Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-229/2025 25.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3500 manat və dövlət rüsumu kimi ödənilmiş 55 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Onunla münasibəti normal olmuşdur. Cavabdeh ona yaxınlaşaraq pula ehtiyacı olduğunu bildirmiş və borc istəmiş, cavabdehə hissə-hissə olmaqla 6500 manat məbləğində borc pul vermişdir. Cavabdeh də həmin pulu yaxın vaxtda qaytaracağına söz vermişdir. Cavabdeh həmin borcundan 3000 manatını qaytarmış, qalan 3500 manat pulu isə qaytarmaqdan imtina etmişdir. Pulunu cavabdehdən başqa yollarla ala bilmədiyini və sonda məhkəməyə müraciət etdiyini qeyd etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə etdi. İddiaçı əlavə olaraq qeyd etdi ki, 2013-cü ildə “Kapitalbank” dan borc götürərək cavabdehə vermişdir. Cavabdeh əvəllər krediti ödəsə də, daha sonra ödəməmişdir. 2018-ci ildə özü banka olan borcunu ödəyib bitirmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı 2013-cü il tarixdə “Kapital Bank”dan 3500 manat məbləğində kredit götürərək ona 3000 manat borc pul vermişdir. Həmin pulu isə təxminən 9 il qabaq onun bank hesabına yükləməklə şəxsən özünə qaytarmışdır. Hazırda tələb etdiyi 3500 manat pul isə aralarına nifaq salmaq və qəsd xarakterli olmuşdur. Çünki, hazırki işdə şahid olan iddiaçının yaxın dostu Nizami Şamilov ilə aralarında əvvəllər mübahisə olmuşdur. Həmin şəxsi polis şöbəsinə şikayət etmişdir. Hazırda ona qarşı düşmənçiliyi var. Həmin şəxsin ifadələri ona qarşı planlanmışdır. Cavabdeh iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünü qeyd edərək, iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 izahat verərək, cavabdeh X1 İddiaçı vasitəsilə tanımışdır. Nurəddinin problemləri səbəbindən İddiaçı 6500 manat kredit götürərək ona vermişdir. Həmin vaxtı tərəflər arasında yaranmış borc problemində 500 manatı özünün verdiyini bildirdi. Nürəddin öz problemlərini həll etdikdən sonra aralarında borc ilə bağlı anlaşmazlıq yaranmış, həmin şəxs pulun qalanını verməkdən imtina etmiş və onları çətin vəziyyətə salmışdır. İş materialları xx.xx.2024-cü il tarixli 391 №li 4 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Səmədov X2 şəhəri, Naxçıvan küçəsi, ev 47D ünvanında yaşayır. xx.xx.2024-cü il tarixli ********** №li mədaxil qəbzinə əsasən Səmədov X2 Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 55 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin müəyyən olunmuş halı Tərəflər arasında borc barədə razılıq olmuşdur. Tərəflər arasında pulun cavabdehə verilməsinə dair yazılı razılaşma olmamışdır. İddiaçı cavabdehə 2013-cü ildə 3000 manat pul vermişdir. İddiaçı cavabdehə pulu bankdan götürərək vermişdir. İddiaçı banka olan borcunu 2018-ci ildə bağlamışdır. İddiaçı cavabdehdən borcun qaytarılması üçün 2024-cü ildə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. (31 mart 2023-cü il tarixədək qüvvədə olan) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.https://e-qanun.az/framework/46945 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.https://e-qanun.az/framework/46945 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.https://e-qanun.az/framework/46945 Məhkəmənin mövqeyi: Tərəflər arasında yazılı borc müqaviləsi yoxdur. İddiaçı 2013-cü ildə cavabdehə bankdan pul götürüb vermişdir. İddiaçı 2018-ci ildə banka olan borcunu ödəyib bitirmişdir. Cavabdeh həmin borcu iddiaçıya qaytardığını qeyd etmişdir. İddiaçı cavabdehə qarşı həmin pulun qaytarılması tələbi ilə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının izahatından da göründüyü kimi 2018-ci ildə banka olan borcunu bağlamışdır. Həmin vaxtdan 6 il sonra məhkəməyə borcun qaytarılması tələbi ilə müraciət etmişdir. İddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Belə olan halda iddiaçının həmin tələb üzrə iddiası iddia müddətini ötürdüyündən təmin edilməməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı Cavabdeh qarşı 3500 (üç min beş yüz manat) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsümü 55 (əlli beş) manat pulun ödənilməsi tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-229/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-229/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver