Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2198/2021 27.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı nümayəndəsi X3 və Cavabdeh oğlunun nümayəndəsi Süleymanov Elçin Habil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı Cavabdeh oğlu ilə 31 yanvar 2018-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 10 oktyabr 2018-ci il təvəllüdlü Turan adlı bir nəfər uşaqları doğulmuşdur. Tərəflər arasında ailə münasibətləri normal olmuş, mehriban yaşamışlar. Lakin bir müddət sonra iddiaçı ilə cavabdehin xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən münasibətləri pozulmuşdur. Mingəçevir şəhər məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması, uşağın iddiaçının yanında qalması və Cavabdeh uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat alimentin və uşağın 3 yaşına çatana kimi 40 manat pulun tutulub iddiaçıya verilməsi qət edilmişdir. Hazırda Turan adlı uşağın 3 yaşı tamam olduğu üçün 40 manat əlavə pulun verilməsi dayandırılmışdır. İddiaçı aldığı aliment ilə uşağın xərclərini ödəməkdə maddi cəhətdən çətinlik çəkir. Cavabdeh 120 manat alimentdən başqa iddiaçıya heç bir köməklik etmir. Halbuki, cavabdehin maddi inkanı yaxşıdır. Cavabdeh ingilis dili müəllimidir, məktəbdə dərs deyir, həm də repetitor kimi kirayə ev tutub məşğələlər təşkil edir, yaxşı qazanc əldə edir. Ona görə də müəyyən edilmiş alimentin miqdarının artırılmasını, 10 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 300 (üç yüz) manat məbləğdə alimentin Cavabdeh alınıb iddiaçıya verilməsini xahiş edir. Cavabdeh oğlunun nümayəndəsi Süleymanov Elçin Habil oğlu iddianı qəbul etməyrək məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh uşağına baxmaqdan imtina etmir, lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. İddiaçnın Elvin Süleymanovun kirayə mənzil tutması, repertitor kimi fəaliyyət göstərməsi, yaxşı qazanc əldə etməsi barədə izahatı əsassızdır. Belə ki, qardaşı olan cavabdeh hazırda mədə xəstəliyindən əziyyət çəkir. Səhhətindəki problem ona nəinki repertitor kimi fəaliyyət göstərməyə, lazımi qədər dərs saatı götürüb işləməyə imkan verimir. Cavabdeh Yevlax rayon Xaldan orta məktəbdə müəllim işləyir, 165 manat əmək haqqı alır. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 oktyabr 2018-ci il təvəllüdlü X2 valideynləri Cavabdeh Habil oğlu və İddiaçıdır. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı 07 yanvar 2020-ci ildə ləğv edilmişdir. İşə əlavə edilmiş Mingəçevir Məhkəməsinin 2(051)-2346/2019 saylı 27 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh Habil oğlu ilə İddiaçı arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra 10 oktyabr 2018-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, Cavabdeh Habil oğlundan 10 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat aliment və uşağın 3 yaşına çatana kimi 40 manat pulun tutulub, İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə olunmuş 9 saylı Ərazi Maliyyə Hesablaşma mərkəzi tərəfindən verilmiş 200 №-li 20 oktyabr 2021-ci il tarixli arayışında göstərilir ki, Cavabdeh Yevlax rayon Xaldan ümumi orta məktəbdə aylıq əmək haqqı 167 manat olmaqla müəllim işləyir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər ayrılmışlar, onların birgə nikahlarından doğulmuş Turan adlı uşaq iddiaçının yanında qalır. Məhkəmənin 27 noyabr 2019-cu il tarixli qərarı ilə Cavabdeh 10 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. Müəyyən edilmiş aliment hazırda uşağın təminatının səviyyəsinin maksimal saxlanması üçün kifayət deyildir. Ancaq tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, alimentin miqdarı nisbətən artırılmalı, cavabdehdən uşağın saxlanması üçün hər ay 140 (bir yüz qırx) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 10 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat sabit pul miqdarında aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-2198/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2198/2021
27.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver