.66 manat faiz borc olmaqla, cəmi 5540.25 manat kredit borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, pulun tutulması Cavabdeh1 mülkiyyətində olan (bir ədəd qarnitur, bir ədəd qolbağı, bir ədəd 583 əyarlı, 40.1 qram çəkidə üzük və bir ədəd 750 əyarlı, 6 qram çəkidə üzük) qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracdan satışa çıxarılmalı, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 5540.25 (beş min beş yüz qırx manat 25 qəpik) manat kredit borcu iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən dövlət rüsumu kimi ödənilmiş 75.80 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub , məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4869.59 (dörd min səkkiz yüz altmış doqquz manat əlli doqquz qəpik) manat əsas borc və 670.66 (altı yüz yetmiş manat altmış altı qəpik) manat faiz borc olmaqla, cəmi 5540.25 (beş min beş yüz qırx manat iyirmi beş qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 75.80 (yetmiş beş manat səksən qəpik) manat alınıb İddiaçı ASC-yə verilsin. Pulun tutulması Cavabdeh1 mülkiyyətində olan (bir ədəd qarnitur, bir ədəd qolbağı, bir ədəd 583 əyarlı, 40.1 qram çəkidə üzük və bir ədəd 750 əyarlı, 6 qram çəkidə üzük) qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracdan satışa çıxarılsın, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 5540.25 (beş min beş yüz qırx manat iyirmi beş qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 75.80 (yetmiş beş manat səksən qəpik) manat iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar