Məhkəmə qərarları › İş №2(051)-230/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-230/2023

10.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-230/2023 10.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Ərizəçi: İddiaçı iştirakı ilə İddiaçı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 miras qalmış Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli 783 saylı Sərəncamı ilə qızına verilmiş Mingəçevir şəhəri, S.Vurğun küçəsində yerləşən 2/1 saylı binanın birinci mərtəbəsində yerləşən, universam təsərrüfat hesablı mağazasının anasına aid 20 kv.m hissəsinin miras əmlak kimi yalnız onun tərəfindən bütövlükdə qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X8 ərizəçinin anası olmuşdur. Ərizəçi İddiaçı anası mərhum X9 ilə X10 birgə nikahlarından xx.xx.1965-ci il tarixdə doğulmuşdur. Ərizəçinin anası Tamella xeyli müddət Mingəçevir Şəhəri, S.Vurğun küçəsində yerləşən 2/1 saylı binanın birinci mərtəbəsində yerləşən Universam təsərrüfat hesablı mağazada kassir işləmişdir. Həmin vaxt Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1994cü il tarixli 783 saylı Sərəncamı ilə X7 20 km2 ticarət üçün sahə ayrılmış və ona icarəyə verilmişdir. Bununla bağlı sübutlar təqdim edilmişdir. Sözügedən sahə təmsil etdiyi şəxsin qızının istifadəsində və sərəncamında olmuşdur. xx.xx.2018-ci il tarixdə X11 vəfat etdikdən sonra isə sözügedən sahəni ərizəçi idarə etmişdir. Lakin hazırda sözügedən ticarət obyektinin özəlləşməsi ilə bağlı iş var və bu səbəbdən vərəsəlik müəyyən olunmalıdır. X13 ərizəçıdən başqa birinci növbə vərəsəsi yoxdur. Hazırki işi məhkəmə qaydasında həll etməkdən başqa yolu yoxdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sözügedən miras əmlak ərizəçinin tərəfindən qəbul olunmuş və idarə olunur. Lakin Notariat Kontoruna müraciət etdikdə ərizəçiyə Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi notariusu məktubla “mirasın qəbulu faktı ilə əlaqədar” məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Onun anasından qalmış miras əmlakı başqa yolla qəbul etmək imkanı yoxdur. Odur ki ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı ərizəçi, əsasən ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.1965-ci il tarixdə X14 ilə X4 birgə nikahlarından doğulmuşdur. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 783 saylı sərəncamından çıxarışdan görünür ki, Mingəçevir şəhəri, S.Vurğun küçəsi 2/1 saylı binanın birinci mərtəbəsindəyerləşən ticarət zalından binanın daxilində heç bir yenidənqurma və tərtibat işləri aparılmadan, daxili və xarici qapılar təşkil edilmədən 20 kv.m hissəsi X6 icarəyə verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 03/Q-202/15 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1942-ci il tarixdə Goranboy kəndində doğulmuş X8 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlamaya əsasən qızı X12 müəyyən olunmuşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-202/15 saylı məktubdan görünür ki, mərhum X5 adına Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 109 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “Mingəçevir, Mehmandarov küç., ev 26 ” qeyd olunmuşdur. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 707 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X3 Mingəçevir şəhəri, S.Vurğun küçəsində yerləşən 2/1 saylı binanın birinci mərtəbəsndə yerləşən universam təsərrüfat hesablı mağazanın 20 kv.m hissəsi miras qalmışdır. Ərizəçi həmin universam təsərrüfat hesablı mağazanın 20 kv.m hissədən miras açılan gündən bu günə kimi mağaza kimi istifadə etməklə miras əmlak kimi faktiki qəbul etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış Mingəçevir şəhəri, S.Vurğun küçəsində yerləşən 2/1 saylı binanın birinci mərtəbəsndə yerləşən universam təsərrüfat hesablı mağazanın mərhum X6 aid 20 kv.m hissəsi ərizəçi İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 695.1-ci maddəsinə əsasən kirayəçinin öldüyü halda kirayə müqaviləsi üzrə hüquq münasibətləri, əgər başqa kirayəçilər varsa, onlarla davam etdirilir. Başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq münasibətləri vərəsələrlə davam etdirilir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Həmin Məcəllənin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ərizəçi İddiaçı X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, həmçinin qeyd edir ki, mərhum X5 digər vərəsələri olmadığından sözügedən miras əmlak yalnız ərizəçi tərəfindən faktiki qəbul edilməsi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış, Mingəçevir şəhəri, S.Vurğun küçəsində, 2/1 saylı binanın birinci mərtəbəsində yerləşən universam təsərrüfat hesablı mağazasının 20 kv.m hissəsi yalnız ərizəçi İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar