Məhkəmə qərarları › İş №2(051)-23/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-23/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-23/2020 27.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı, qarşılqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi X1, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun ödənilməsi tələbinə dair ilki iddia, Cavabdeh1 İddiaçı ASC-yə qarşı artıq ödənilmiş pulun qaytarılması tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasına açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı cəmi 1782.26 manat kredit borcun və 20 manat dövlət rüsumunun ödənilməsi barədə məhkəmə əmri çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə 1782.26 manat kredit borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun Cavabdeh1 və Cavabdeh2 tutulub İddiaçı ASC-yə ödənilməsi barədə xx.xx.2018-ci il tarixli əmr vermişdir. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə həmin əmrə etiraz vermiş, məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə əmr ləğv edilmiş, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh1 qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət edərək 646.04 manat artıq ödənilmiş pulun geri qaytarılmasını tələb etmiş, sonra iddia tələbinin həcmini artıraraq 1088.27 manat pulun İddiaçı ASC-dən alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən bank cavabdehə 24 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə hesablanmaqla 3000 manat məbləğində kredit vermişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilə üzrə götürdükləri öhdəlikləri tam yerinə yetirmədikləri üçün 747.72 manat əsas borc, 249.43 manat faiz borc, 785.11 manat cərimə olmaqla, cəmi 1782.26 manat kredit borcları qalması müəyyən edilmiş, ona görə də bank həmin borcun cavabdehlərdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 isə kredit borcun nəinki tam ödənilməsini, həmçinin, təkcə ondan 1088.27 manat pulun artıq tutulmasını, həmin pulun qaytarılmasını xahiş edir. Hesab edir ki, bank öz tələbində haqlıdır. Qanuna müvafiq qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı isə müdafiə edərək izahatında bildirdi ki, aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC ona illik 26 faiz hesablanmaqla 24 ay müddətinə 3000 manat kredit vermişdir. Kreditin ödənilməsinin təminatı olaraq bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC kredit borcun tutulması üçün məhkəmə əmrinin verilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, tələb üzrə məhkəmə əmri verilmiş, o, əmrə etiraz etdiyi üçün iş iddia icraatına keçirilmişdir. Bankla aralarında bağlanmış kredit müqaviləsinin 12-ci bəndinə əsasən kredit borcunun müqaviləyə uyğun olaraq ödənilməsi gecikdirildikdə bank borcalanın bankda olan bütün bank hesablarından, pensiya kartlarından kredit üzrə borcun, faizlərin, dəbbə pulunnun və vurulmuş zərərin məbləğini akseptsiz qaydada silmək hüququna malikdir. O, pensiyaçıdır, pensiyanı da İddiaçı ASC-dən alır. Eləcə də zamin Cavabdeh2 da əmək haqqını həmin bank vasitəsi ilə alır. O, kredit borcun hesablanmasından narazı olduğuna, onun kredit borcu qalmadığına görə iş üzrə məhkəməmühasıbatlıq ekspertizası keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. İş üzrə keçirilmiş bir neçə ekspertiza rəylərində də məlum olmuşudr ki, onun banka borcu qalmamışdır. Sonuncu məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, onun kredit borcu qalmamışdır, əksinə 1388.27 manat artıq pul ödənilmişdir. Həmin puldan da 1088.27 manat ondan, 300 manat isə zamin kimi Cavabdeh2 tutulmuşdur. Ona görə də ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin edilməsini, İddiaçı ASC-dən 1088.27 manat və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib , iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia təmin olunmamalı, qarşılıqlı iddia təmin edilməlidir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 3-xx.xx.2014-SM 2 №li xx xxxxxx 2014-cü il tarixli Təminatsız Kredit müaviləsindən (pensiyaçılar üçün kredit) görünür ki, bank Cavabdeh1 24 ay müddətinə illik 36 faiz hesablanmaqla 3000 manat məbləğində kredit verməyi, Cavabdeh1 isə müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öhdələrinə götürmüşlər. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 Məbud qızı arasında bağlanmış 3-xx.xx.2014-SM2 №-li xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviəsindən görünür ki, zamin Cavabdeh2 bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən 3000 manat məbləğində verilən krediti və ona hesablanmış faizləri qaytarılmasını öhdəsinə götürür. İşdə olan məxaric orederin surətindən görünür ki, xx xxxxxx 2014-cü ildə Cavabdeh1 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən 2850 manat kredit verilmişdir. İşdə olan məhkəmə-mahsibatlıq ekspertizasının 31741 №-li xx xxxx 2019-cu il tarixli rəyində göstərilir ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış və xx xxxxxx 2014-cü il tarixli 3-2-.08.2014-SM2 №-li kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1xx xxxxxxx 2018-ci il tarixə banka 462,91 manat artıq ödənişi olması müəyyən edilir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 17944 №-li xx xxxxxxx 2020-ci il tarixli rəyində göstərilir ki, Cavabdeh1 banka 462,91 manat artıq ödənişin olması müəyyən edilir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 9/1792 №-li xx xxxx 2020-ci il tarixli rəyində göstərilir ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərnə dair hesabdan çıxarış, arayış və xx xxxxxx 2014-cü il tarixli 3-xx.xx.2014-SM2 №-li kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx xxx 2020-ci il tarixə (son ödəniş tarixinə) banka 1388,27 manat artıq ödənişi olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC cavabdehlərdən cəmi 1782,26 manat kredit borcun qaytarılmasını tələb edir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəylərindən görünür ki, cavabdehlər banka kredit borcunu ödəmişlər. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin 12-ci bəndinə əsasən borcverən borcalanın İddiaçı ASC-də olan bütün bank hesablarından kredit üzrə gecikdirilmiş borcun və ondan istifadə üzrə faizlərin, dəbbə pulunun və vurulmuş zərərin məbləğinin akspeptiz qaydada silmək hüququna malikdir. İşə əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, kredit borcu pensiyaçı olan Sahib Muistafayevin pensiyasından və Mingəçevir şəhər Mərkəzi Xəstəxanada işləyən, zamin Cavabdeh2 əmək haqqından tutulmaqla ödənilmişdi. Məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının rəylərini sübut kimi qəbul edərək hesab edir ki, ilk iddia əsassız olduğuna görə təmin olunmamalıdır. İş üzrə məhkəmə mühasibatlıq rəylərindən, həmçinin, görünür ki, tərəflər arasında bağlanmış 3-xx.xx.2014-SM2 №li xx.xx.2014-cü il tarixli kredi tmüqaviləsi üzrə banka 1388.27 manat artıq ödəniş olmuşdur. İşə əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, 300 manat Mingəçevir şəhər Mərkəzi Xəstəxanada işləyən zamin Cavabdeh2 əmək haqqından, 1038.27 manat isə Cavabdeh1 pensiyasından tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə, hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş qarşılıqlı iddia təmin olunmalı, İddiaçı ASC-dən 1088.27 manat alnıb iddiaçı Sahib Musatafayeva verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı ASC-dən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb iddiaçı Cavabdeh1 verilməlidir. İş üzrə məhkəmə mühasibatlıq ekspertiza xərcləri olan 150 manat, 150 manat, 50 manat, cəmi 350 manat İddiaçı ASC-dən tutulub dövlət büdcəsinə keçirilməldirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun ödənilməsi tələbinə dair ilk iddia təmin olunmasın. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı ASC-dən 1088.27 (bir min səksən səkkiz manat iyirmi yeddi qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutulub iddiaçı Cavabdeh1 verilsin. İş üzrə ekspertiza xərci olan cəmi 350 (üç yüz əlli) manat İddiaçı ASC-dən tutulub aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilsin: Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı Adı Dövlət Xəzinədarlığı Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE**********00088501 Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar