Məhkəmə qərarları › İş №2(051)-2144/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2144/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2144/2025 13.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Muxtar oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Muxtar oğlu Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 1248.57 manat məbləğdə pulun və ödənilmiş 32.49 manat dövlət rüsumunun alınaraq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 noyabr 2019-cu ildə "xxxx" ASC ilə 03İCASA193160008 saylı kredit müqaviləsi bağlayaraq 3900 (üç min doqquz yüz) manat məbləğdə kredit almışdır. Həmin kreditin təminatı olaraq onunla həmin tarixdə 31FİZAM71578702 nömrəli zaminlik müqaviləsi bağlanmış və o, borclu ilə bank qarşısında birgə məsuliyyət daşımağı öhdəmə götürmüşdür. Cavabdeh banka olan borcunun müəyyən bir hissəsini ödəmiş, lakin sonradan ödənişləri dayandırmışdır. Bundan sonra Cavabdeh banka olan borcu onun əmək haqqından tutulmuşdur. Belə ki, Cavabdeh zamin durduğu kredit müqaviləsi üzrə kredit borcu onun tərəfindən ödənişlər ödənilmədiyi üçün onun əmək haqqı kartından ümumilikdə 1000 (bir min) manat məbləğdə vəsait və 248.57 manat icra ödənişi olmaqla, cəmi 1248.57 manat məbləğdə vəsait Cavabdeh kredit borcuna silinmişdir. O, dəfələrlə Cavabdeh ona olan borcunu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmadı və cavabdeh ona olan borc pulu qaytarmaqdan imtina etdi. O, pulunu başqa qaydada ala bilmir. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli oldu. Odur ki, cavabdehdən 1248.57 manat məbləğdə pulun və ödənilmiş 32.49 manat dövlət rüsumunun alınaraq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Muxtar oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı məhkəməyə teleqram ünvanlayaraq təyin edilən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdehə Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, o, bankdan 3500 manat məbləğində kredit götürmüşdür. İddiaçı da həmin kredit müqaviləsinin təminatı olaraq bankla zaminlik müqaviləsi bağlamışdır. Əvvəllər krediti vaxtı vaxtında ödəyirdi. Lakin sonra maddi imkanı olmadığı üçün krediti ödəyə bilmədi. Bank qalan borc məbləğini iddiaçıdan tutmuşdur. O, iddiaçıya borcu ödəməkdən yayınmır və iddia tələbini qəbul edir. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan "xxxx" ASC ilə cavabdeh Əbdürəhimov Nazim Natiq oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 031CASA193160008 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə illik 25 % dərəcəsi ilə 3900 manat məbləğində kredit verilmişdir. İşdə olan 2 saylı MİS tərəfində verilmiş arayın surətindən görünür ki, Heydərov X1 şəhəri İsiqlal küçəsi, ev 89, mənzil 34 ünvanında kirayədə yaşayır. İşdə olan Göygöl rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(066)-1344/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında olan kredit müqaviləsi ləğv edilmiş, cəmi 3521,14 manat borc və 30 manat dövlət rüsumu cavabdehlər Əbdürəhimov atiq Nazim oğlundan və İddiaçı tutularaq "xxxx" ASC-ə ödənilməsi qət edilmişdir. İşdə olan Müdafiə Nazirliyi N № li hərbi hissə tərəfindən verilmiş N saylı arayışdan görünür ki, Göygöl rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(066)-1344/2020 saylı icra sənədinə əsasən 2021-ci ilin may ayı üzrə 500 manat və iyun ayı üzrə 500 manat cəmi 1000 manat tutularaq "xxxx" ASC-nin hesabına ödənilmişdir. İşdə olan qəbzdən görünür ki, İddiaçı Muxtar oğlu tərəfindən Göygöl rayon İcra və Probasiya Şöbəsinin hesabına 248.57 manat icra ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehdən 1248,57 manat məbləğində pulun alınmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, xx.xx.2019-cu il tarixli, 031CASA193160008 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə "xxxx" ASC tərəfindən 3900 manat məbləğində kredit verilmişdir. Cavabdehin öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit borcunun bir hissəsini ödəmiş, lakin kredit müqaviləsinin şərtlərinə tam əməl etmədiyi üçün kredit borcundan əlavə faiz və cərimə borcu da hesablanmışdır. Yaranmış kredit borcunun bir hissəsi "xxxx" ASC tərəfindən iddiaçıya məxsus əmək haqqı kartından aparılan tutulmalar qaydasında kassaya ödənişlər hesabına ödənilmişdir. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən halları araşdırmış, əldə edilmiş nəticəyə əsasən aydın olmuşdur ki, həqiqətən də iddiaçıdan tələb olunan məbləğdə pul tutularaq bank hesabına ödəniş edilmişdir. Bu hal məhkəmə iclası zamanı cavabdehin özünün də verdiyi izahatla öz təsdqini tapmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçıya olan borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranmışdır. Məhkəmə, müəyyən etdi ki, Cavabdeh banka olan kredit borcunun ödənilməsindən boyun qaçırdığı onun ümumi borcundan 1000 manat kredit borcu iş üzrə zamin olan İddiaçı Muxtar oğlu tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Bundan əlavə icra ödənişi olaraq 248,57 manat iddiaçı tərəfindən icra şöbəsinə ödənilmişdir. Beləliklə, cavabdeh zaminə dəyən ziyanı ödəməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən yaranan öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisədir. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi mülki hüquq normaların tətbiq edilməsi əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2–ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. İş materiallarında olan bank tərəfindən məhkəməyə göndərilmiş sorğuya cavab məktubundan göründüyü kimi cavabdehin bank qarşısında olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən 1000 manat məbləğində kredit ödənişi və icra şöbəsinə 248,57 manat məbləğində icra ödənişi edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehlə banka arasında bağlanmış kredit müqaviləsinə əsasan yaranmış borc iddiaçı tərəfindən qismən ödənildiyindən, habelə cavabdehin həmin pulu qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilməli və cavabdehdən 1248,57 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumunun əvəzi olan 32,49 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1248,57 (bir min iki yüz qırx səkkiz manat əlli yeddi qəpik) manat məbləğində pul alınıb İddiaçı Muxtar oğluna verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,49 manat pul alınıb İddiaçı Muxtar oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar