Məhkəmə qərarları › İş №2(051)-228/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-228/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-228/2025 12.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7020 manat və dövlət rüsumu kimi ödənilmiş 92 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. 2023-cü ilin fevral ayında cavabdeh ona yaxın1aşaraq pula ehtiyacı olduğunu bildirərək ondan borc pul istəmişdir. Özündə pul olduğuna görə o, cavabdehə hissə hissə olmaqla 7020 manat məbləğdə borc pul vermişdir. Belə ki, o cavabdehə 24 fevral 2023-cü ildə 4000 manat, 05 mart 2023-cü ildə 3740 manat və 16 oktyabr 2023-cü il tarixdə 1020 manat olmaqla, cəmi 8760 məbləğdə pul vermişdir. Cavabdeh də ondan a1dığı borc pulu yaxın vaxtda qaytaracağına söz vermiş və ondan pul almasına dair qəbz yazaraq öz imzası ilə təsdiq etmişdir. Aradan bir müddət keçəndən sonra o Cavabdeh ona olan borcunu qaytarmasını tələb etmişdir. Cavabdeh ona olan borcundan 1740 manatını qaytarmış, qalan 7020 manat məbləğdə pulu isə qaytarmaqdan imtina edir. O pulunu başqa qaydada cavabdehdən ala bilmir. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, onun İddiaçı ilə yaxın münasibəti olmuşdur. İddiaçıdan onun da qeyd etdiyi kimi borc pul və qızıl-zinət əşyası almışdır. Lakin borcunu qaytarmış və qızıl-zinət əşyalarından isə 3700 manat borcu qalmışdır. Həmin pulu da hissə-hissə ödəyəcəyini bildirdi. İddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Həmçinin Cavabdeh yazılı etiraz verərək, İddiaçı iddiasını qismən əsaslı olmaqla qismən qəbul olunmasını qeyd etmişdir. Belə ki, ilk dəfə onun yaxın rəfiqəsi Samirə Alcanovanın atasına məxsus pensiya kartını girov qoyaraq İddiaçı 600 dollar borc almış, təxminən 1 ay sonra isə aldığı məbləği tam şəkildə geri qaytarmışdır. Bundan sonra isə ayrı-ayrı vaxtlarda ümumilikdə 4000 manat (1000, 2000 və 1000 manat olmaqla) pulu sələm, yəni faiz müqabilində İddiaçı almışdır. Həmin pulu alarkən o özünə məxsus şəxsiyyət vəsiqəsini İddiaçı girov kimi qoymuşdur. Ayrı-ayrı vaxtlarda qeyd olunan məbləği artıq şəkildə, yəni faizi ilə birlikdə tam şəkildə qaytarmışdır. Daha sonra o İddiaçı ayrı-ayrı vaxtlarda nisyə qızıl almışdır. Həmin qızılın alışına görə onun 3740 manat borcu qalmışdır. İddiaçı olan borcu müqabilində Səkinə ondan 500 manat miqdarında paltar almışdır. Lakin Səkinə qeyd olunan həmin məbləği hesaba almayaraq ondan artıq şəkildə pul tələb edir. Hal-hazırda onun İddiaçı 3240 manat borcu vardır. Odur ki, iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. İş materialları xx.xx.2024-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli 6298 №li mədaxil qəbzinə əsasən Əliyeva X1 Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 92 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, 1000+3000 manat olmaqla 4000 manat pul almış, xx.xx.2023-cü il tarixdə 1000 manat qaytarmış və 3000 manat qalıq qalmışdır. xx.xx.2023-cü il tarixli Cavabdeh tərəfindən verilmiş qəbzdən görünür ki, o, pensiya kartını verərək İddiaçı 1020 manat (600 dollar) pul almışdır. xx.xx.2023-cü il tarixli Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, 3740 manat pul almış, xx.xx.2023-cü il tarixdə 440 manat, xx.xx.2023-cü il tarixdə 300 manat qaytarmış və 3000 manat qalıq qalmışdır. İşin müəyyən olunmuş halı İddiaçı cavabdehə müxtəlif vaxtlarda olmaqla, cəmi 8760 manat borc pul vermişdir. Tərəflər arasında olan borc münasibəti cavabdeh tərəfindən imzalanmış qəbzlə təsdiqini tapmışdır. Cavabdeh müxtəlif vaxtlarda 1000, 440 və 300 manat borcudan ödəmiş və 7020 manat qalıq borcu qalmışdır. İddiaçı 7020 manat qalan borcu cavabdehdən tələb edir. Cavabdeh iddiaçıya olan borcunu qismən qəbul etmiş, 7020 manat borcunun qalmasına etiraz edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflər arasında borcun verilməsinə dair qəbz imzalanmışdır. İddiaçı cavabdehə xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə 4000 manat, 3740 manat və 1020 olmaqla, cəmi 8760 manat borc pul vermişdir. Cavabdeh borcundan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə 1000 manat, 440 manat və 300 manat olmaqla, cəmi 1740 manat pul qaytarmışdır. Nəticədə Cavabdeh İddiaçı 7020 manat məbləğində borcu qalmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilməli və Cavabdeh 7020 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddianın təmin edilməsinə mütənasib olaraq ödənilmiş 92 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh 7020 (yeddi min iyirmi manat) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 92 (doxsan iki manat) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar