Məhkəmə qərarları › İş №2(051)-2149/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2149/2022

13.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2149/2022 13.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi,Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 17100 (on yeddi min bir yüz) manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi,Vəkil iddianı müdafiə edərək izahatında bildiridi ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 29; 177.2.1; 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Mingəçevir şəhər Məhkəməsinə verilmişdir. Cavabdeh ona elan olunmuş ittihamlar üzrə təqsiri tam sübuta yetirilmiş və o, Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 29; 177.2.1; 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-63/2021 saylı məhkəmə hökmü ilə 3(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmzəyev X1 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-63/2021 saylı məhkəmə hökmündən Şəki Apelyasiya Məhkəməsinə şikayət vermiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(107)-135/2022 saylı məhkəmə qərarı ilə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-63/2021 saylı məhkəmə hökmü dəyişdirilmədən qüvvədə saxlamış və qərar elan olunduğu gündən qüvvəyə minmişdir. Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 29; 177.2.1; 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək və barəsində hökm çıxarılmışdır ondan ötəri ki, o, bir neçə şəxslərin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Cavabdeh, həmçinin, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən mənzilinə pəncərədən qanunsuz daxil olmaqla iddiaçıya və ailə üzvülərinə məxsus 5000 manat pul, 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 1.700 olan 1400 ABŞ dolları pulu, bir ədəd 6000 manat dəyərində qızıl boyunbağını, bir ədəd 1560 manat dəyərində qızıl qolbağını,bir ədəd 240 manat dəyərində qızıl üzüyü, bir ədəd 300 manat dəyərində qızıl tək qaş üzüyü,bir ədəd 300 manat manat dəyərində qızıl üzüyü və bir ədəd 360 manat dəyərində qızıl nişan üzüyünü gizli olaraq talamaqla xeyli miqdarda yəni, 17100 (on yeddi min bir yüz) manat məbləğində maddi zərər vurmuşdur. İş üzrə tam sübuta yetirilir ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1;177.2.2; 177.2.3; 177.2.4; 29; 177.2.1; 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməli nəticəsində, bilavasitə iddiaçıya 17100 (on yeddi min bir yüz) manat məbləğində maddi zərər vurmuşdur. Qeyd olunan cinayət işi üzrə ibtidai istintaqda və məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən mülki iddia verilməmiş və məhkəmənin yekun qərarından sonra mülki iddia verməyi planlaşdırmışdı. Hal-hazırda isə mülki iddia ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-63/2021 saylı məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Cavabdeh tərəfindən bilavasitə cinayət qanuni ilə nəzərdə tutulmuş əməli nəticəsində vurulmuş ziyan olmaqla cəmi- 17100 (on yeddi min bir yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinin surəti və məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cavabdeh göndərilərək, iddia tələbinə münasibətini bildirməsi xahiş olunmuşdur. Cavabdeh məhkəməyə ərizə göndərərək iddia tələbi ilə razı olmadığını bildirmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2020-ci il tarixdə saat 20 radələrində İddiaçı məxsus Mingəçevir şəhər A.Məmmədov küçəsi ev 8/4, mənzil 21-də yerləşən mənzilə pəncərədən qanunsuz daxil olub oradan 5000 manat pul, 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 1.700 olan 1400 ABŞ dolları pulu, bir ədəd 6000 manat dəyərində qızıl boyunbağını, bir ədəd 1560 manat dəyərində qızıl qolbağını, bir ədəd 600 manat dəyərində qızıl sırğa-üzük dəstini, bir ədəd 360 manat dəyərində qızıl boyunbağını, bir ədəd 240 manat dəyərində qızıl üzüyü, bir ədəd 300 manat dəyərində qızıl tək qaş üzüyü, bir ədəd 300 manat dəyərində qızıl üzüyü və bir ədəd 360 manat dəyərində qızıl nişan üzüyünü gizli olaraq talayaraq mənzili tərk etmiş, bununla da saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxs İddiaçı 17100 manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6(altı)ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 sentyabr 2020-ci il tarixdən 04 sentyabr 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 5(beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşdə olan Apelyasiya Məhkəməsinin 1(107)-135/2022 №-li xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh və onun müdafiəçisinin apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir şəhər məhkəməsinin 1(051)-63/2021 №-li 13 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 179-cu maddəsində mülki iddia üzrə tətbiq edilən qanunvericilik barədə müddəalar təsbit edilmişdir. Həmin maddədə qeyd olunur ki, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsində göstərilir ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsində mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Cinayət Prosessual Məcəllənin 180.2-ci maddəsində göstərilmişdir ki, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci maddəsində cinayət işindən əmələ gələn iddia üzrə aidiyyət barədə müddəalar təsbit olunmuşdur. Həmin maddədə qeyd olunur ki, cinayət işindən əntələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı tələbində Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-63/2021 №-li məhkəmə hökmündə göstərilən əsaslarla Cavabdeh onun xeyrinə bilavasitə Cinayət Qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyan olmaqla, cəmi 17100 (on yeddi min bir yüz) manat məbləğində pul vəsaitinin alınaraq ödənilməsi barədə qərar qəbul olunmasını göstərmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək iddianı qəbul etmədiyini bildirmişdir. Lakin cavabdeh öz etirazını əsaslandırdığı sübutu məhkəməyə təqdim etmədi. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 17100 (on yeddi min bir yüz) manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 17100 (on yeddi min bir yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar