Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2391/2023 27.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh yetkinlik yaşına çatmayan övladları xx.xx.2013-cü il təvəllüdlü Gülay və xx.xx.2019-cu il təvəllüdlü Alisa adlı qızlarının saxlanması üçün hər ay əmək haqqı ilə yanaşı digər bütün gəlirlərin 1/3 qədər aliment tutulub onun xeyrinə verilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2013-cı il təvəllüdlü Gülay və xx.xx.2019-cu il təvəllüdlü Alisa adlı qızları vardır. Nikahlarıxx.xx.2021-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Övladları onun himayəsindədir. Mingəçevir şəhər məhkəməsinin 20 may 2022-ci il tarixli 2(051)- 1283/2022 saylı qətnamə ilə aralarında olan nikah pozulmuş, övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Hazırda uşaqlar böyümüşlər məktəb, məktəbdənkənar və məktəbəqədər təlim-tərbiyə xərcləri və yaşayışları ilə bağlı gündəlik tələbatları xeyli artmışdır. Hazırki şəraitdə o, uşaqların gündəlik tələbat və xərclərini ödəməkdə ciddi çətinliklərlə üzləşir. Məlumat üçün bildirir ki, cavabdeh dövlət qulluqçusu olaraq Mingəçevir Asan Xidmət mərkəzində maliyyə şöbəsində çalışır. Cavabdeh əmək haqqından əlavə müvafiq işçilər üçün dövlətin müəyyən etdiyi əmək haqqı ilə bağlı imtiyaz və güzəştlərdən, həmçinin Asan xidmət mərkəzinin onun müəyyən etdiyi əlavə gəlir və qazanclar əldə edir. Ona görə də alimentin AR Ailə məcəlləsinin 112-ci maddəsinə müvafiq olaraq alimentin məbləğinin dəyişdirilərək artırılması zərurəti yaranmışdır. Qeyd olunanları nəzərə alaraq iki azyaşlı övladı üçün ödənilən alimentin cavabdehin əldə etdiyi bütün gəlir, qazanc və digər imtiyaz məbləğlərinin nəzərə alınmaqla artırılmasını tələb etmək hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı bildirdi ki, hər ay hər uşaq üçün 200 manat sabit aliment ödəyə biləcəyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən qətnamə qəbul edilməsini xahiş edirəm. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli, AZ-İ №412357 nömrə ilə qeydə alınmış nikahın pozulması haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İşdə olan AZ-İİİ saylı 774604 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2016-cı il tarixdə X1 adlı uşaqları doğulmuşdur. İşdə olan AZ-İV saylı 250555 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2019-cu il tarixdə X2 adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1283/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü Gülay və xx.xx.2019-cu il təvəllüdlü Alisa adlı uşağların yetkinlik yaşına çatana kimi saxlanması üçün əmək haqqının üçdə bir hissəsi miqdarında alimentin alınaraq İddiaçı ödənilməsinə dair barışıq sazişinin təsdiq olunması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müƏliəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəllənin 76.1 və 76.1.2-ci maddələrində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən uşaqlar üçün valideyinlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Məhkəmə, uşağın mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü Gülay və xx.xx.2019-cu il təvəllüdlü Alisa uşağların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqı ilə yanaşı digər bütün gəlirlərin 1/3 qədər aliment tutularaq İddiaçı verilməlidir. Qeyd etmək lazımdır ki, alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü Gülay və xx.xx.2019-cu il təvəllüdlü Alisa adlı uşağların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elza Cəbrayılzadə