Məhkəmə qərarları › İş №2(051)-242/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-242/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-242/2021 21.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Musayeva Günel Şövkət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı artıq ödənilmiş pul tələbinə və borcun silinməsi barədə arayışın verilməsi tələbinə dair mülki iş materiallarına baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı artıq ödənilmiş pul tələbinə və borcun silinməsi barədə arayışın verilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsində Cavabdeh ASC-nin ünvanı Mingəçevir şəhəri Füzuli küçəsi 24B göstərilsə də bunu təsdiq edən sənəd iş materiallarına əlavə olunmamışdır. Ancaq müəyyən edilmişdir ki, Cavabdeh ASC-nin ünvanı Bakı şəhəri Ə.Rəcəbli küçəsi 21 B-dir. Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən məhkəmənin öz icraatına qəbul etdiyi işi, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa o halda başqa məhkəməyə verilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Məhkəmə hesab edir ki, iş aidiyyət qaydaları pozulmaqla icraata götürülmüşdür, ona görə də aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Nərimanov rayon məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35.3, 44.2.2, 45.2, 263-264 və 267-268ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı artıq ödənilmiş pul tələbinə və borcun silinməsi barədə arayışın verilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar