Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2290/2025 03.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 360 (üç yüz altmış) manat borcun, habelə iddia ərizəsinin yazılmasına görə ödənilmiş 50 (əlli) manat xidmət haqqının əvəzinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh (bundan sonra – Cavabdeh) ilə aralarında əldə olunmuş razılaşmaya əsasən xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində ümumi dəyəri 670 (altı yüz yetmiş) manat olan arpanı nisyə satmışdır. Onların razılığına görə, Cavabdeh aldığı arpanın dəyərini 15 (on beş) gün müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh yalnız 50 (əlli) manat qismən ödəniş etmiş, qalan 620 (altı yüz iyirmi) manat borcu isə vaxtında qaytarmamışdır. Borcun ödənilməsini tələb etdikdə Cavabdeh tərəfindən təhqir və hədə-qorxuya məruz qalmışdır. Qeyd edir ki, Cavabdeh dövlət qulluqçusudur və hazırda Mingəçevir Regional Xüsusi X1 Mərkəzində mühafizəçi vəzifəsində çalışır. Onun ailə üzvlərinə də borcun ödənilməsi ilə bağlı müraciət etdikdə, Cavadeh tərəfindən ona alçaldıcı ifadələr işlədilmiş, söhbətə çağırılaraq təzyiq və hədə-qorxu nümayiş etdirilmişdir. Hadisə ilə bağlı 102 Xidməti vasitəsilə hüquq-mühafizə orqanlarına məlumat vermişdir. Yevlax Rayon Polis Şöbəsinin sahə rəisi Yunis İsmayılov tərəfindən “vaxt tapdıqda həmin şəxslə danışacağı” bildirilmiş, lakin hər hansı hüquqi tədbir görülməmişdir. Sonradan Yevlax Rayon Polis Şöbəsinə ünvanladığı müraciətdə Cavabdeh barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsini, ona dəymiş 620 manat maddi ziyanın ödənilməsini və bu kimi qanunsuz hərəkətlərin qarşısının alınması üçün araşdırma aparılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh gündə 20 (iyirmi) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat hissə-hissə ödənişlər etmişdir. X6 bildirilib ki, tərəflər arasındakı münasibətlər mülki xarakterlidir və məhkəmədə iddia qaldırmaq hüququ vardır. Bu cavabdan sonra Cavabdeh ödənişləri dayandıraraq “ödəyə bilmirəm, nə bilirsənsə elə” deyə borcu ödəməkdən imtina etmişdir. Nəticə etibarilə, Cavabdeh ümumilikdə 310 (üç yüz on) manat ödəmiş, lakin götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən 360 (üç yüz altmış) manat əsas borc ödənilməmiş qalmışdır. Borcun dəfələrlə tələb olunmasına baxmayaraq, Cavabdeh bu günədək öhdəliyini tam yerinə yetirməmişdir. Beləliklə, Cavabdeh nisyə qaydada aldığı bu məmulatlar üzrə, ümumilikdə, 310 manat ödəmiş, lakin müqavilə şərtlərini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə 360 manat məbləğində əsas borc ödənilməmiş qalmışdır. O, dəfələrlə borcun ödənilməsini tələb etsə də, Cavabdeh bu günədək öhdəliyini tam icra etməmişdir. Odur ki, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini müdafiə edir və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehdən dəfələrlə borcun qaytarılmasını tələb etsə də, cavabdeh borcunu tam şəkildə ödəməyib. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan qiyabi qaydada baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə vermiş, işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmiş və cavabdehin iştirakı olmadan işə baxılmasına razı olmuş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Elektron Məhkəmə İnformasiya Sisteminə verilmiş sorğu nəticəsində müəyyən olundu ki, İddiaçı ünvan 2i ünvanında qeydiyyatdadır. İşdə olan Qaçqınların və X5 üzrə Dövlət Komitəsindən verilmiş məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayonunda qeydiyyatda olmasına baxmayaraq, Mingəçevir şəhərində yaşayır. İşdə olan qəbzdən görünür ki, Ağayev X2 Şəhər Vəkil Bürosunun vəkili X4 iddia ərizəsinin yazılması üçün 50 manat ödəmişdir. Məhkəmə, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh arasında olan CD diskdəki audio səs yazılarından görünür ki, cavabdeh iddiaçıdan 670 manat dəyərində arpa almışdır. İddiaçı ilə cavabdeh arasında olan razılığa əsasən cavabdeh öhdəliklərini şəxsən yerinə yetirməli, aldığı arpanın dəyərini 15 gün müddətində ödəməli idi. Lakin cavabdeh həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, borcunu tam şəkildə ödəməmiş, Belə ki, cavabdehin ödənilməmiş 360 manat borcu vardır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən öhdəliklərin cavabdeh tərəfindən tam şəkildə yerinə yetirilməməsi və nəticədə 360 manat borc öhdəliyinin yaranmasının sübutetmə yükü iddiaçının üzərinə düşür. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2–ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Eləcə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. AR MPM-in 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, iddiaçının təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında olan razılığa əsasən cavabdeh tərəfindən şifahi qaydada təsdiq edilmişdir. Bu səbəbdən cavabdeh öhdəliklərini şəxsən yerinə yetirməli idi. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, bu səbəbdən aralarında narazılıq yaranmış, iddiaçının tələb hüququ yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliyə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbində göstərilən ödənilmiş 50 manat dövlət rüsumu və iddia ərizəsinin yazılması üçün çəkilmiş 50 manat xərc də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 360 (üç yüz altmış) manat pul, ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzi və iddia ərizəsinin yazılması üçün çəkilmiş 50 manat xərc alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. Mingəçevir Şəhər Məhkəməsinin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2290/2025
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-2290/2025
03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver