Məhkəmə qərarları › İş №2(051)-2280/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2280/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2280/2021 27.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı BOKT "xxxx" QSC -in Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: BOKT "xxxx" QSC -in nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 27 may 2021-ci il tarixli İDM-185-0033-21 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 1693 (bir min altı yüz doxsan üç) manat əsas borc, 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1743 (bir min yeddi yüz qırx üç) manat, həmçinin 37.43 (otuz yeddi manat qırx üç qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilməsi və “Girov təminatı Aktı”nda qeyd edilmiş Əmlaka (Diva künc divan, Yıldız çarpayı) tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına cavabdehin iddiaçıya olan kredit borcunun və dövlət rüsumunun ödənilməsinə yönəldilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 23 noyabr 2021-ci il tarixdə daxil olmuş və cavabdehə ərizənin daxil olduğu gündən 5 gün müddətində verilmiş tələbə qarşı etirazının və bunu təsdiq edən sübutlarının təqdim olunması barədə bildiriş göndərilmişdir. Lakin cavabdeh verilmiş tələbə heç bir münasibət bildirməmişdir. Buna görə məhkəmə Azərbaycan respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. BOKT "xxxx" QSC -in etibarnamə üzrə nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 27 may 2021-ci il tarixli İDM-185-0033-21 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 2032 (iki min otuz iki) AZN mələğində kredit verilmişdir. 27 may 2021-ci il tarixli İDM-185-0033-21saylı Kredit müqaviləsi üzrə Cavabdehin öhdəliklərinin icrasının təminatı qismində Cavabdehlə 27 may 2021-ci il tarixli İDM-185-0033-21 saylı Girov müqaviləsi bağlanılmış və həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən “Daşınar Əmlakın Qiymətləndirmə Aktı”nda qeyd edilmiş əmlak (Diva künc divan, Yıldız Çarpayı) İddiaçının xeyrinə girov ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini İddiaçı qarşısında icra etməyən Cavabdehin İddiaçıya 01.11.2021-ci il tarixinə 1693 (bir min altı yüz doxsan üç) manat əsas borc, 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1743 (bir min yeddi yüz qırx üç) manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Ona görə də məhkəmədən cavabdeh ilə iddiaçı arasında bağlanmış 27 may 2021-ci il tarixli İDM-185-0033-21 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 1693 (bir min altı yüz doxsan üç) manat əsas borc, 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1743 (bir min yeddi yüz qırx üç) manat, həmçinin 37.43 (otuz yeddi manat qırx üç qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilməsi və “Girov təminatı Aktı”nda qeyd edilmiş Əmlaka (Diva künc divan, Yıldız çarpayı) tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına cavabdehin iddiaçıya olan kredit borcunun və dövlət rüsumunun ödənilməsinə yönəldilməsi barəsində qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri abunə haqqının ödənilməsi ilə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin borc tələbinə dair müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi və girov predmetinə tutmanın yönəldilməsi tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 37.43 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 284, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ilə iddiaçı BOKT "xxxx" QSC arasında bağlanmış 27 may 2021-ci il tarixli İDM-185-0033- 21 saylı kredit müqaviləsinin ləğv edilsin. Cavabdeh 1693 (bir min altı yüz doxsan üç) manat əsas borc, 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1743 (bir min yeddi yüz qırx üç) manat, tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 37.43 (otuz yeddi manat qırx üç qəpik) manat pul Cavabdeh tutulub BOKT "xxxx" QSC -in hesabına ödənilsin. “Girov təminatı Aktı”nda qeyd edilmiş Əmlaka (Diva künc divan, Yıldız çarpayı) tutma yönəldilsin və onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına cavabdehin iddiaçıya olan kredit borcu və dövlət rüsumu ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar