Məhkəmə qərarları › İş №2(051)-2120/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2120/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2120/2021 29.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı, cavabdeh Mustafayeva Günay Elman qızının iştirakı ilə İddiaçı cavabdeh Mustafayeva Günay Elman qızına qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Mustafayeva Günay Elman qızına qarşı 2800 (iki min səkkiz yüz) manat pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildiridi ki, cavabdeh Mustafayeva Günay Elman qızını uzun müddətdir ki, tanıyır. Cavabdeh 2019-cu ildə ona yaxınlaşaraq pula ehtiyacı olduğunu bildirmiş və ondan 3000 manat məbləğdə borc pul istəmişdir. Həmin vaxt Günay Mustfayevaya 3000 manat borc pul vermişdi. Cavabdeh Günay Məmmədova həmin puldan ona cəmi 200 manat pul qaytarmışdı. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh qalan borcunu ona qaytarmamışdır. Cavabdeh Günay Mustfayevanın hazırda ona 2800 manat pul borcu vardır. Cavabdehdən dəfələrlə borcun qaytarmasını tələb etsə də hər dəfə bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Bu barədə Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, ona məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişlər. İddianın təmin olunmasını, cavabdeh Günay Mustfayevadan 2800 (iki min səkkiz yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Mustafayeva Günay Elman qızı məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, o, həqiqətən də iddiaçıdan 3000 manat borc pul almış və həmin puldan 200 manatını qaytarmışdır. İmkanı olmadığı üçün iddiaçıdan aldığı pulu qaytara bilməmişdir. Hazırda iddiaçıya 2800 manat borcu qalmışdır. Borcunu hər ay hissə-hissə 50 manat qaytaracaqdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 3000 manat borc pul almışdır. Həmin borc puldan 200 manat ödəmiş, həmin borcdan 2800 manatı ödəməmişdir. Bu, həmçinin cavabdehin öz etirafı ilə də müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 2800 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 2800 (iki min səkkiz yüz) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar