Məhkəmə qərarları › İş №2(051)-232/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-232/2023

23.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-232/2023 23.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçi (iddiaçı): İddiaçı1 iştirakı ilə İddiaçılar (Ərizəçilər) İddiaçı1 və İddiaçı2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 17 saylı ərazi idarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 01 saylı qərarı ilə onlara verilmiş Bərdə rayonu, Lənbəran kəndində yerləşən 2.99 ha torpaq sahəsinə verilmiş Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi və qeyd olunmuş yalnışlıqların düzəldilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddiaçılar iddia tələbinin dəqiqiləşdirilməsi və həcminin azaldılmasıbarədə ərizə ilə məhkəməyə müraciət edərək onların ərizəçi, iddia ərizəsinin isə ərizə, cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 7 saylı ərazi idarəsinin isə maraqlı şəxs qismində qeyd edilməsi, həmçinin yalnız Bərdə rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 01 saylı qərarı ilə onlara verilmiş Bərdə rayonu, Lənbəran kəndində yerləşən 2.99 ha torpaq sahəsinə verilmiş Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi İddiaçı1 məhkəmə iclası zamanı, əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Azərbaycan Respublikası Bərdə rayonu Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı qərarı ilə ona ailə üzvləri ilə birlikdə Bərdə rayon Lənbəran kəndində yerləşən 2.99 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-212 KOD-61000048 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsi onun və ailə üzvlərinin adınadır. Ona və İddiaçı2 verilmiş dövlət aktında səhvlik olması hazırda aşkar edilmişdir. Belə ki, onun soyadı Salmanzadə olduğu halda səhvən Əyyubova kimi, digər ərizəçi olan bacısının soyadı və adı Ağalarova (Salmanzadə) Təhminə Hümbət qızı olduğu halda səhvən, X2 yazılmışdır . Mövcud yalnışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etsələr də, həmin orqan tərəfindən onlara məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Hesab edir ki, həmin dövlət aktının ona və digər iddiaçı olan bacısına məxsus olması faktı müəyyən edilməlidir. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi İddiaçı2 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə İddiaçı2 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə ərizəçi İddiaçı2 və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı1 məxsus doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1992-ci il tarixdə X11 ilə X3 birgə nikahından doğulmuşdur. İşdə olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 58 saylı arayışından görünür ki, torpağa mülkiyyət hüququna dair JN-212 kod 61000048 saylı dövlət aktında qeyd edilmiş X9 ilə İddiaçı1 eyni şəxsdir. işdə olan X1 məxsus doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1994-cü il tarixdə X11 ilə X3 birgə nikahından doğulmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 ilə X4 xx.xx.2018-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Nikah bağlandıqdan sonra arvada Ağalarova soyadı verilmişdir. İşdə olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 57 saylı arayışından görünür ki, torpağa mülkiyyət hüququna dair JN-212 kod 61000048 saylı dövlət aktında qeyd edilmiş X10 ilə İddiaçı2 eyni şəxsdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********64 saylı məktubdan görünür ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə ad, ata adı və soyadların dəyişdirilərək qeydiyyata alınması ərazi idarəsinin səlahiyyətinə aid olmadığından ərizəçiyə məhkəməyə müraciət etməli olması bildirilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-212 KOD 61000048 saylı dövlət aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bərdə rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 01 saylı qərarı ilə X7 və onun ailə üzvləri olan X5, X6 və X8 Bərdə rayonu, Lənbəran kəndində yerləşən 2.99 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********75 saylı məktubdan görünür ki, iddia tələbi 7 saylı Bərdə Ərazi İdarəsinin hər hansı bir hüquq və maraqlarına toxunmur. Odur ki, sözügedən iddia tələbinə dair qanunamüvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İşdə olan X14 Xidmət mərkəzində Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 05/09/S/055316-22 saylı arayışından görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X5 aid xx.xx.2022-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və xx.xx.1965-ci il tarixdə doğulmuş əri X11, xx.xx.1992-ci il tarixdə doğulmuş qızı İddiaçı1 və xx.xx.1994-cü il tarixdə doğulmuş qızı İddiaçı2 barədə məlumatlar aşkar edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Bərdə rayonu, Lənbəran kəndində yerləşən 2.99 ha torpaq sahəsi ərizəçi və onun ailə üzvlərinə Bərdə rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 01 saylı qərarı ilə JN-212 KOD 61000048 saylı Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında verilmişdir. Lakin həmin sənəddə İddiaçı1 soyadı səhvən “Əyyubova”, İddiaçı2 isə soyadı və adı səhvən “ X10” kimi yazılmışdır. Hazırda ərizəçilər sənəddəki ad və soyad uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə edə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Bərdə rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 01 saylı qərarı ilə JN-212 KOD 61000048 saylı Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında mülkiyyət hüququ ərizəçilərə məxsusdur, həmin sənəddə yazılmış “X9” nın soyadı “İddiaçı1” kimi, “X10” nun soyadı və adı “İddiaçı2” kimi, oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Bərdə rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 01 saylı qərarı ilə JN- 212 KOD 61000048 saylı Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin Bərdə rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 01 saylı qərarı ilə JN-212 KOD 61000048 saylı Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının özlərinə məxsus olmasını məhkəmədən kənar qaydada əldə etmələri imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Bərdə rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 01 saylı qərarı ilə JN-212 KOD 61000048 saylı Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının İddiaçı1 və İddiaçı2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar