Məhkəmə qərarları › İş №2(051)-2294/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2294/2025

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2294/2025 25.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12155 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 128 manat məbləğində pulun, ümumilikdə 12283 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2021-ci il oktyabr ayında əvvəllər tanıdığı Cavabdeh ilə aralarında olan söhbət əsasında “İn Succes” adlı şirkətin olduğunu, həmin şirkətə “coin”ə 2 ay ərzində nə qədər çox pul yatırsa, bir o qədər də qazanc əldə edəcəyini bildirdi. O da Sevdaya inandı və ona məxsus 5243 7544 1045 0306 nömrəli bank kartına 2021-ci ilin oktyabr ayından noyabr ayınadək 12155 manat pul göndərdi. Qeyd olunan məbləği Sevdaya versə də, heç bir qazanc əldə etmədi. 2021-ci ilin noyabr ayının axırlarında eşitdi ki, “in Succes” adlı şirkətin üzvlərinin barələrində cinayət işi başlanılıb və onlar həbs edilib. Ona görə də Sevda ilə əlaqə saxladı, Sevda ona bildirdi ki, pulunu geri qaytaracaq. Sonradan isə Sevda sözünə əməl etmədi, onun pulunu qaytarmadı. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində “İn Succes" adlı şirkətin üzvlərinin barələrində başlanılmış cinayət işi üzrə o, zərərçəkmiş kimi tanınmışdır. Bundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-120/2024 saylı hökmü ilə təqsirləndirilən şəxslər azadlıqdan məhrum edildilər. Həmin hökmdən verilmiş apellyasiya şikayəti əsasında, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-38/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı çıxarıldı. (Məhkəmə qərarları CD diskdə iddia ərizəsinə əlavə edilmişdir) Hazırda Cavabdeh ona 12155 manat borcu vardır və həmin borcu ödəməkdən imtina edir. Ona görə də aralarında olan mübahisənin məhkəmədən kənar həlli mümkün deyildir. Cavabdeh ondan ümumilikdə 12155 manat borc pul almasını, həmin borcu qaytarmamasını təsdiq edəcək sübutları mövcuddur. Belə ki, cavabdehin ona pul borclu olduğunu etiraf etməsini təsdiq edəcək səs yazıları mövcuddur. Eyni zamanda qeyd olunan pul məbləğini cavabdehin bank kartına göndərməyini təsdiq edəcək qəbzləri mövcuddur və iddia ərizəsinə əlavə etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsininin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-120/2024 saylı hökmü ilə hazırki iş üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin cinayət işi üzrə təqsirləndirilən şəxslər X3, X2 və X1 olmuşdur. Cavabdeh həmin cinayət işi üzrə təqsirləndirilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materialları xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 128 manat məbləğində dövlət rüsumu ödənmişdir. xx.xx.2021-ci il tarixdə 5243 75** **** 0306 kart hesabına ayrı-ayrılıqda 200 manat, 5000 manat, 5000 manat, xx.xx.2021-ci il tarixdə 5243 75** **** 0306 kart hesabına 1700 manat, xx.xx.2021-ci il tarixdə 5522*******5950 saylı Zahra R.S adlı kart hesabına 85 manat, xx.xx.2021-ci il tarixdə Cavabdeh hesabına 170 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, X3, X2 və qeyrilərinin barələrində Azərbaycan Respublikasının CM-in 178.3.2ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. "xxxx" KB ASC tərəfindən təqdim edilmiş hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh hesabına xx.xx.2021-ci il tarixdə 5000, 5000, 200 və 151 manat məbləğində pul mədaxil olmuşdur. İşin müəyyən olunmuş halı İddiaçı Cavabdeh vasitəçiliyi ilə “İnsuccess” adlı şirkətə qazanc əldə etmə məqsədilə pul yatırımı etmişdir. Daha sonra “İnsuccess” adlı şirkət barəsində cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə X3, X2 və X1 təqsirləndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə həmin şəxslər barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh cinayət işi üzrə təqsirləndirilməmişdir. İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, o, Zəhra Ramazanova vasitəsi ilə “İnsuccess” şirkəti ilə tanış olmuşdur. Ona “coin”ə pul yatırmağı isə Cavabdeh izah etmişdir. O, 12155 manat pulu X3 və Cavabdeh tələb etdiyini, bununla belə pulları Vəfa Babayevanın kart hesabına köçürdüyünü, Vəfa Babayevanın isə pulları Bahar Babayevanın kartını köçürdüyünü qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarında cinayət işi üzrə təqsirləndirilən şəxslərə qarşı zərərçəkmiş şəxslərin, İddiaçı da daxil olmaqla mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququna izah verilmişdir. İddiaçı pulunu Cavabdeh tələb edir. Cavabdehin nümayəndəsi etiraz edərək iddianın rədd edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 42-ci maddəsinə əsasən cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: İddiaçı Cavabdeh vasitəçiliyi ilə “İnsuccess” adlı şirkətə qazanc əldə etmə məqsədi ilə pul yatırımı etmişdir. Daha sonra “İnsuccess” adlı şirkət barəsində cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə X3, X2 və X1 təqsirləndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə həmin şəxslər barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, o, Zəhra Ramazanova vasitəsilə “İnsuccess” şirkəti ilə tanış olmuşdur. Ona “coin”ə pul yatırmağı isə Cavabdeh izah etmişdir. O, 12155 manat pulu X3 və Cavabdeh tələb etdiyini, bununla belə pulları Vəfa Babayevanın kart hesabına köçürdüyünü, Vəfa Babayevanın isə pulları Bahar Babayevanın kartını köçürdüyünü qeyd etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, lakin Cavabdeh cinayət işi üzrə təqsirləndirilməmişdir. Cinayət işi üzrə məhkəmə icraatında təqsirləndirilən şəxslərə qarşı zərərçəkmiş şəxslərin, İddiaçı da daxil olmaqla mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququna izah verilmişdir. Bununla belə İddiaçı tərəfindən təqsirləndirilən şəxslərə yox, Cavabdeh qarşı iddia verilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə iddiaçının iddia etdiyi zərəri cavabdehin yox digər şəxslərin vurduğu müəyyən edildiyindən, iddiaçının cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə razılığı olmadığından İddiaçı Cavabdeh Vaqif qızına qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş 128 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı Cavabdeh qarşı 12155 (on iki min bir yüz əlli beş) manat pul və 128 (bir yüz iyirmi səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar