Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2183/2023 21.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh nümayəndəsi və vəkili Vəkil Hacı oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul borcunun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 15000 (on beş min) manat pulun və 135 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1953-cü il təvəllüdlü, Mingəçevir şəhəri, Puşkin küçəsində qeydiyyatda olan qardaşı iş üzrə Cavabdeh onu aldadaraq, etibarından sui-istifadə etmiş, 15000 manat məbləğində pulunu ələ keçirmişdir. Cavabdeh ondan pulu o məqsədlə almışdır ki, guya, həmin pulla ona ev alacaqdır. Ondan sonra da nəvəsi X15 ilə cavabdehin oğlu evlənib həmin evdə yaşayacaqlar. Cavabdeh pulu aldıqdan 1 il müddətinə ona ev alacağını demişdir. O isə qardaşı olduğuna görə inanmışdır. Bu günə kimi nə evi almış, nə də pulu qaytarmışdır. Faktı təsdiq edən səs yazılarını da təqdim etmişdir. Hesab edir ki, cavabdeh onun pulunu qanunsuz ələ keçirmişdir. Bununla belə iddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, lakin iddia ərizəsində istinad etdiyi əsaslardan fərqli olaraq göstərdi ki, 2008-ci ildə Esmira ilə Elizbar ailə həyatı qurublar. Bundan sonra qardaşı Cavabdeh ona deyib ki, Elizbargilə ev almaq istəyir. O da Gəncə şəhərində yaşadığı evi 20000 ABŞ dollarına satmış, həmin puldan 15000 (on beş min) manatını cavabdehin evində qızı Moruqun yanında ona şəxsən vermişdir. Sonra qalan puldan cehiz əşyaları almış, seyf qapının pulunu da özü ödəmişdir. Cavabdeh öz oğluna ev almış, lakin ona ev almamamışdır. Hazırda onun yaşayış evi yoxdur. Ona görə də qohumlarının yanına sığınmaq məcburiyyətində qalmışdır. Göründüyü kimi cavabdeh pulu aldıqdan sonra bir il müddətində ona ev alacağına söz versə də, bu vaxta qədər nə ev almış, nə də ondan ələ keçirdiyi pulu qaytarmamışdır. Hər dəfə cavabdehdən evi tələb edəndə onu aldadır və müxtəlif bəhanələr göstərir. Odur ki, məhkəmədən iddianın təmin olunmasına dair qətnamənin çıxarılmasını xahiş edir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında göstərmişdir ki, iddiaçının qeyd etdikləri yalandır. Özləri işləyib, öz vəsaitləri hesabına ev alıblar. İddiaçı evini satan zaman o, artıq oğlu Elizbara ev almışdır, İddiaçının satdığı evinin pulunu hansı məqsədlərə xərclədiyindən məlumatı yoxdur. Satılmış evin pulundan ona heç bir məbləğ ödənilməyib. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil təmsil etdiyi şəxsin ifadəsinə uyğun izahat verərək iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, İddiaçı onun bibisi, Cavabdeh oğu isə atasıdır. Bibisi, yəni iddiaçı Elizbargilə ev almaq məqsədilə atasına pul verməyib. Həmçinin onun özünə də heç kəs pul verməyib və özü şəxsən pul saymayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, İddiaçı ilə qonşu olublar. 2008-ci ildə qayınatası X5 İddiaçı evini 20000 (iyirmi min) ABŞ dollarına etibarnamə əsasında almışdır. Hazırda həmin evdə o və qayınatası yaşayır. Məhkəmə cavabdehin iştirak etdiyi məhkəmə iclası zamanı izahatını, cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia ərizəsi, iddia müddətinin keçməsinə görə təmin edilməməlidir. Belə ki, işdə olan AR DİN BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1953-cü il tarixdə Ermənistan Quqark rayonunda anadan olmuş Əliyev X7 şəhəri, A.S.Puşkin küçəsi ev 10/3, mənzil 13 ünvanında qeydiyyatdadır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(051)-576/2015 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, X6 Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 23 saylı evin 46 saylı mənzilindən xx.xx.2008-ci il təvəllüdlü X16 və xx.xx.2010-cu il təvəllüdlü X17 ilə birlikdə ümumi əsaslarla istifadə hüququ tanınmışdır. İşdə olan xx.xx.2008-ci il tarixli etibarnamənin (etibarlılıq müddəti 10 il) surətindən görünür ki, İddiaçı X3 Gəncə şəhəri, N.Nərimanov prospekti 7-ci döngə, ev 10-da yerləşən iki otaqlı mənzilə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığı yerinə yetirməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi etibar etmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların və tərəflərin izahatlarının tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh iddiaçının doğma qardaşıdır. Cavabdehin oğlu X18 iddiaçının nəvəsi X12 ilə xx.xx.2008-ci evlənmiş, xx.xx.2015-ci il tarixdə məhkəmə qaydasında pozulmuş, xx.xx.2018-ci il tarixdə nikahın pozulması haqqında akt qeydi tərtib edilmişdir. Cavabdeh oğlu X9 adına xx.xx.2008-ci il tarixdə 30.000 manata Mingəçevir şəhəri, X28 küçəsində istifadədə olan 0.0828 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 3-cü mərtəbəsində, 45.99 kv.m ümumi, 31.33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 46 nömrəli mənzil almışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş 04 sentyabr 2023–cü il taixli qətnaməsi ilə X10, X13 və X14 cəmi 16000 (on altı min) manat kompensasiya verilməklə, iddiaçı X11 mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mənzilin tərkib hissəsindən onların istifadə hüquqlarına xitam verilmişdir. Ondan sonra iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia qaldırmışdır. Məhkəmə bu halları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Bununla yanaşı, iddiaçı tərəfin iddia ərizəsində istinad etdiyi dəlillərlərlə, məhkəmə iclası zamanı izahatında göstərdiyi dəlillər arşında əhəmiyyətli ziddiyyət vardır. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh onu aldadaraq, etibarından sui-istifadə edərək, 15000 manat məbləğində pulunu ələ keçirmişdir. Cavabdeh ondan pulu o məqsədlə almışdır ki, guya, həmin pulla ona ev alacaqdır. Ondan sonra da nəvəsi X15 ilə cavabdehin oğlu evlənib həmin evdə yaşayacaqlar. Cavabdeh pulu aldıqdan 1 il müddətinə ona ev alacağını demişdir. İddiaçı məhkəmə iclası zamanı izahatında isə bildirmişdir ki, 2008-ci ildə Esmira ilə Elizbar ailə evləndikdən sonra qardaşı Cavabdeh ona deyib ki, Elizbargilə ev almaq istəyir. O da Gəncə şəhərində yaşadığı evi 20000 ABŞ dollarına satmış, həmin puldan 15000 (on beş min) manatını cavabdehin evində qızı Moruqun yanında ona şəxsən vermişdir. Sonra qalan puldan cehiz əşyaları almış, seyf qapının pulunu da özü ödəmişdir. Cavabdeh öz oğluna ev almış, lakin ona ev almamamışdır. Görünüdüyü kimi iddiaçı iddia ərizəsində cavabdehə pulu özünə ev almaq, məhkəmə iclasında isə Esmira ilə Elizbara ev almaq üçün verdiyini bildirmişdir. Cavabdeh tərəf isə heç bir halı qəbul etməmişdir. Lakin iddiaçı tərəfin təqdim etdiyi audio diskdə qeyd edilmiş səs yazılarından, həmçinin müəyyən edilir ki, iddiaçı Esmira ilə Elizbara ev almaq məqsədilə cavabdehə 15.000 manat məbləğində pul vermişdir. Bu halı cavabdeh məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə də təsdiq etmişdir. Bununla belə iddiaçı məhkəmə iclası zamanı həmin əsasa istinad etməyərək, cavabdehdən ona ev almadığına görə pulunu tələb etmişdir. Məhkəmə iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallara uyğun olaraq hesab edir ki, iddiaçı ilə cavabdeh arasında 2008-ci il tarixdə şifahi taşırıq müqaviləsi bağlanmış, yəni iddiaçı özünə ev almaq üçün cavabdehə 15.000 manat məbləğində pul vermişdir. Cavabdeh hazırda iddianı qəbul etməsə də, işdə olan sübutlarla təsdiq edilir ki, cavabdehlə iddiaçı arasında tapşırıq müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri olmuşdur. Bu hal isə o nəticəyə gəlməyə əsas veririk, iddiaçının cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ mövcud olmuşdur. Belə olan halda, yoxlanılmalı olan ikinci məsələ, cavabdehin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması məsələləridir. İşin araşdırılan hallarına görə cavabdeh tapşırığı yerinə yetirməməsinə baxmayaraq, hazırkı vaxta qədər iddiaçı ona qarşı tələb irəli sürməmişdir. İşdə olan ərizədən isə görünür ki, cavabdeh iddia tələbi üzrə iddia müddətinin tətbiq olunmasını və müddətin keçməsinə görə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı istinad etdiyi dəlillərə münasibətdə qeyd edir ki, hazırkı tələb üzrə iddia müddətinin tətbiq edilməsi üçün qanunda nəzərdə tutulmuş kifayət qədər əsaslar mövcuddur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, işin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında 2008-ci ildə şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıya ev almağı öhdəsinə götürmüş, iddiaçı isə cavabdehə 15.000 manat pul ödəmiş, lakin cavabdeh tapşırığı yerinə yetirilməmişdir. Müqavilə bağlandığı vaxtdan 15 il keçdikdən sonra iddiaçı cavabdehə qarşı tələb irəli sürmüşdür. Məhkəmə iş materiallarının müqayisəli təhlili nəticəsində müəyyən etdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti 2009-cu il tarixə qədər müəyyən edilmişdir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetriməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümum iddia müddəti on il təşkil edir. Həmin Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, İddiaçı iddia müddətini keçirməsinə əsaslanaraq, iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarının müqayisəli tədqiqi nəticəsində müəyyən etdi ki, tərəflər arasındakı münasibətlər 2008-ci ildə yaranmışdır. İddiaçının bildirməsinə görə maksimum 1 il müddətinə 15000 manat məbləğində pula uyğun olaraq ona ev almağı cavabdehə tapşırmış, cavabdeh də tapşırığı həmin müddət ərzində yerinə yetirməyi öhdəsinə götürmüşdür. Bununla belə cavabdeh tapşırığı yerinə yetirməmişdir. Hansı ki, tapşırığın yerinə yetirilməməsi iddiaçıya hər zaman məlum olmuş, yəni iddiaçı hüququnun pozulduğunu bilmişdir. Belə olan halda iddia müddətinin axımı, iddiaçının öz hüququnun pozulduğunu bildiyi 2009-cu ildə başlamış və 2012-ci ildə başa çatmışdır. Lakin iddiaçı həmin vaxtdan 15 il keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı tələb irəli sürmüşdür. Göründüyü kimi iddiaçı iddia müddətini dəfələrlə ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu məcəllə ilə müəyyənləşdirilir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında, cavabdehin 15000 manat məbləğində pul müqabilində ona bir il müddətinə ev alacağına dair söz verdiyini göstərmişdir. Lakin iddiaçı uzun müddət gözləsə də cavabdeh nə ev almamış, nə də aldığı pulu idiaçıya qaytarmamışdır. Bununla belə iddiaçı ona qarşı tələbi 15 il sonra irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə mübahisənin müqavilə münasibətlərindən yaranan tələb olduğu qənaətinə gələrək, hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi mmüdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqəsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavan verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərarı və həmin məhkəmənin X1rşı işlər üzrə xx.xx.2000-ci il tarixli və xx.xx.2004-cü il tarixli qərarları) Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri 2008-ci ildə yaranmışdır. Hazırki mübahisəyə müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə üç illik iddia müddəti tətbiq olunur. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddianı qanunda göstərilmiş 3 (üç) illik iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsinə görə iddiaçının cavabdehəqarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı 15.000 (on beş min) manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2183/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2183/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver