Məhkəmə qərarları › İş №2(051)-2373/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2373/2025

15.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2373/2025 15.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı barışıq sazişinin müvafiq bəndlərinin etibarsız hesab edilməsi və aliment tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı barışıq sazişinin müvafiq bəndlərinin etibarsız hesab edilməsi və aliment tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlə aralarında xx.xx.2023cü il tarixdə Mingəçevir 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişində qeyd edilən 2-ci bənd üzrə "aliment ödənişindən birdəfəlik imtina" hissəsinin etibarsız hesab edilməsi və sabit pul məbləğində aliment ödənişinin təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Cavabdehlə aralarında xx.xx.2023-cü il tarixdə Mingəçevir 1 saylı Mediasiya Təşkilatında uşaqların ananın himayəsinda qalması və mənzildə yaşayış hüququ qarşılığında aliment ödənişindən birdəfəlik imtina barədə Barışıq sazişi bağlanmışdır. Cavabdeh uşaqlara könüllü olaraq maddi yardım göstərəcəyini bildirsə də, lakin heç bir maddi köməklik göstərmir. Ona görə də, cavabdehlə aralarında xx.xx.2023-cü il tarixdə Mingəçevir 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin 2-ci bəndinin etibarsız hesab edilməsi və xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 anası İddiaçı, atası Cavabdehdur. İşdə olan xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin 2-ci bəndindən görünür ki, Birinci tərəf ( Cavabdeh Fərhad oğlu) ilə ikinci tərəf ( X2) arasında bağlanmış sazişə əsasən birinci tərəf Mingəçevir şəhəri, Kənar küçəsi 2-ci döngə, 25 (Yeni qaydalarla : AZ 4508 , ünvan 1 ünvanında yerləşən mənzildə ikinci tərəfə daimi yaşamaq hüququ verməyi və Mingəçevir şəhəri, Kənar küçəsi 2-ci döngə, 25 (Yeni qaydalarla : AZ 4508 , ünvan 1 ünvanında yerləşən mənzili övladı X4 notarial qaydada bağışlamağı öz öhdəsinə götürür. İkinci tərəf isə mənzildə ona verilən daimi yaşamaq hüququ qarşılığında aliment tələbindən birdəfəlik imtina edir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 01/2024 nömrəli 23 fevral 2024-cü il tarixli qərardadından görünür ki, məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılması barədə iddiaya əqdin etibarsızlığına dair qanunda nəzərdə tutulan ümumi əsaslarla baxıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.6–cı maddəsinə əsasən bu Məcəllənin 339.1–339.4–cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 339.2–ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3–cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 337.2–ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında, əqdin subyekt tərkibinə dair şərtlər, əqdin məzmununa dair şərtlər, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər və əqdin formasına dair şərtlər dörd kateqoriyada qruplaşdırılmışdır. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 33.3-cü maddəsinə əsasən Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçının izahatını, iddiaçı və cavabdehin ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, tərəflər rəsmi nikah bağlamaqla evlənmişlər. Onların birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 doğulmuşdur. Uşaqların ananın yanında qalması, birinci tərəfin( Cavabdeh Fərhad oğlu) Mingəçevir şəhəri, Kənar küçəsi 2-ci döngə, 25 (Yeni qaydalarla : AZ 4508 , ünvan 1 ünvanında yerləşən mənzildə ikinci tərəfə( X2) daimi yaşamaq hüququ verməyi və Mingəçevir şəhəri, Kənar küçəsi 2-ci döngə, 25 (Yeni qaydalarla : AZ 4508 , ünvan 1 ünvanında yerləşən mənzili övladı X4 notarial qaydada bağışlamağı öz öhdəsinə götürməsi, ikinci tərəfin isə mənzildə ona verilən daimi yaşamaq hüququ qarşılığında aliment tələbindən birdəfəlik imtina etməsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə “barışıq sazişi” bağlanmışdır. Hazırda iddiaçı barışıq sazişinin 2-ci bəndinin etibarsız hesab olunmasını və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən aliment tələb edir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında barışıq sazişi bağlandıqda formal tələblərə əməl olunsa da, iddiaçının alimentdən imtina etməsinə dair müqavilə şərtləri, azyaşlı uşaqların qanuni maraqlarına və üstün mənafeyinə uyğun olmadığına görə qanunvericiliyə zidd hesab edilməlidir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Belə ki, barışıq sazişinin 2- ci bəndinə əsasən, birinci tərəf ( Cavabdeh Fərhad oğlu) Mingəçevir şəhəri, Kənar küçəsi 2-ci döngə, 25 (Yeni qaydalarla : AZ 4508, ünvan 1 ünvanında yerləşən mənzildə ikinci tərəfə (X2) daimi yaşamaq hüququ verməyi və Mingəçevir şəhəri, Kənar küçəsi 2-ci döngə, 25 (Yeni qaydalarla : AZ 4508, ünvan 1 ünvanında yerləşən mənzili övladı X4 notarial qaydada bağışlamağı öz öhdəsinə götürməsi, ikinci tərəfin isə mənzildə ona verilən daimi yaşamaq hüququ qarşılığında aliment tələbindən birdəfəlik imtina etməsinə dair hissədə mübahisəli barışıq sazişi azyaşlı uşağın saxlanması üçün vəsait (aliment) almaq hüququnun pozulması yolu ilə bağlanmış, çünki nəinki iddiaçının, ümumiyyətlə, heç bir valideynin alimentdən imtina etmək hüququ qanunda nəzərdə tutulmamışdır. Belə ki, Ailə Məcəlləsinin 55-ci maddəsinə görə uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait (aliment) almaq hüququna malikdir. Aliment şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olsa da, onlar tərəfindən yalnız uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənməlidir. Göründüyü kimi uşağa digər valideyn tərəfindən ödənilməli olan aliment məbləği uşağın saxlanması, tərbiyəsi və təhsili üçün nəzərdə tutulmuşdur. Belə olan halda iddiaçının alimentdən imtina etməsi uşağın qanunla qorunan hüquqlarına və mənafelərinə ziddir. Bununla da həmin hissədə barışıq sazişi bağlanan zaman Mülki Məcəllədə müəyyən olunmuş şərtlər pozulmuşdur. Ona görə də iddiaçının cavabdehə qarşı barışıq sazişinin 2ci bəndinin etibarsız hesab edilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin 2-ci bəndi etibarsız hesab edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşaqların maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,25 misli olmaqla, cəmi 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, uşaqlar iddiaçının yanında yaşayırlar və onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və iddiaçının yanında yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,25 misli olmaqla, cəmi 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 234 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin 2-ci bəndi etibarsız hesab edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər təqvim ili üzrə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli olmaqla, cəmi 0,5 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar