Məhkəmə qərarları › İş №2(051)-2176/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2176/2023

30.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2176/2023 30.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı cavabdehlər Mingəçevir Regional ASAN xidmət mərkəzində notariat ofisinə və Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Mingəçevir Regional ASAN xidmət mərkəzində notariat ofisinə və Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir Regional ASAN xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Mingəçevir Şəhər Məhkəməsinin icraatında 2(051)-1895/2023 saylı mülki iş vardır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Mingəçevir Regional ASAN xidmət mərkəzində notariat ofisinə və Cavabdeh1nə qarşı Mingəçevir Regional ASAN xidmət mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir və hazırda iş məhkəmənin icraatındadır. Yenidən İddiaçı xx.xx.2023-cü il tarixdə eyni cavabdehlərə qarşı, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.4-cü maddələrinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Mingəçevir Regional ASAN xidmət mərkəzində notariat ofisinə və Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar