Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-24/2023 28.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı, nümayəndəsi,Vəkil2, Cavabdeh, nümayəndəsi,Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı hasarın çəkilməsinə cavabdeh tərəfindən maneənin aradan qaldırılması tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri Babək küçəsində yerləşən 36/14 və 36/14”A” №-li fərdi yaşayış evlərinin və torpaq sahəsinin sərhəd nöqtələrinin müəyyən edilməsi və həmin fərdi yaşayış evlərinin kəsişməsində hasarın çəkilməsində cavabdeh tərəfindən maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Mingəçevir şəhəri Babək küçəsində yerləşən 36/14 və 36/14”A” №-li fərdi yaşayış evlərinin və torpaq sahəsinin sərhəd nöqtələrinin hasarın çəkilməsinə cavabdeh tərəfindən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin torpaq sahəsi və fərdi yaşayış evinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ona Çıxarış verilmşdir. ünvan 2 ünvanda yerləşən ev isə Cavabdeh məxsusdur. Uzun müddətdir aralarında mübahisə gedir. O, mübahisəyə son qoymaq üçün evlərin yerləşdiyi sərhəddən hasar çəkdirmək istəyir. Lakin cavabdeh buna imkan vermir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını, Mingəçevir şəhəri Babək küçəsində yerləşən 36/14 №-li və 36/14 “A” №-li fərdi yaşayış evlərinin və torpaq sahələrinin sərhəd nöqtələrindən hasarın çəkilməsinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə etdi, iddiaçının izahatına uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddiaçı Mingəçevir şəhəri Babək küçəsində yerləşən 36/14 və 36/14”A” №-li fərdi yaşayış evlərinin və torpaq sahələrinin sərhəd nöqtələrinin müəyyən edilməsi,evlərin kəsişməsində hasarın çəkilməsinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyində qeyd edilmişdir ki, Çıxarışla İddiaçı Xald oğlunun mülkiyyətində olan torpaq sahəsinin və Cavabdeh məxsus torpaq sahəsinin sərhəd nöqtələri müəyyən edilmişdir. Bundan əlavə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə Çıxarış əsasında tərəfləin mülkiyyətində olan torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin sərhəd nöqtələri göstərilmişdir. İddianın təmin oluunmasını, Çıxarışa əsasən ünvan 2 və 36/14 “A” №-li fərdi evlərin sərhəd nöqtələrində hasar çəkilməsinə cavabdeh tərəfindən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, uzun müddətdir, iddiaçı ilə evlərinin sərhədlərilə bağlı aralarında mübahisə gedir. Çıxarışlara əsasən, 17 sylı Ərazi idarəsinin mütəxəssisi tərəfindən göstərilən yerdən iddiaçı tərəfindən hasar çəkilməsinə etiraz etmir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında cavabdehin izahatına uyğun izahat verərək bildirdi ki, mübahisəli torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə baxış keçirildi, tərəflərə verilmiş mülkiyyət hüququnu təsdiq edən Çıxarışlara əsasən torpaq sahələri arasındakı sərhəd onlara tanıdıldı. Çıxarışa əsasən də müəyyən edilən sərhəddən iddiaçıın hasar çəkdirməsinə maneə yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə məhkəmə mübahisəli torpaq sahəsinə baxış keçirmişdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edi ki, iddia təmin olunmalıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, Mingəçevir şəhər ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, Mingəçevir şəhər ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinn 2(051)-28/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsindən göünür ki, Həsənova X1 şəhər ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsində zəbt etdyi 21,56 kvm olan hissəsini boşaltması, Həsənova X1 şəhər ünvan 3 ünvanda yerləşən və İddiaçı məxsus fərdi yaşayış evinin 5 saylı otağının pəncərəsinin qarşısına hörmüş olduğu kərpicləri öz vəsaiti hesabına sökməsi qət edimişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının 2(107)-1739/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsindən göünür ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir şəhər məhkəməsinin 2(051)-28/2020 №-li 02 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/2769 №-li 03 oktyabr 2022-ci il tarixli rəyində göstərilir ki, Mingəçevir şəhər ünvan 3 ünvanda yerləşən Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən PX seriyalı, ******* nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin və Cavabdeh məxsus torpaq sahəsinin sərhəd nöqtələri müəyyən edilmiş və həmin torpaq sahəsinin faktiki vəziyyətinin, planlı yerləşməsi texniki pasportun göstərilməsinə uyğun olduğu müəyyən olunmuşdur. İddiaçı məxsus 5 saylı otağın kəsişməsi ilə cavabdehə məxsus yaşayış otağının kəsişməsindən hasarın çəkilməsi cavabdehin mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşdüyündən həmin hasarın çəkilməsinin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən olunur. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının 10/8216 №-li 28 dekabr 2022-ci il tarixli rəyində göstərilir ki, Mingəçevir şəhər Babək küçəsində yerləşən X2 mülkiyyətində olan 36/14 “A” saylı evlə Cavabdeh mülkiyyətində olan 36/14 saylı evin sərhəd nötələrindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin 73.1 və 73.1.1-ci bəndlərinin tələblərinə riayət edilməklə (hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamaqla) hasarın çəkilməsi tikinti-norma və qaydalarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materialları ilə müəyyən edildi ki, Mingəçevir şəhəri ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh, ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı mülkyyətindədir. Uzun müddətdir tərəflər arasında torpaq sahəsi, tikinti ilə bağlı mübahisələr gedir. İddiaçı mübahisələrə son qoymaq, normal şəraitdə yaşamaq üçün torpaq sahələrinin sərhəd nöqtələrindən hasar çəkmək istəyir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları qeyd edilən maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək, iddiaçının mülkiyyətçi kimi hüquqlarını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, Mingəçevir şəhəri Babək küçəsində yerləşən 36/14 və 36/14”A” №-li ünvanda yerləşən fərdi yaşayış evlərinin və torpaq sahəsinin sərhəd nöqtəsindən tikinti norma və qaydalarına uyğun olaraq, hündürlüyü 2 metr 20 santimetrdən çox olmamaqla hasarın çəkilməsinə cavabdeh tərəfindən müneələr aradan qaldırılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 100 manat İddiaçı, 100 manat ekspertiza xərci Cavabdeh alınıb Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. Mingəçevir şəhəri ünvan 5 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi ilə 36/14 №li ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin sərhəd nöqtələrində İddiaçı tərəfindən tikinti norma və qaydalarına uyğun, hündürlüyü 2 metr 20 santimetrdən çox olmamaqla hasarın çəkilməsinə Cavabdeh tərəfindən maneələr aradan qaldırılsın. İş üzrə ekspertiza xərci olan 100(bir yüz) manat İddiaçı, 100(bir yüz) manat Cavabdeh alınıb Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-24/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-24/2023
28.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver