Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2195/2025 23.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi - Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs - "xxxx" MMC) “qızıl-zinət əşyaları” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, "xxxx" MMC-nin Mingəçevir filialında saxlanılan borclu Cavabdeh2 tərəfindən girov qoyulmuş 1. 1 ədəd boyunbağı - əyarı 583, çəkisi 20 qram, 2. 1 ədəd qolbağ-əyarı 583, çəkisi 10.30 qram, 3. 2 ədəd üzük ağlı-əyarı 750, çəkisi 12.30 qram, 4. 5 ədəd üzük - əyarı 585, çəkisi 20.80 qram, 5. 1 cüt sırqa -əyarı 585, çəkisi 6.20 qram, 6. 1 ədəd klon - əyarı 585 olan qızıl-zinət əşyalarının özünün və ya cəmi dəyəri olan 6066 manat pulun, ödənilmiş dövlət rüsumu olan 80.66 manatın və vəkil xidmətinə ödənilmiş 300 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, "xxxx" MMC-nin Mingəçevir filialında saxlanılan borclu Cavabdeh2 tərəfindən girov qoyulmuş 1. 1 ədəd boyunbağı - əyarı 583, çəkisi 20 qram, 2. 1 ədəd qolbağ-əyarı 583, çəkisi 10.30 qram, 3. 2 ədəd üzük ağlı-əyarı 750, çəkisi 12.30 qram, 4. 5 ədəd üzük - əyarı 585, çəkisi 20.80 qram, 5. 1 cüt sırqa -əyarı 585, çəkisi 6.20 qram, 6. 1 ədəd klon - əyarı 585 olan qızıl-zinət əşyalarının özünün və ya cəmi dəyəri olan 6066 manat pulun, ödənilmiş dövlət rüsumu olan 80.66 manatın və vəkil xidmətinə ödənilmiş 325 manat pulun Cavabdeh2 alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə qonşu kimi tanış olmuşdur. Sonradan münasibətləri yaxınlaşmışdır. O, ailəli olmamaqla bərabər Mingəçevir şəhərində yaşayır. Cavabdeh2 uşağı xəstələnmişdir. Bununla əlaqədar o, ondan borc istəmişdir. Onun cavabdehə yazığı gəlmiş və ona sonradan qaytarması şərti ilə qızıl-zinət əşyaları vermişdir. O, həmin qızıl-zinət əşyalarını lombarda girova qoymaq yolu ilə borc pullar götürmüşdür. Onların arasında bu barədə yazılı müqavilə belə bağlanmışdır. (Yazılı müqavilə işə əlavə olunur). Hazırda cavabdehlər Lombarda olan borcunu ödəmir və qızılzinət əşyalarını ona qaytarmaqdan imtina edir. Bir sözlə, cavabdehlər onun onlara olan etibarından sui-istifadə edərək onu aldatmışdır. Hazırda Cavabdeh2 və Cavabdeh1 adına Lombardda olan qızıllar ona məxsus qızıllardır. Həmin əşyalar aşağıdakılardır: 1 ədəd boyunbağı - əyarı 583, çəkisi 20 qram – 1700 manat, 1 ədəd qolbağı - əyarı 583, çəkisi 10.30 qram – 875,50 manat, 2 ədəd üzük ağlı-əyarı 750, çəkisi 12.30 qram – 1045,50 manat, 5 ədəd üzük - əyarı 585, çəkisi 20.80 qram – 1768 manat, 1 cüt sırğa -əyarı 585, çəkisi 6.20 qram – 527 manat, 1 ədəd klon - əyarı 585 – 150 manat olan qızıl- zinət əşyaları. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi - Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs - "xxxx" MMC-yə(nümayəndəsinə) məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna baxmayaraq Cavabdeh2 əvvəlki məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, həqiqətən də iddiaçıya məxsus olan qızıl-zinət əşyalarını lombarda qoyaraq kredit götürmüşdür. Lakin hazırda həmin kredit borcunu ödəmişdir. Lombarda heç bir kredit borcu yoxdur. Məhkəmə işə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İşdə olan "xxxx" MMC tərəfindən Mİngəçevir Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh2 adına aktiv kredit yoxdur. Cavabdeh2 "xxxx" MMC-dən 25 may 2025-ci il tarixində qızıl girovu əsasında götürdüyü kredit borcunu 14 oktyabr 2025-ci il tarixində bağlamış və bağlanış qəbzlərini özünə təqdim etmişlər. İşdə olan X1 tərəfindən əlyazma vasitəsi ilə yazılmış 03.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı götürdüyü qızılları lombarda qoyaraq kredit götürəcəyini və krediti bağladıqdan sonra həmin qızılları lombarddan çıxararaq İddiaçı qaytaracağını qeyd etmişdir. İşdə olan nağd pulun mədaxili qəbzindən görünür ki, Cavabdeh2 "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixdə 6821 manat ödəniş etmişdir. İşə olan xx.xx.2025-ci il tarixli hüquqi yardım göstərilməsinə dair müqavilədən görünür ki, 325 manat ödəniş müqabilində İddiaçı ilə Mingəçevir şəhər Vəkil bürosunun vəkili Vəkil arasında hüquqi yardım göstərilməsi üçün müqavilə bağlanmışdır. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eləcə də, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən “sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən qızıl–zinət əşyalarının cavabdehə kredit götürülməsi üçün verilməsini və hazırda da həmin əşyaların iddiaçıya qaytarılmamasını sübutetmə yükü iddiaçının, lakin həmin əşyaların mövcudluğunu etiraf etdikləri halda, iddiaçı tərəfindən qəbul edilməsini sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, iddiaçı Cavabdeh2 ilə qonşu kimi tanış olmuşdur. Sonradan Cavabdeh2 uşağı xəstələndiyini bildirmiş, bununla əlaqədar cavabdeh iddiaçıdan borc istəmiş, iddiaçı isə ona sonradan qaytarması şərti ilə qızıl-zinət əşyaları vermişdir. Cavabdeh həmin qızıl-zinət əşyalarını lombarda girova qoymaq yolu ilə borc pullar götürmüş, lakin sonradan cavabdeh lombarda olan borcunu ödəmədiyi üçün qızılzinət əşyalarını iddiaçıya qaytarmaqdan imtina edilmişdir. Odur ki, iddiaçıya məxsus qızılzinət əşyalarının cavabdehin kredit əldə etməsi üçün lombarda qoyaraq əvəzində pul əldə etməsi tərəflərin izahatları öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclası zamanı iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının həqiqətən də Cavabdeh2 tərəfindən lombarda qoyularaq pul götürülməsi cavabdehin izahatı ilə müəyyən olunmuşdur. Bu səbəbdən qızılzinət əşyalarının mövcudluğu müəyyən edildiyi üçün məhkəmə iclası zamanı bu hal mübahisəldirilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibəti əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmiş 1 ədəd boyunbağı - əyarı 583, çəkisi 20 qram, 1 ədəd qolbağ-əyarı 583, çəkisi 10.30 qram, 2 ədəd üzük ağlı-əyarı 750, çəkisi 12.30 qram, 5 ədəd üzük - əyarı 585, çəkisi 20.80 qram, 1 cüt sırqa -əyarı 585, çəkisi 6.20 qram, 1 ədəd klon - əyarı 585 olan qızıl-zinət əşyaları həqiqətən də iddiaçıya məxsus olmuş və cavabdeh tərəfindən lombarda qoyularaq əvəzində pul əldə edilmişdir. İddiaçı daha əvvəl həmin daşınar əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Həmin əşyalar iddiaçıya qaytarılmamış, cavabdehin qanunsuz sahibliyində saxlanılmışdır. Beləliklə, cavabdehin həmin qızıl əşyaları üzərində heç bir əşya hüququ olmamışdır. Bu səbəbdən də cavabdehin həmin qızıl əşyaları üzərində sahibliyi qanunsuzdur. Ona görə də iddiaçının cavabdehə qarşı qızıl əşyaları ilə bağlı tələb hüququ yaranmışdır. MM-in 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli və iddia ərizəsində göstərilən, 1 ədəd boyunbağı - əyarı 583, çəkisi 20 qram, 1 ədəd qolbağ-əyarı 583, çəkisi 10.30 qram, 2 ədəd üzük ağlı-əyarı 750, çəkisi 12.30 qram, 5 ədəd üzük - əyarı 585, çəkisi 20.80 qram, 1 cüt sırğa -əyarı 585, çəkisi 6.20 qram, 1 ədəd klon - əyarı 585 olan qızıl-zinət əşyaları naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin qızıl-zinət əşyalarının ümumi dəyəri olan 6066 manat Cavabdeh2 alınıb İddiaçı verilməlidir. MPM-in 107.2-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilən 80,66 manat dövlət rüsumu və vəkilə göstərdiyi yardıma görə ödənilmiş 325 manat məhkəmə xərcləri cavabdehdən alınıb iddiaçıya verilməlidir. Həmin Məcəllənin 222.1–ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh2 1 ədəd boyunbağı - əyarı 583, çəkisi 20 qram – 1700 manat, 1 ədəd qolbağı - əyarı 583, çəkisi 10.30 qram – 875,50 manat, 2 ədəd üzük ağlı-əyarı 750, çəkisi 12.30 qram – 1045,50 manat, 5 ədəd üzük - əyarı 585, çəkisi 20.80 qram – 1768 manat, 1 cüt sırğa -əyarı 585, çəkisi 6.20 qram – 527 manat, 1 ədəd klon - əyarı 585 – 150 manat olan qızıl-zinət əşyaları naturada, qətnamə icra olunan vaxt mövcud olmadığı təqdirdə isə həmin qızıl-zinət əşyalarının ümumi dəyəri olan 6066 manat məbləğində pul alınıb İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80,66 manat və vəkilə göstərdiyi yardıma görə ödənilmiş 325 manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Tural Hüseynli
Məhkəmə qərarları › İş №2(051)-2195/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2195/2025
23.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver