Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-228/2024 19.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 5000 manat məbləğində pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınaraq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun illərdi ki, müəllimə işləyir. O, ağır maddi duruma düşmüş və maddi zərər məruz qalmışdır. Belə ki, onun qonşusu Cavabdeh ona dedi ki, təcili pula ehtiyacı vardır. Bankdan 1200 manat kredit götürmək istəyir. Ondan xahiş etdi ki, ona bankda zamin dursun və heç bir problem olmayacaq krediti vaxtı vaxtında ödəyəcək. Oda qonşu olduğundan cavabdehə imtina etmədi və bankda ona zamin durmağa razılaşdı. Onlar birlikdə Azərbaycan Beynəlxalq Bankından Mingəçevir filialına getdilər. O, zamin kimi sənədləri imzalasa da cavabdehin nə qədər pul götürdüyünü bilmədi. O, elə hesab etdi ki, cavabdeh bankdan 1200 manat kredit götürüb. Lakin çox sonralar bildi ki, cavabdeh bankdan götürdüyü krediti ödəmədiyi üçün bank əməkdaşları ona zəng vurduqda ona məlum olmuşdur ki, cavabdeh 6000 manat kredit götürmüşdür. Cavabdeh banka olan borcunu vaxtında ödəmədiyi üçün bank faizləri ilə birlikdə 10000 manat qədər borc yığılmışdır. Bundan sonra bank məhkəmə qaydasında iddia qaldırdı və ondan zamin kimi 5400 manat pensiyasında pul tutulmuşdur. Hal-hazırda Cavabdeh ona 5000 manat borcu vardır. Dəfərlərə cavabdehən pulunu tələb etsə də hər dəfə müxtəlif bəhanələr gətirir cavabdeh və pulu qaytarmaqdan imtina edir. Odur ki, cavabdehdən 5000 manat məbləğində pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınaraq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbələri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, hazırda borcun bu qədər olması onun anasının günahı deyil. Onun anasının kartı Beynəlxalq bankda olub. Həmin vaxt orada Yeganə adında qadın olub həmin vaxt 6 ay onun anasının kartından pul çıxarıb götürüblər. Anasının krediti onun bankda qalan kartından ödənilməli idi, lakin Yeganə adında olan qadın anasının kartından pulu altı ay ərizndə çıxarıb kreditə isə heç bir ödəniş etməyiblər. Buna görə də anasının bankdan götürdüyü kredit borcu yüksəldi. Sonra bankdan zəng vurdular ki, sizin ananızın adına gecikmə var, ödəmək lazımdır. Onlar o zaman bildirdilər ki, kartdan kredit borcu üçün ödəniş olmayıb. Sonra onlar banka gəldilər aydınlaşdırdılar ki, kamera görüntüləri ilə Yeganə adında qadın başqa bankomatlardan onun anasının adına olan kartdan pulları çıxarıb lakin krediti ödəməyibdir. Həqiqətən də iddiaçı anasının bankdan götürdüyü kredit üçün zamin durub lakin borcun ödənilməməsi anasının günahı deyildir. Məbləği dəqiq bilmir. İddiaçının kartından da dəqiq nə qədər məbləğ çıxıldığını bilmir. Məhkəmədən qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan 9 saylı MİS tərəfində verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İsayeva X1 şəhəri ünvan 1 ünvanında yaşayır. İşdə olan 9 saylı MİS tərəfində verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Abbasova X2 şəhəri Koroğlu küçəsi ev 16-1 ünvanında yaşayır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli Azərbaycan Beynəlxalq Bankı tərəfindən göndərilmiş sorğuya cavab məktubundan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə 48 ay müddətinə 6000 manat kredit rəsmiləşdirilmiş, kreditin təminatı kimi İddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh kredit öhdəliyində gecikmələr olduğunu nəzərə alaraq İddiaçı təqaüd kartından və nəğd ödəmələr olaraq cəmi 1645,10 manat borc vəsaiti tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehdən 5000 manat məbləğində pulun alınmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə "xxxx" ASC tərəfindən 6000 manat məbləğində kredit verilmişdir. Cavabdehin öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit borcunun bir hissəsini ödəmiş, lakin kredit müqaviləsinin şərtlərinə tam əməl etmədiyi üçün kredit borcundan əlavə faiz borcu da hesablanmışdır. Yaranmış kredit borcunun bir hissəsi "xxxx" ASC tərəfindən iddiaçıya məxsus pensiya kartından aparılan tutulmalar və iddiaçı tərəfindən nağd qaydada kassaya ödənişlər hesabına ödənilmişdir. Lakin cavabdehdən iddiaçının tələb etdiyi miqdarda, 5000 manat məbləğində borcun tutulması üçün iddiaçı tərəfindən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə iş üzrə əhəmiyyət kəsb edən halları araşdırmış, kredit müqaviləsinin imzanlandığı Azərbaycan Beynəlxalq Bankı ASC-yə sorğu ünvanlamış və sorğu nəticəsində əldə edilmiş sənəddən aydın olmuşdur ki, əslində iddiaçı tərəfindən 5000 manat deyil, təqaüd kartından və nağd qaydada kassaya cəmi olaraq 1645,10 manat pul vəsaiti kredit borcu üçün ödənilmişdir. Bununla da cavabdehin ona 1645,10 manat məbləğində borcu yarandığı müəyyən edilmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçıya olan borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranmışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, Cavabdeh banka olan kredit borcunun ödənilməsindən boyun qaçırdığı onun ümumi borcundan cəmi 1645,10 manat kredit borcu iş üzrə zamin olan İddiaçı tərəfindən qeyd olunan 1645,10 manat "xxxx" ASC-yə ödənilmişdir. Cavabdeh isə zaminə dəyən ziyanı ödəməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən yaranan öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisədir. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi mülki hüquq normaların tətbiq edilməsi əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxalayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2–ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. İş materiallarında olan bank tərəfindən məhkəməyə göndərilmiş sorğuya cavab məktubundan göründüyü kimi cavabdehin bank qarşısında olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən 1645,10 manat məbləğində kredit ödənişi edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehlə banka arasında bağlanmış kredit müqaviləsinə əsasan yaranmış borc iddiaçı tərəfindən qismən ödənildiyindən, habelə cavabdehin həmin pulu qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli və cavabdehdən 1645,10 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumunun əvəzi olan 36,10 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1645,10 (bir min altı yüz qırx beş manat, on qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,10 (otuz altı manat 10 qəpik) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-228/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-228/2024
19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver