Məhkəmə qərarları › İş №2(051)-229/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-229/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-229/2024 05.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi əsasında istifadəsində olan Mingəçevir şəhəri N.Nərimanov prospekti 14 nömrəli binanın birinci mərtəbəsində yerləşən “Billionaire” adlı kişi geyimləri mağazasının təmiri üçün tələb olunan 350 manat məbləğində pulun, dəymiş zərər nəticəsində xarab olmuş 6 ədəd “LED 36 W” ayarlı yumru və 8 ədəd “LED 6 W KVD” lampaların alınması üçün ödənilmiş 80 manat çirklənmiş 46 adda paltaryuyan və 11 ədəd kostyum dəstinin yuyulması üçün ödənilmiş 509 manat məbləğində, ümumilikdə 939 manat pul vəsaiti, habelə iddia ərizənin verilmesinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ye 0,40 qəpik xidmət haqqınin əvəzinin tutulmasi tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiaçı və cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar