Məhkəmə qərarları › İş №2(051)-216/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-216/2024

01.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-216/2024 01.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakın yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” X13rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası Aslanova (Abdullayeva) Aysapa Yusif qızından miras qalmış Mingəçevir şəhəri X23, ev 70, mənzil 4 ünvanında yerləşən mənzilin yalnız onun tərəfindən miras əmlak kimi qəbul edilməsinin müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1969-cu ildə Ağdam rayonu Novruzlu kəndində anadan olmuşdur. Məlum hadisələrdən sonra Mingəçevir şəhərində məskunlaşmışdır. X8, anası X10r. Atası ilə anasının nikahlarından ondan başqa digər uşaqları olmamışdır. O, uşaq ikən anası və atası ayrılmışlar. O, iki yaşında olanda anası X1 Məhərrəm Süleyman oğlu adlı şəxslə 04 dekabr 1971-ci il tarixdə rəsmi nikaha girərək ailə münasibətlərinə daxil olmuşdur. Aslanova soyadını qəbul elmişdir. Anası başqa şəxslə ailə münasibətlərinə daxil olmasına baxmayaraq ona baxmışdır. Anasının əri olmuş X11 vəfat etmişdir. Anası Aysaba tək yaşadığı üçün onunla bir yerdə yaşadı. Mingəçevir şəhəri X23, ev 70, mənzil 4 ünvanında yerləşən yaşayış mənzili anası Aslanova (Abdullayeva) Aysaba Yusif qızının xx.xx.2020-ci il tarixdən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ********** Qeydiyyat Nömrəsinə əsasən xüsusi mülkiyyətindədir. X9 xəstə idi, ona özü baxırdı. Anası Aysaba 16 may 2020ci il tarixdə “Ürəyin xroniki işemik xəstəliyinin digər formaları” xəstəliyindən xəstəxanada vəfat etdi. Anasını Mingəçevir şəhərində dəfn etdi. Mingəçevir Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamə aldı. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X18 barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. 1.X4 və 2oğlu İddiaçı. X3 vəfatından sonra Mingəçevir şəhəri X23, 70 saylı evin 4 saylı mənzili miras qaldı. Həmin mənzildə də o, yaşayır. X3 ondan başqa qanun üzrə birinci növbəli vərəsəsi yoxdur. Anasının vəfatından sonra qanunda nəzərdə tutulmuş müddət ərzində notariat ofisinə müraciət etməmişdir. Anasından miras qalmış mənzili adına sənədləşdirmək istəyəndə ona dedilər ki, notariat ofisindən vərəsəlik şəhadətnaməsi almalıdır. Bundan sonra Mingəçevir Regional "Asan Xidmət” Mərkəzində Notariat Ofisinə yaxınlaşdı. Notariat Ofisindən ona şifahi qaydada bildirdilər ki, anası Ağcabədi rayonunda qeydiyyatda olub, ona görə də oranın Notariat Ofisinə müraciət etməlidir. O, da Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional "Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etdi. Həmin orqandan ona müddət keçməsi ilə bağlı imtina verdilər. Daha sonra Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə rəsmi ərizə ilə müraciət edib, anasının ölüm haqqında şəhadətnaməsinin, anasınıdan miras qalmış - Mingəçevir şəhərində yerləşən mənzilin çıxarışının, ondan başqa anasının digər vərəsəsinin olmamasını təsdiq edən sənədləri təqdim etdi. Cavabdeh1ndən ona əsassız cavab verdilər. Vərəsəlik hüququ haqqında - şəhadətnamə verməkdən imtina etdilər, imtinaya əsas kimi anası Aysabanın sonuncu yaşayış qeydiyyatının Ağcabədi rayonu Qiyamadınli kəndi olmasını göstərmişlər. Qanunda sonuncı yaşayış qeydiyyat termini yoxdur. Notariat Ofisinə izah etdi ki, anası Aslanova (Abdullayeva) X20 doğulmuşdur. Ağcabədidə qeydiyyatda olmuş Mingəçevir şəhərində yaşayaraq vəfat elmiş, ölüm haqqında şəhadətnamənin Mingəçevir şəhərindən alınmasından müəyyən edilir. Vərəsəlik arayışı belə Mingəçevir Şəhər qeydiyyat Şöbəsindən alınmışdır. Daşınmaz əmlak da Mingəçevir şəhərində yerləşir. Qeyd etdiyi kimi anası Aslanova (Abdullayeva) Aysaba Yusif qızının ondan başqa qanun üzrə birinci növbəli vərəsəsi yoxdur. Anam onunla yaşayıb, birgə təsərrüfat idarə etmişdir, xəstə vaxtı o, baxmış, qulluq etmişdir. O, dəfn etmişdir. Anası Aysabadan miras qalmış mənzildə o, yaşayır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” X16 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyetrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, X23 ev 70, mənzil 4 ünvanda yerləşən ümumi sahəsi 46,10 kv.m., olan mənzil tam mülkiyyət hüququ üzrə X15 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 ilə X7 birgə nikahlarından xx.xx.1969-cu il tarixdə İddiaçı doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2020–ci il tarixdə ölmüşdür. İşdə olan Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 ilə X7 nikahı 04 dekabr 1971-ci ildə Ağcəbədi rayonunda qeydə alınmış və arvada Aslanova soyadı verilmişdir. İşdə olan ölüm haqqında 5 nömrəli akt qeydinin surətindən görünür ki, X11 xx.xx.2015–ci il tarixdə ölmüşdür. İş materiallarında olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-492-23 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1951-ci il tarixdə Ağdam rayonu, Novruzlu kəndində anadan olmuş X18barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü il tarixədək aparılmış və xx.xx.1941-ci il tarixdə doğulmuş (ölüb) əri-X11 və xx.xx.1969-cu il tarixdə doğulmuş oğlu-İddiaçı barədə məlumatlar aşkar edilmişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən Ağdam rayonu, Novruzlu Ərazi Dairəsi, Novruzlu kəndində qeydiyyatdadır. İşdə olan Ağcabədi Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mirasın qəbulu müəyyənləşdirilmiş müddət gecikdirilmiş, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət ərzində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə dair sübutların olmaması qeyd edilərək, mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçının anasıX18xx.xx.2020–ci il tarixdə ölmüşdür. Ondan ünvan 5 ünvanında yerləşən mənzil miras qalmışdır. X15 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə X4 və oğlu İddiaçı daxil olmuşdur. Mərhumun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə daxil olan X11 05 may 2015-ci ildə ölmüşdür. X5 ölümündən sonra qalan yeganə vərəsə isə İddiaçı olmuşdur. Bununla da miras əmlakla bağlı mübahisə yaranmışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, iddiaçı miras açıldıqdan sonra miras mülkdə yaşamış, sahibliyini həyata keçirmiş və mirasın qorunub saxlanmasını təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Həmin Məcəllənin 218.1–ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış münasibət mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olduğundan və miras qoyan, mərhum X18xx.xx.2020–ci il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququna dair normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məhkəmə, həmçinin hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyi üçün miras əmlaka qanun üzrə vərəsəlik qaydalarını tənzimləyən normalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə mübahisənin qanunauyğun və düzgün həll edilməsi üçün ilkin olaraq, miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini zəruri sayaraq qeyd edir ki, X2 ünvan 5 ünvanında yerləşən mənzil miras qalmışdır. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyinə əsaslanaraq hesab edir ki, mərhumun X4 08 may 2015-ci il tarixdə öldüyündən, yəni Məhərrəm Aslanovun öldüyü məqamda sağ olmadığına görə mərhum X15 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə oğlu İddiaçı daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, iddia və təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X2 miras qalmış, ünvan 5 ünvanında yerləşən mənzilin yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar