Məhkəmə qərarları › İş №2(051)-226/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-226/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-226/2023 06.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlər X1 82000 Rus rublu, Cavabdeh2 75000 Rus rublu və Cavabdeh3 79000 rus rublu pulun qətnamə icra olunan günə manat məzənnəsi ilə və cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 60000 Rus rublu qətnamə icra olunan günə manat məzənnəsi ilə və 100 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər ustadırlar və onlar iddiaçıdan borc pul alaraq Rusiya Federasiyasına getmişlər. Guya orda işləyib iddiaçıya olan borclarını qaytarmalı və əlavə olaraq iddiaçının onlara iş tapması ilə əlaqədar qazanc 4 yerə bölünməli imiş. Lakin cavabdehlər 4 ay ona məxsus Rusiya Federasiyası, Həştərxan vilayəti, Həştərxan şəhəri, Kapitan Krasnov küçəsi ev 40, mənzil 61 ünvanını tam əşyalarla dolu vəziyyətdə aylıq 15000 Rus rubluna kirayə götürsələr də nə kirayə haqqını nə də ona olan borclarını qaytarmayıblar. Cavabdehlər təxminən 4 ay müddətdə iddiaçıya məxsus olan evdə qalmış və bu müddət ərzində işləsələr də iddiaçı ilə aralarında olan razılaşmanı pozaraq iddiaçıya olan borclarını qaytarmamışlar. Cavabdehlərin ümumilikdə borcu çox olsa da iddiaçı yalnız rəsmi sənədlərdə olan borcu tələb edir. Cavabdehlərdən dəfələrlə borclu olduqları pulu və kirayə haqqını qaytarmalarını tələb etsə də heç bir nəticəsi olmayıb. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə müraciət edərək, cavabdehlər X1 924 manat, Cavabdeh2 1700 manat və Cavabdeh3 1700 manat pulun və 100 manat məbləğində dövlət rüsumunun müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək onu təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər, lakin hər biri məhkəməyə borcun etirafı ilə bağlı ərizə ilə müraciət etmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, vəkilinin izahatını və cavabdehlərin ərizələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh3 İddiaçı 79000 Rus rublu aldığını təsdiq etmiş və 30 oktyabr 2022-ci il tarixinə kimi həmin pulu geri qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 İddiaçı 82000 Rus rublu aldığını təsdiq etmiş və 30 oktyabr 2022-ci il tarixinə kimi həmin pulu geri qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X4 İddiaçı 75000 Rus rublu aldığını təsdiq etmiş və 30 oktyabr 2022-ci il tarixinə kimi həmin pulu geri qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli yaşayış yerinin kirayə verilməsi haqqında müqavilədən görünür ki, Rusiya Federasiyası, Həştərxan vilayəti, Həştərxan şəhəri, Kapitan Krasnov küçəsi ev 40, mənzil 61 ünvanı kirayə verən İddiaçı tərəfindən kirayəçilər X3, Cavabdeh2 və Cavabdeh3 14 yanvar 2023-cü il tarixinədək, kirayəçilərin mənzildən istifadəyə və kommunal xidmətlərin ödənilməsinə görə hər ay 15000 rus rublu ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan xx.xx.2023-cü il tarixli Cavabdeh2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, iddia tələbini qəbul edir və İddiaçı 75000 Rus rublu yəni 1700 manat borcunu qəbul edir və 15 ay ərzində ödəməyə razıdır. İşdə olan xx.xx.2023-cü il tarixli cavabdeh X2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, iddia tələbini qəbul edir və İddiaçı 40000 Rus rublu yəni 924 manat borcunu qəbul edir və 15 ay ərzində ödəməyə razıdır.. İşdə olan xx.xx.2023-cü il tarixli Cavabdeh3 məhkəməyə ünvanladığı ərizədən görünür ki, iddia tələbini qəbul edir və İddiaçı 75000 Rus rublu yəni 1700 manat borcunu qəbul edir və 15 ay ərzində ödəməyə razıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cu maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cu maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddianın etiraf edilməsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər X1 924 manat, Cavabdeh2 1700 manat və Cavabdeh3 1700 manat alınıb İddiaçı xeyrinə tutulsun. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınıb İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər X1 924 manat, Cavabdeh2 1700 manat və Cavabdeh3 1700 manat İddiaçı xeyrinə tutulsun. 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar