Məhkəmə qərarları › İş №2(051)-2160/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2160/2021

27.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2160/2021 27.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən Qaçqınlar və Məcburi köçkünlər üçün salınmış 504 mənzilli yaşayış qəsəbəsinin 10 nömrəli evin 5 saylı mənzilində bir otağın onun istifadəsinə verilməklə istifadə qaydasının müəyyən edilməsi, həmçinin cavabdehlər tərəfindən mənzildən istifadəsinə yaradılan maneənin aradan qaldırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı həmin cavabdehlərə qarşı mənzilə köçürülmə tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmış və məhkəmənin 27.04.2021-ci il tarixli 2(051)-674/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilərək X2 və azyaşlı uşaqlarının sözügüdən mənzilə köçürülməsi qət edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi icraya yönəldilmiş və X2 azyaşlı uşaqlarıilə birlikdə həmin mənzilə köçürülmüşdürlər. Lakin həmin cavabdehlərin bundan sonra yenidən maneçilik törətməklə iddiaçını həmin mənzildən istifadə etməyə qoymamaqları məhkəmə qaydasında baxılmalı deyildir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 73.5-ci maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmədə baxılmalı olmaması əsası ilə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Bununla belə iddiaçıya izah edilsin ki, mənzildən istifadə etməsinə cavabdehlər tərəfindən yenidən maneə törədildiyi halda, o, icra üzrə icraatın təzələnməsi ilə bağlı İcra və Probasiya Şöbəsinə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, mənzildən istifadə etməsinə cavabdehlər tərəfindən yenidən maneə törədildiyi halda, o, icra üzrə icraatın təzələnməsi ilə bağlı İcra və Probasiya Şöbəsinə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar