Məhkəmə qərarları › İş №2(051)-2127/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2127/2023

20.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2127/2023 20.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı əqdin etibarsız sayılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əqdin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Mingəçevir Regional “Asan xilmət» mərkəzində Notariat Ofisində onunla X14 arasında bağlanmış 16 fevral 2021-ci il tarixli. 4Ə- 297 reyestr nömrəli Mingəçevir şəhəri Puşkin kiüçəsi 14/1 saylı evin 16 saylı mənzilin bağışlanmasına dair müqavilənin etibarsız sayılması və X7 adına qeydə alınmış Çıxarışın ləğv olunması, Mingəçevir Regional “Asan xilmət» mərkəzində Notariat Ofisində onunla X14 arasında bağlanmış 16 fevral 2021-ci il tarixli 4Ə- 296 reyestr nömrəli Miingəçevır şəhəri Puşkin küçəsi 14/1 saylı evin 17 saylı mənzilin bağışlanmasına dair müqavilələrin etibarsız sayılması və X7 adına qeydə alınmış Çıxarışın ləğv olunması, Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 16 saylı mənzilin Cavabdeh adına olan 20 iyul 2023-cü il tarixli ********** saylı qeydiyyatın və Çıxarışın ləğv edilməsi, Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 17 saylı mənzilin Cavabdeh adına olan 20 iyul 2023-cü ıl tarixli ********** saylı qeydiyyatın və Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin və əlavə ərizəsinin məzununa uyğun izahat verdi və təmsil etdiyi şəxsin adından göstərdi ki, təmsil etdiyi şəxs İddiaçı xx xxxx 1943-cü ildə anadan olmuş, 80 yaşı vardır. X26 vəfat etdikdən sonra birgə nikah müddətində əldə etdikləri əmlakları vərəsəlik qaydasında, övladlarının yazılı razılığı əsasında onun adına qeydə alınmışdır. Qeyd edir ki, onun Yaqub Rüstəmovla olan evliliyindən 3 övladı-Vaqif, Rüstəm, Gülnarə adlı uşaqları olmuşdur. Oğlu Rüstəm 01 iyul 2023-cü ildə Rusiya Federasiyasında vəfat etmişdir. Adına olan avtomobillərin satılması məqsədilə qızı Cavabdeh bir neçə dəfə etibarnamə vermişdir. Ancaq sonradan həmin etibarnamələri ləğv etdirmişdir. X22 vəfat etdikdən sonra onun ailəsi də Rusiya Federasiyasından gəlib Mingəçevir şəhərində yas mərasimində iştirak etmişdir. Həmin vaxt Rüstəmin arvadı ona müraciət edərək mülkiyyətində olan Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 16 və 17 saylı mənzillərinin əri Rüstəm Rüstəmovun mülkiyyətində olduğunu bildirmiş və ondan evi boşaltmağı tələb etmişdir. Oğlunun «yeddi mərasimini» yola verdikdən sonra həmin mənzillərin kimin adın olmasına dair məlumatlar əldə etməyə çalışmış, 17 saylı Yevlax Ərazi İdarəsinin 24 iyul 2023-cü il tarixli məktubu əsasında məlum olmuşdur ki, mülkiyyətində olan Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 16 saylı mənzili 16 fevral 2021 -ci il tarixdə Mingəçevir regional»Asan xilmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Elxan Hüseynov tərəfindən təsdiq edilmiş 4Ə-297 nömrəli müqaviləyə əsasən X8 bağışlanmışdır. Mülkiyyətində olan Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 17 saylı mənzili 16 fevral 2021 -ci il tarixdə Mingəçevir regional»Asan xilmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Elxan Hüseynov tərəfindən təsdiq edilmiş 4Ə-296 nömrəli müqaviləyə əsasən X8 bağışlanmışdır. Həmin məktubda mənzillərin hazırda Cavabdeh adına olması qeyd olunsada, hansı əsasla qeydə alınması barədə məlumat verilmədiyindən məcbur qalıb yenidən məlumat almaq üçün həmin orqana müraciət etmişdir. 17 saylı Yevlax Ərazi İdarəsinin 14 iyul 2023-cü il tarixli məktubıı əsasında məlum olmuşdur ki, Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 16 saylı mənzili üzərində mülkiyyət hüququ notarius X16 tərəfindən təsdiq edilmiş 02 iyul 2023-cü il tarixli **********402 nömrəli X14 ilə bağlanmış bağışlama müqaviləsinə əsasən Cavabdeh adına 20 iyul 2023-cü ıl tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 17 saylı mənzili üzərində mülkiyyət hüququ notarius X16 tərəfindən təsdiq edilmiş 02 iyul 2023-cü il tarixli **********403 nömrəli X14 ilə bağlanmış bağışlama müqaviləsinə əsasən Cavabdeh adına 20 iyul 2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əvvəla iddiaçı həmin mənzillərini Rüstəm Rüstəmova heç bir vaxt bağışlamamışdır, belə bir müqaviləni bağlamamışdır. Notariat Ofisinə müqavilələrlə bağlı müraciət etmişdir. Odur ki, məhkəmədən təmsil etdiyi şəxsin iddiasının təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin vəkili Vəkil2 iştirak etdiyi məhkəmə iclası zamanı iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 4Ə-297 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, 4Ə-296 reyestr nömrəli bağışlama müqavilələrinin ləğv edilməsi əsassız və qanunsuzdur. Beləki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin XXİİ fəslinin 666-674-cü maddələri bağışlama münasibətlərini tənzimləyir. Həmin məcəllənin 666.1 -ci maddəsində qeyd olunur ki, bağışlama müqaviləsi sağ ikən elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir. Həm də bu çiir bağışlama hədiyyə a/aıı tərəfindən hec bir cavab xidməti Hə şərtləndirilmir. İddiaçı cavabdehə etibarnamə verməklə ona məxsus əmlak üzərində istifadə, sahiblik və sərəncam vermək hüquqlarını həyata keçirməyə hüquqi imkan yaratmışdır. Cavabdeh də etibarnamə üzrə səlahiyyət çərçivəsində mənzilləri qardaşı X8 xx.xx.2021-ci il tarixdə notariat qaydada bağışlamışdır. Əlavə olaraq bildirdi ki, həqiqətən X14 01 iyul 2023-cü il tarixdə vəfat etmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, habelə işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan 17 saylı Yevlax Ərazi İdarəsinin 24 iyul 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olmuş Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 16 saylı mənzili 16 fevral 2021 -ci il tarixli Mingəçevir regional «Asan xilmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Elxan Hüseynov tərəfindən təsdiq edilmiş 4Ə-297 nömrəli müqaviləyə əsasən X8 bağışlanmışdır. Hazırda Cavabdeh mülkiyyətindədir. İddiaçı mülkiyyətində olmuş Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 17 saylı mənzili 16 fevral 2021 -ci il tarixdə Mingəçevir regional «Asan xilmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Elxan Hüseynov tərəfindən təsdiq edilmiş 4Ə-296 nömrəli müqaviləyə əsasən X8 bağışlanmışdır. Hazırda Cavabdeh mülkiyyətindədir. İşdə olan 17 saylı Yevlax Ərazi İdarəsinin 14 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 16 saylı mənzili üzərində mülkiyyət hüququ notarius X16 tərəfindən təsdiq edilmiş 02 iyul 2023-cü il tarixli **********402 nömrəli X14 ilə bağlanmış bağışlama müqaviləsinə əsasən Cavabdeh adına 20 iyul 2023-cü ıl tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 17 saylı mənzili üzərində mülkiyyət hüququ notarius X16 tərəfindən təsdiq edilmiş 02 iyul 2023-cü il tarixli **********403 nömrəli X14 ilə bağlanmış bağışlama müqaviləsinə əsasən Cavabdeh adına 20 iyul 2023-cü ıl tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan 16 fevral 2021 -ci il tarixdə Mingəçevir regional»Asan xilmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Elxan Hüseynov tərəfindən təsdiq edilmiş müqavilələrindən görünür ki, İddiaçı adından Cavabdeh Rüstəm qızı mülkiyyətində olan Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 16 saylı mənzili və Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 17 saylı mənzili X8 bağışlamışdır. İşdə olan 02 iyul 2023 -cü il tarixdə Mingəçevir regional «Asan xilmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Ramin Muradov tərəfindən təsdiq edilmiş müqavilələrindən görünür ki, X8 adından X17 mülkiyyətində olan Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 16 saylı mənzili və Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 17 saylı mənzili Cavabdeh bağışlamışdır. İşdə olan 02 iyul 2023-cü il tarixdə Mingəçevir regional «Asan xilmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Ramin Muradov tərəfindən təsdiq edilmiş etibarnamədən görünür ki, X9 adından X2 Kənan Polad oğluna harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus əmlakını idarə etməym və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən edioməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, dəyişmək, hədiyyə qəbul etmək, icarəyə, kirayəyə verməyi, ipoteka qoymaq, ipotekanı(girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, əvəzindən notariat qaydasında rəsmləşdirilən sənədləri imzalamağı, adına miras qəbul etməyi və ya ondan imtina etməyi, vərəsəlik işini sənədləşdirməyi, vərəsəlik şəhadətnaməsini almağı, miras payv sərəncam verməyi, bağışlamağı, mənə məxsus əmlaklara istənilən şəxsləri qeydiyyata salmağı, bununla bağlı adından ərizə verməyi, ünvanlı sosial yardım ilə bağlı müraciət etməyi, lazımi sənədləri təqdim etməyi, adından təmsilçilik ərizəsini tərtib etdirməyi, ailə təmsilçisini seçməyi, ərizəni təsdiq etdirməyi, bu şəxslərdən, idarələrdən. Təşkilatlardan, o cümlədən bank orqanlarından, Xarici İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Vergilər Nazirliyində və onun strukturlarında, Səfirliklərdə, DƏDRX-də MİS-də, notariat ifislərində, Asan Xidmət Mərkəzlərində nümayəndə qismində onu təmsil edərək bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcədə sənədləri almağı, ğəqdim etməyi, bank orqanlarında adına şesablar açmağı, cari və əmanət (depozit) hesabları üzrə sərəncam verməyi, pulları hesaba qoymağı və istənilən məbləğləri almağı, faizləri almağı, bank plastik kartlarını və PİN kodları sifariş verməyi və almağı, ona məxsus hesablardan digər hesablara pul köçürmələri etməyi, istənilən bank əməliyyatını həyata keçirməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün növ dövlət və qeyri dövlət, təşkilatlarda, müəssisələrdə, idarələrdə, kooperativ və ictimai təşkilatlarda, bütün dövlət və qeyri dövlət orqanlarda onu təmsil etməyi, adından imza etməyi, ərizə verməyi, sorğu verməyi, sənədləri verməyi, almağı, rüsumları ödəməyi, habelə fiziki şəxslər qarşısında onundan adından ərizə verməyi, adından imza etməyi, işləri aparmağı, həmçinin bu etibarnamənin dublikatını almaq hüququnu və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəktləri etməyi etibar etmiş və etibarnamə 7 il 9 ay müddətinə verilməklə xx.xx.2031-ci il tarixədək qüvvədədir. İşdə olan «Elektron notariat» X1 Çıxarışdan görünür ki, Mingəçevir şəhəri 2 saylı Notariat ofisinin notariusu Nidayət Rzayev tərəfindən təsdiq edilmiş 26 mart 2016-cı il tarixli etibarnamədən etibarnamədən görünür ki, İddiaçı Cavabdeh harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün əmlakını idarə etməym və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən edilməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, dəyişmək, əmlkı ipoteka(girov) qoymaq və ipotekanı(girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və ya ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcədə sənədləri almağı, bank orqanlarında olan hesablar üzrə sərəncam verməyi, bütün növ dövlət idarələrində mənim adımdan ərizə verməyi, işləri aparmağı , qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün şüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında mənqə aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmiş və etibarnamə 10 il müddətinə verilməklə xx.xx.2026-ci il tarixədək qüvvədədir. İşdə olan 02 aprel 2021-ci il tarixdə Mingəçevir regional «Asan xilmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Nidayət Rzayev tərəfindən təsdiq edilmiş etibarnamədən görünür ki, X3 Gülnarə Yaqub qızına harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus əmlakını idarə etməym və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən edioməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, dəyişmək, hədiyyə qəbul etmək, icarəyə, kirayəyə verməyi, ipoteka qoymaq, ipotekanı(girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, əvəzindən notariat qaydasında rəsmləşdirilən sənədləri imzalamağı, adına miras qəbul etməyi və ya ondan imtina etməyi, vərəsəlik işini sənədləşdirməyi, vərəsəlik şəhadətnaməsini almağı, miras payv sərəncam verməyi, bağışlamağı, mənə məxsus əmlaklara istənilən şəxsləri qeydiyyata salmağı, bununla bağlı adından ərizə verməyi, ünvanlı sosial yardım ilə bağlı müraciət etməyi, lazımi sənədləri təqdim etməyi, adından təmsilçilik ərizəsini tərtib etdirməyi, ailə təmsilçisini seçməyi, ərizəni təsdiq etdirməyi, bu şəxslərdən, idarələrdən. Təşkilatlardan, o cümlədən bank orqanlarından, Xarici İşlər Nazirliyində, Ədliyyə Nazirliyində , Vergilər Nazirliyində və onun strukturlarında, Səfirliklərdə, DƏDRX-də MİS-də, notariat ifislərində, Asan Xidmət Mərkəzlərində nümayəndə qismində onu təmsil edərək bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcədə sənədləri almağı, təqdim etməyi, bank orqanlarında adına hesablar açmağı, cari və əmanət (depozit) hesabları üzrə sərəncam verməyi, pulları hesaba qoymağı və istənilən məbləğləri almağı, faizləri almağı, bank plastik kartlarını və PİN kodları sifariş verməyi və almağı, ona məxsus hesablardan digər hesablara pul köçürmələri etməyi, istənilən bank əməliyyatını həyata keçirməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün növ dövlət və qeyri dövlət, təşkilatlarda, müəssisələrdə, idarələrdə, kooperativ və ictimai təşkilatlarda, bütün dövlət və qeyri dövlət orqanlarda onu təmsil etməyi, adından imza etməyi, ərizə verməyi, sorğu verməyi, sənədləri verməyi, almağı, rüsumları ödəməyi, habelə fiziki şəxslər qarşısında onun adından ərizə verməyi, adından imza etməyi, işləri aparmağı, həmçinin bu etibarnamənin dublikatını almaq hüququnu və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəktləri etməyi etibar etmiş və etibarnamə 10 il müddətinə verilməklə xx.xx.2031-ci il tarixədək qüvvədədir. İşdə olan 02 iyul 2023-cü il tarixdə Mingəçevir regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Ramin Muradov tərəfindən təsdiq edilmiş etibarnamədən görünür ki, X7 adından Cavabdeh X5 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus əmlakını idarə etməym və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən edioməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, dəyişmək, hədiyyə qəbul etmək, icarəyə, kirayəyə verməyi, ipoteka qoymaq, ipotekanı(girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, əvəzindən notariat qaydasında rəsmləşdirilən sənədləri imzalamağı, adına miras qəbul etməyi və ya ondan imtina etməyi, vərəsəlik işini sənədləşdirməyi, vərəsəlik şəhadətnaməsini almağı, miras payv sərəncam verməyi, bağışlamağı, mənə məxsus əmlaklara istənilən şəxsləri qeydiyyata salmağı, bununla bağlı adından ərizə verməyi, ünvanlı sosial yardım ilə bağlı müraciət etməyi, lazımi sənədləri təqdim etməyi, adından təmsilçilik ərizəsini tərtib etdirməyi, ailə təmsilçisini seçməyi, ərizəni təsdiq etdirməyi, bu şəxslərdən, idarələrdən. Təşkilatlardan, o cümlədən bank orqanlarından, Xarici İşlər Nazirliyində, Ədliyyə Nazirliyində , Vergilər Nazirliyində və onun strukturlarında, Səfirliklərdə, DƏDRX-də MİS-də, notariat ifislərində, Asan Xidmət Mərkəzlərində nümayəndə qismində onu təmsil edərək bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcədə sənədləri almağı, təqdim etməyi, bank orqanlarında adına hesablar açmağı, cari və əmanət (depozit) hesabları üzrə sərəncam verməyi, pulları hesaba qoymağı və istənilən məbləğləri almağı, faizləri almağı, bank plastik kartlarını və PİN kodları sifariş verməyi və almağı, ona məxsus hesablardan digər hesablara pul köçürmələri etməyi, istənilən bank əməliyyatını həyata keçirməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün növ dövlət və qeyri dövlət, təşkilatlarda, müəssisələrdə, idarələrdə, kooperativ və ictimai təşkilatlarda, bütün dövlət və qeyri dövlət orqanlarda onu təmsil etməyi, adından imza etməyi, ərizə verməyi, sorğu verməyi, sənədləri verməyi, almağı, rüsumları ödəməyi, habelə fiziki şəxslər qarşısında onun adından ərizə verməyi, adından imza etməyi, işləri aparmağı, həmçinin bu etibarnamənin dublikatını almaq hüququnu və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəktləri etməyi etibar etmiş və etibarnamə 7 il 9 ay müddətinə verilməklə xx.xx.2031-ci il tarixədək qüvvədədir. İşdə olan 02 iyul 2023-cü il tarixdə Mingəçevir regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Ramin Muradov tərəfindən təsdiq edilmiş etibarnamədən görünür ki, X7 adından X2 Kənan Polad oğluna harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus əmlakını idarə etməym və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən edioməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, dəyişmək, hədiyyə qəbul etmək, icarəyə, kirayəyə verməyi, ipoteka qoymaq, ipotekanı(girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, əvəzindən notariat qaydasında rəsmləşdirilən sənədləri imzalamağı, adına miras qəbul etməyi və ya ondan imtina etməyi, vərəsəlik işini sənədləşdirməyi, vərəsəlik şəhadətnaməsini almağı, miras payv sərəncam verməyi, bağışlamağı, mənə məxsus əmlaklara istənilən şəxsləri qeydiyyata salmağı, bununla bağlı adından ərizə verməyi, ünvanlı sosial yardım ilə bağlı müraciət etməyi, lazımi sənədləri təqdim etməyi, adından təmsilçilik ərizəsini tərtib etdirməyi, ailə təmsilçisini seçməyi, ərizəni təsdiq etdirməyi, bu şəxslərdən, idarələrdən. Təşkilatlardan, o cümlədən bank orqanlarından, Xarici İşlər Nazirliyində, Ədliyyə Nazirliyində , Vergilər Nazirliyində və onun strukturlarında, Səfirliklərdə, DƏDRX-də MİS-də, notariat ifislərində, Asan Xidmət Mərkəzlərində nümayəndə qismində onu təmsil edərək bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcədə sənədləri almağı, təqdim etməyi, bank orqanlarında adına hesablar açmağı, cari və əmanət (depozit) hesabları üzrə sərəncam verməyi, pulları hesaba qoymağı və istənilən məbləğləri almağı, faizləri almağı, bank plastik kartlarını və PİN kodları sifariş verməyi və almağı, ona məxsus hesablardan digər hesablara pul köçürmələri etməyi, istənilən bank əməliyyatını həyata keçirməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün növ dövlət və qeyri dövlət, təşkilatlarda, müəssisələrdə, idarələrdə, kooperativ və ictimai təşkilatlarda, bütün dövlət və qeyri dövlət orqanlarda onu təmsil etməyi, adından imza etməyi, ərizə verməyi, sorğu verməyi, sənədləri verməyi, almağı, rüsumları ödəməyi, habelə fiziki şəxslər qarşısında onun adından ərizə verməyi, adından imza etməyi, işləri aparmağı, həmçinin bu etibarnamənin dublikatını almaq hüququnu və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəktləri etməyi etibar etmiş və etibarnamə 7 il 9 ay müddətinə verilməklə xx.xx.2031-ci il tarixədək qüvvədədir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək müəyyən etdi ki, 26 mart 2016-cı il tarixdə iddiaçı Rüstəmova X4 Gülnarə Yaqub qızına əmlakına dair etibarnamə vermişdir. Sonuncu həmin etibarnamə əsasında İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 16 və 17 saylı mənzilləri 16 fevral 2021-ci ildə qardaşı Rüstəm Rüstəmovun adına keçirərək 02 aprel 2021-ci ildə öz adına etibanamə almışdır. 01 iyul 2023-cü ildə Rüstəm Rüstəmov vəfat etdikdən sonra adına verilmiş etibarnamədən istifadə edərək həmin səlahiyyətləri əvvəlcə X5, onun vasitəsilə X15 ötürərək sonuncu ilə öz arasında Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 16 və 17 saylı mənzillərin özünə bağışlanmasına dair müqavilələrin bağlanılmasını təşkil etmişdir. 01 iyul 2023-cü ildə X20 Federasiyasında vəfat etdikdən sonra Azərbaycan Respublikasına gətirilərək dəfn edilmiş, sonuncunun dəfninə gələn arvadı İddiaçı hər iki mənzilin ərinə məxsus olmasını və mənzilləri boşaltmağı təldəb edərkən iddiaçı bundan xəbərdar olmuşdur. Məhkəmə sözügedən bağışlama müqavilələrinin etibarlı olub–olmamasını təqdim edilmiş sübutların məhkəmə iclasında tədqiqi olunması yolu ilə araşdırılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əsas, etibarnamə əsasında əmlakın bir şəxsdən başqasına bağışlanmasını əks etdirən müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətləri olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasçən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məcəllənin 339.2-ci maddəsinə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleqiyasının 16 iyul 2015-ci il tarixli qərarın Azərbaycan Respublikasının Konstitusiyasına və qərarlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 07 mart 2016-cı il tarixli qərarında formalaşmış mövqe bundan ibarətdir ki, İlk növbədə aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlanmasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmçilçisi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı yaşlı olduğundan adına olan avtomobilin alqı-satqısı üçün qızı Cavabdeh etibarnamə vermişdir. Lakin etibarnamədə əqdin bağlanmasına dair səlahiyyətlər konkret olaraq əks etdirilməmiş, həmçinin, bir-birinə zidd olan səlahiyyətlər göstərilmişdir. Məsələn etibarnamədə almaq, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka(girov) qoymaq və ipotekanı(girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və ya ondan imtina etmək səlahiyyətləri göstərilmişdir. Yəni təmsil edilənin əqdin bağlanması üçün konkret iradə ifadəsi müəyyən olunmamışdır. Mülki iş materiallarına əlavə edilən 26 mart 2016-cı il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh bir çox səlahiyyətləri, eləcə də almaq, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka(girov) qoymaq və ipotekanı(girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və ya ondan imtina etmək etibar etmişdir. Məhkəmə qeyd edir ki, istənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulubpozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Məhkəmənin iddia tələbi ilə bağlı tələblərinin nəzərdən keçirilməsini məqsədə uyğun hesab etdiyi normalardan biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Nəzərə almaq lazımdır ki, hər bir əqdin əsas məqsədi və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərtlər (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərtlər (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid olan şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Göründüyü kimi Cavabdeh anasından ona verilmiş etibarnamədən özü barəsində əqdlər bağladığından bağlanmış əqdlər etibarsız sayılmalıdır. Belə ki, əvvəl iddiaçının verdiyi etibarnamə əsasında mənzilləri qardaşı Rüstəm Rüstəmovun adına bağışlama müqaviləsini bağlamış, daha sonra X19 Rüstəmovanın adına etibarnamə vermişdir. Həmin etibarnamə əsasında isə Cavabdeh qardaşı Rüstəm Rüstəmov vəfat etdikdən sonra onun adından ona verilmiş etibarnaməni İradə Namazova və ondanda Kənan Qasımova səlahiyyətləri ötürərək Rüstəm Rüstəmovun ona verdiyi etibarnamə əsasında mərhumun adından öz adına bağışlama müqavilələri bağlamışdır, Həmin hərəkətləri ilə isə təsdiq etmişdir ki, Cavabdeh İddiaçı adından mənzillərin Rüstəm Rüstəmova bağışlanması müqaviləsini də imzlayarkən faktiki özü barəsində müqavilə bağlamışdır. Məhəkəm hesab edir ki, etibarnamə bir şəxsin başqa şəxsin adından müəyyən hərəkətlər etməyə, həmçinin mülki hüquq və vəzifələrin yaranmasına, dəyişməsinə və xitam verilməsinə yönəldilən təmsiçilik səlahiyyətidir və hər hansı bir əqd ancaq təmsil edilənini adından və onun xeyrinə bağlanılmalıdr. Təmsilçi təmsil edilənin adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.2-ci maddəsinə əsasən Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz Həmin Məcəllənin 6.2–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, mübahisələndirilən bagışlama müqaviləri bu şərtlər pozulmaqla bağlandığından bağlandığı andan etibarsız olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1–ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göründüyü kimi qanunverici istinad edilən maddi hüquq normalarında əqdi (müqaviləni) bağlandığı zaman şəxsin öz iradəsini sərbəst ifadə etmək, öz hərəkətlərinin mənasını başa düşmək və ya onlara rəhbərlik edə bilmək imkanına malik olmasını, həmçinin daşınmaz əmlakla bağlı əqdin isə notariat qaydada təsdiqlənməsini imperativ qaydada müəyyən etmişdir. Həmin şərtlərin və qaydaların pozulması əqdin etibarsızlığına səbəb olur. Məhkəmə, həmçinin hesab edir ki, həmin batışlama müqavilələri əsasında verilmiş hüquq müəyyənedici sənədlər də ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2–ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Ona görə də məhkəmə hesab edir ki, Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 16 saylı mənzilin Cavabdeh adına olan 20 iyul 2023-cü il tarixli ********** saylı qeydiyyatın və Çıxarışın ləğv edilməsi, Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 17 saylı mənzilin Cavabdeh adına olan 20 iyul 2023-cü ıl tarixli ********** saylı qeydiyyatın və Çıxarışın ləğv edilməsi münasibətdə də əsaslı olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya edilmiş və Azərbaycan Respublikasının ərazisində xx.xx.2002-ci il tarixdə qüvvəyə minmiş, «İnsan Hüquqlarının və X6 Haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdirlər. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1–ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Mingəçevir Regional “Asan xidmət» mərkəzində Notariat Ofisində onunla X14 arasında bağlanmış 16 fevral 2021-ci il tarixli 4Ə- 297 reyestr nömrəli Mingəçevir şəhəri Puşkin kiiçəşi 14/1 saylı evin 16 saylı mənzilin bağışlanmasına dair müqavilə etibarsız sayılsın və X7 adına qeydə alınmış Çıxarış ləğv olunsun. Mingəçevir Regional “Asan xidmət» mərkəzində Notariat Ofisində onunla X14 arasında bağlanmış 16 fevral 2021-ci il tarixli 4Ə- 296 reyestr nömrəli Miingəçevır şəhəri Puşkin küçəsi 14/1 saylı evin 17 saylı mənzilin bağışlanmasına dair müqavilələr etibarsız sayılsın və X7 adına qeydə alınmış Çıxarış ləğv olunsun. Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 16 saylı mənzilin Cavabdeh adına olan 20 iyul 2023-cü il tarixli ********** saylı qeydiyyat və Çıxarış ləğv edilsin. Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 17 saylı mənzilin Cavabdeh adına olan 20 iyul 2023-cü ıl tarixli ********** saylı qeydiyyat və Çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar