Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2129/2022 24.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 17580 manat məbləğində pulun və ödənilmiş 140 manat dövlət rüsumunun tutularaq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onun tanışı olmuşduк. Cavabdeh xx.xx.2020-ci il tarixli, GTKR2488091A129 nömrəli kredit müqaviləsinə əsasən ”Kapital Bank” ASC-dən 48 ay müddətinə, illik 27,84 faizlə, 18600 manat kredit götürmüş və həmin tarixdə iddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh həmin borcu ödəməkdən yayınmışdır və bank tərəfindən iş üzrə iddiaçıya zəng edilərək, həmin müqavilə üzrə zamin olduğu üçün borcu ödəməyi tələb edilmişdir. İddiaçı 16 oktyabr 2021ci il tarixdə 6300 manat, 27 yanvar 2022-ci il tarixdə 5100 manat və 12 may 2022-ci il tarixdə 6182,67 manat ödəniş etmiş və Cavabdeh banka olan borcunu tam ödəmişdir. Ancaq sonradan cavabdehin ailəsinə bu barədə məlumat verdim. Sonradan məlum olmuşdur ki, cavabdeh ölkə xaricindədir. O, hazırda məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 140 manat dövlət rüsumu da ödəmişdir. Hazırda həm ödədiyi 17580 manat pulun və dövlət rüsumunun ödənilməsini tələb edir. Cavabdeh ona ödəməli olduğu 17580 manat məbləği könüllü olaraq ödəməkdən imtina etdiyinə görə məcburiyyət qarşısında qalaraq bu işlə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş və 16 oktyabr 2021-ci il tarixdə ödənilmiş 6300 manat, 27 yanvar 2022-ci il tarixdə ödənilmiş 5100 manat, və 12 may 2022-ci il tarixdə ödənilmiş 6182,67 manat olmaqla, cəmi 17580 manat pulun və ödənilmiş 140 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Ödəniş qrafikinin surətindən görünür ki, Cavabdeh 48 ay müddətinə aylıq 27,84 faiz olmaqla, 18600 manat məbləğində kredit götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli, GTKR2488091A129 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və İddiaçı həmin müqavilə üzrə kreditin ödənilməsinin təminatı kimi zamin olmuşdur. İşdə olan "xxxx" ASC-nin Yevlax filialı tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli 210 №-li arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-ə xx.xx.2020-ci il tarixli, GTKR2488091A129 nömrəli kredit müqaviləsi əsasında yaranan borcu, xx.xx.2022-ci il tarixdə tam ödəmişdir və bank qarşısında heç bir öhdəliyi yoxdur. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli, GTKR2488091A129 nömrəli kredit müqaviləsi ÜZRƏ "xxxx" ASC-nin hesabına, 16 oktyabr 2021-ci il tarixdə 6300 manat, 27 yanvar 2022-ci il tarixdə 5100 manat, və 12 may 2022-ci il tarixdə 6182,67 manat ödəniş etməklə, Cavabdeh banka olan borcunu tam ödəmişdir. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, GTKR2488091A129 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmçinin cavabdehin öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən ödənilmədiyindən, bank tərəfindən iddiaçıya müraciət edilmişdir. Məhkəmə iclası zamanı bu faktların mövcudluğu təqdim edilən sübutlarla öz təsdiqini tapdığından, məhkəmə bu faktları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Hazırda iddiaçı 17580 manat pul ödədiyini və cavabdeh tərəfindən həmin pulun ona könüllü şəkildə ödənilmədiyini bildirirərək, həmin məbləğin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən yaranan öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisədir. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi mülki hüquq normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2–ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə işin müəyyən edilmiş hallarına tətbiq edilməli hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh banka olan kredit borcu "xxxx" ASC-yə iddiaçı tərəfindən tam ödənilmişdir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçıya olan borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehlə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsində iddiaçı tərəfindən ödənilməsi, habelə cavabdehin iddia ilə bağlı hərhansı etirazı olmadığından, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı hesab edilərək təmin edilməli və cavabdehdən 17580 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən 140 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 17580 (on yeddi min beş yüz səksən) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140 (yüz qırx) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2129/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2129/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver