Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-233/2021 27.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Cavabdehnın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı etibardan sui-istifadə və ya aldatma yolu ilə aldığı pulun və vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun etibarından sui istifadə etmə və aldatma yolu ilə ondan Kollecə qəbul adı ilə aldığı 3500 (üç min beş yüz) ABŞ dolları və təhsil xərci adı ilə aldığı 3000 (üç min) ABŞ dolları məbləğində pulun, mənəvi zərərin əvəzi kimi 50000 (əlli min) manat vəsaitin ödənilməsi, həmçinin, Cavabdeh cinayət məsuliyyətinə cəlb olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, o, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılaraq qərar qəbul olumasını xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Mingəçevir şəhərində yerləşən “Avromed” klinkasının rəhbəri Cavabdeh onu aldadaraq ondan 6500 ABŞ dolları alıb mənimsəmişdir. Belə ki, ailəsinin əvvəldən tandığı Cavabdeh onun tibbi təhsil almaq istədiyini bildiyi üçün ona kömək edə biləcəyini demiş və 2014-cü ildə ondan Gürcüstan Respublikasında fəaliyyət göstərən X2 tibb bacısı ixtisasına qəbul üçün 3500 ABŞ dolları almışdır. Həmçinin, təhsil pullu olduğuna görə oxduğu müddətdə təhsil xərcinə ödəmək üçün Şıxəli həkimə 10.02.2014-cü il tarixdə 1500 ABŞ dolları,15.12.2014-cü il tarixdə 500 ABŞ dolları, 20.04.2015-ci il tarixdə 500 ABŞ dolları, 15.05.2015-ci il tarixdə yenə də 500 ABŞ dolları məbləğində məbləğində pul vermişdir. Cavabdeh da öz növbəsində ona gürcü dilində yazılmış və üzərində möhür olmayan pul qəbzləri təqdim etmişdir. O da cavabdehi uzun illərdir tanıdğından ona inanmışdır. Təhsili başa çatandan sonra ona verilmiş diploma tibb bacısı ixtisası yox, kiçik tibb bacısı yazıldığını gördükdə etiraz etmişdir. Bunu Cavabdeh, onun “iş aşıran” dostu Mustafa adlı şəxsə və bacanağı X3 bildirmişdir. Cavabdeh və qohumları ona müxtəlif bəhanələr gətirərək ondan əlavə 6 ay təhsil almağını və tibb bacısı ixtisasının veriləcəyini dedilər. O, artıq həmin illərdə aldadıldğını başa düşüdüyündən Cavabdeh ondan aldığı pulları geri qaytatmasnı xahiş etmişdir. Ancaq cavabdeh dəfərlərə onu müxtəlif bəhanələrlə aldadaraq pulu qaytaracağını desə də, yenə də pulu ona qaytarmadı. Qısa bir müddət sonra o, üzləşdiyi vəziyyətdən dərin psixoloji sarsıntılar keçirdi və dəfələrlə səhhəti ağırlaşıdı. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ziyan dəyməsi və aldadılması səbəbindən müxtəlif hüquq mühafizə orqanlarına müraciət etmişdir. Lakin cavabdehin müdaxilələri nəticəsində onun barəsində heç bir qanuna müvafiq tədbir görülməmişdir. Ona görə də Cavabdeh tərəfindən onun etibarından sui istifadə etmə və aldatma yolu ilə ondan Kollecə qəbul adı ilə aldığı 3500 (üç min beş yüz) ABŞ dolları və təhsil xərci adı ilə aldığı 3000 (üç min) ABŞ dolları məbləğində pulun, mənəvi zərərin əvəzi kimi 50000 (əlli min) manat vəsaitin ödənilməsi, həmçinin Cavabdeh cinayət məsuliyyətinə cəlb olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirdi ki, İddiaçı uzun müddətdir tanıyır. Heç vaxt İddiaçı aldatmamış və ondan pul almamışdır. Bir neçə il əvvəl İddiaçı onun yanına gələrək Gürcüstanda tibb təhsili almaq istədiyini və onu bacanağı olan X4 ilə tanış etməsini xahiş etmişdir. Onun bacanağı Rüstəm tez-tez Gürcüstana gedib-gəlir, sərnişin aparıb – gətirir. O, İddiaçı bacanağı Rüstəm Rüstəmov ilə tanış etmişdir. Lakin bundan sonra aralarında olan söhbətdən xəbəri olmamışdır. İddianın heç bir əsası yoxdur. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən əhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbində cavabdeh onu aldadaraq ondan kolecə qəbul adı ilə 3500 ABŞ dolları, təhsil xərci adı ilə də 3000 ABŞ dolları aldığını bildirmişdir. Lakin tələbini təsdiq edən sübutu məhkəməyə, təqdim etməmişdir. İddiaçı tələbində, həmçinin, cavabdehdən mənəvi zərərin əvəzi kimi 50 000 (əlli min) vəsaitin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi haqqında işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halda qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Eyni zamanda həmin bənddə məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsalat-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Şərəf və ləyaqəti ləkələyən məlumatların doğru olub -olmamasını sübut etmə vəzifəsi həmin məlumatları yayan şəxsin üzərinə düşür. İddia tələbinin qanuni əsasları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində mənəvi zərərin ödənilməsi barədə birbaşa göstəriş olmasa da «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 41-ci maddəsində göstərilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan mübahisələr, Azərbaycan Respublikası Mülki Məcəlləsinin «Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlikləri müəyyən edən İX bölməsinin qaydalarına əsasən nizamlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərər çəkənin onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 23.4-cü maddəsində deyilir ki, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Bundan başqa, Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsində göstərilir ki, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarda qanunvericiliyin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər-insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndində göstərilir kİ, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İş materiallarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı barəsində şərəf və ləyaqəti alçaldan ifadələr işlətməsi və ya ona qarşı şərəf və ləyaqətini alçaldacaq hər hansı bir hərəkət etməsi iş materialları ilə öz əksini tapmamışdır. Cavabdehin hər hansı bir ifadəsi isə iddiaçının şüurunda müəyyən mənfi reaksiyaya səbəb olmamış və o, mənəvi sarsıntı keçirməmişdir. Həmin hərəkətlər nəticəsində iddiaçının sağlamlığının pozulması, yəni iztirab keçirməsi barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Müəyyən edilmişdir ki, iddiaçı yaxın qohumlarını və ya iş yerini itirməmiş, fəal ictimai həyat tərzindən məhrum olmamış, şəxsi, ailə və tibbi sirləri açıqlanmamış, hər hansı başqa hüquqları məhdudlaşdırılmamış, o, həmin hüquqlarından məhrum olmamış, yaxud da onun əmlak hüquqları pozulmamışdır. İddiaçı öz tələbini təsdiq edən, yəni cavabdehin onun şərəf və ləyaqətini alçaldan hər hansı bir hərəkət etməsi və cavabdehin onun barədə hər hansı məlumatı yayması barədə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 78.2-ci madədsində göstərilri ki, İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı tələbini əsaslandırdığı hər hansı sübutu məhkəməyə təqdim etməmişdi və ya sübutları müstəqil əldə etmək imkanı olmadığına görə həmin sübutları tələb etmək barədə məhkəməyə vəsatət verməmişdir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı iş üzrə» 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı, həmçinin iddia tələbində Cavabdeh onun etibarından sui-istifadə etdiyinə və aldatma yolu ilə ondan pul aldığına görə cavabdehin cinayət məsuliyyətinə cəlb olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə mülki xarakterli deyil və cinayət məsuliyyətinə cəlb olunma barədə qətnamə çıxarılması qanuna müvafiq deyil. Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Lakin məhkəmə iclasında cavabdeh iddiaçının etibarından sui-istifadə etməsi, onu aldatması müəyyən edilmədi. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Təyyub qızının Cavabdeh qarşı etibardan sui-istifadə və ya aldatma yolu ilə ondan kolecə qəbul adı ilə aldığı 3500 (üç min beş yüz) ABŞ dolları, təhsil xərci adi ilə aldığı 3000 (üç min) ABŞ dollar, mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manat vəsaitin ödənilməsi tələbinə dair iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinın Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-233/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-233/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver