Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2227/2022 13.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi X4 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək göstərdi ki, iddaçı cavabdehlə xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan onların xx.xx.2020-ci il təvəllüdlü Səccad adlı övladları doğulmuşdur. Sonradan nikahları məhkəmə qaydasında pozulmuş və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş Səccad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdənhər ay, 120 manat və uşağın 3 yaşına çatanadək 30 manat cəmi 150 manat sabit pul aliment tutulması qərara alınmışdır. Lakin həmin məbləğ uşağın saxlanması üçün kifayət etmir və uşaqları saxlamaqda maddi çətinlik çəkir. Bu da uşaqların normal inkişafına və problemlərinin həllinə maneçilik törədəir. Ona görə də iddiaçı məhkəmədən aliment miqdarının dəyişdirilərək cavabdehdən hər ay Səccad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 193 manat və uşağın 3 yaşına çatanadək 50 manat sabit pul aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərə bildirdi ki, iddiaçının tələb etdiyi məbləğ çoxdur və həmin məbləği ödəməyə imkanı çatmır. Belə ki, oğlu xəstətdir, əlavə gəlirə malik deyildir. Oğluna almentin ödənilməsində o köməklik göstərir. Ona görə də iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 404498 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflər arasında nikah Məhkəmə qətnaməsi əsasında pozulmuş və nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Mingəçevir regional «Asan» xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 525587 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2020-cı il təvəllüdlü X9 adlı övladları var. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)- 1799/2021 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaq anasının yanında qalması müəyyən edilmiş və Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X9 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimet və həmin uşağın 3 yaşına çatanadək ana üçün hər ay 30 manat vəsait alınıb İddiaçı verilməsi qət edilmişdir. Beləliklə məhkəmə baxışında müəyyən olundu ki, iddaçı cavabdehlə xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan onların xx.xx.2020-ci il təvəllüdlü Səccad adlı övladları doğulmuşdur. Sonradan tərəflər arasçında ailə münasibətlər pisləşmi və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-1799/2021 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaq anasının yanında qalması müəyyən edilmiş və Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X9 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimet və həmin uşağın 3 yaşına çatanadək ana üçün hər ay 30 manat vəsait alınıb İddiaçı verilməsi qət edilmişdir. Hal-hazırda iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur və iddiaçının maddi cəhətdən çətinlikləri yaranmışdır. Ona görə də iddiaçı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istəlinən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Odur ki, məhkəmə tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, məhkəmədə iddiaçı cavabdehin qazancının və digər gəlirlərinin 243 manat məbləğində tutulacağı həcmdə olmasını tam sübuta yetirə bilmədi. Əksinə məhkəmə baxışı zamanı müəyyən olundu ki, iddiaçı işləyir və aylıq əmək haqqı aylıq 383 manat təşkil edir. Həmçinin cavabdeh də işləyir və əmək haqqı aylıq 300 manat təşkil edir. Odur ki, tərəfləri maddi vəziyyətini, yəni iddiaçınınr aylıq gəliri ilə cavabdehn aylıq gəliri müqaisəli şəkildə nəzərə alınmaqla alimetin miqdarı qismən 120 manatdan 150 manat miqdarında artırılmalı, uşağın 3 yaşına çatanadək ana üçün hər ay 30 manat vəsait artırılması isə təmin edlməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-1799/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Ödənilmiş 25 manat mediasiya xərci cavabdeh X2 tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin. Alimentin tutlamsı qətnamə qanuni qüvvəsinə aldığı vaxdan hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-2227/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2227/2022
13.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver