Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2212/2022 05.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı, cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh qarşı «pul tələbinə» dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat borc pulun alınıb ona verilməsi tələbinə dair Mingəçevir Şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o cavabdehi uzun müddətdir ki, tanıyır və onunla yaxşı münasibətdə olmuşdur. Cavabdeh 07 iyul 2022-cxi il tarixdə ondan borc pul istəmiş, o da cavabdehə inanaraq ona həmin tarixdə 400 manat borc pul vermişdir. Cavabdeh həmin pulu 31 iyul 2022-ci l tarixdə geri qaytaracağına söz verdi və bu barədə qəbz yazaraq imzası ilə təsdiq etdi. Lakin həmin vaxt tamam olandan sonra o cavabdehdən pul qaytarılmasını tələb etdikdə cavabdeh müxtəlif bəhanələr gətirərək borcunun qaytarılmasından yayınmışdır. O pulunu cavabdehdən başqa yolla ala bilmədiyi üçün məhkəməyə müraciət etməli oldu. Odur ki, Cavabdeh 400 manat alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdərək izahatında göstərdi ki, o, qeyd edilən borc pul ona aid deyildir. O yaxın bir dostunun borcunu ödəmək öhdəliyini öz üzərinə götürərək qəbzə imza atmışdır. Həmin borc 800 manat olmuş və həmin borcun 400 manatı onun tərəfindən iddiaçıya ödənilmişdir. Ona görədə iddiaçı qalan borcu özü də tanıdığı həmin şəxsdən tələb edməlidir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclası zamanı həqiqətəndə cavabdehin iddiaçıdan şəxsi ehtiyacları üçün 400 manat məbləğində pul aldığı müəyyən edilmişdir. Lakin qeyd olunan borcun cavabdehə məxsus olmaması barədə cavabdeh heç bir mötəbər sübutla əsaslandıra bilməmişdir. Əksinə iş matriallarından da eləcədə işə əlavə edilmiş cavabdeh tərəfindən əlyazma vasitəsi ilə pulun iddiaçıdan aldığını təsdiq edən kağız üzərində yazılı və imzalı qəbzlərdən də görünür ki, cavabdeh həqiqətəndə iddiaçıdan 400 manat borc aldığını məhkəmə iclası zamanı etiraf etməsə də qəbzə imza etməklə cavabdehdən qeyd edilən borcun aldığını etiraf etmişdir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində, həmçinin işin mübahisə edilməyən həqiqi hallarına əsasən müəyyən etdi ki, cavabdehin iddiaçıya 400 manat borcu olmuş, cavabdeh tərəf isə həmin borcu iddiaçı tərəfə qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin öz etirazlarının əsası kimi istinad etdiyi hallar məhkəmədə öz təsdqini tapmadığı üçün əsassız hesab edilir. İşdə olan Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, cavabdeh İddiaçı 400 manat məbləğində pul aldığınıvə həmin borcu 31 iyul 2022-ci il taridə qaytaracağnı öhdəlik götürməsi cavabdehin imzası ilə təsdiq etmişdir. Məhkəmə həmin sübutu mötəbər sübut kimi qəbul edərək hüquqi qiymət verir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının müqayisəli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı cavabdehə 400 manat manat borc pul, cavabdeh isə həmin borcu 31 iyul 2022-ci l tarixdə geri qaytaracağına söz vermişdir. Sadalanan iş materiallarını, tərəflərin izahatlarını işdə olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında şifahi formada predmeti pul məbləği və digər əvəz edilən əşyalar olan borc müqaviləsi bağlandığından tərəflər arasında yaranmış hüquq münasibəti müqavilədən əmələ gələn öhdəliklərin yerinə yetirlməməsi ilə əlaqədar olaraq borcla bağlı mübahisədir. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən əmələ gələn öhdəlikləri tənzimləyən normaların tətbiq edilməsi əsasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1–ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatlarının tədqiqi zamanı müəyyən olunur ki, onlar arasında sadə yazılı formada müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan borc pul və digər əvəz edilən əşyalar alan zaman, qısa müddətdə olduğu kimi həmin borcu qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi şəkildə icra etməmişdir. Bununla da İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya 400 manat məbləğində borcunun olması sübuta yetirildiyindən, iddiaçının cavabdehlərə qarşı pul tələbinə dair iddiası əsaslı hesab edilərək təmin edilməli və Cavabdeh 400 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.1-c maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumu 30 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı Kəlbəcər rayon sakinidir və məcburi köçkün olmaqda dövlət rüsumu ödəməkdən azad edlmişdir. Odur ki məhkəmə hesab edir ki, dövlət rüsusu cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki məhkəmə hesab edir ki, ödəniləcək 30 manat dövlət rüsusu Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 400 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Dövlət rüsumi kimi 30 manat Cavabdeh tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-2212/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2212/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver