Məhkəmə qərarları › İş №2(051)-2432/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2432/2022

18.11.2022 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2432/2022 18.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı Kreditor Borclu qarşı aliment tələbinə dair əmr icraatı qaydasında verilmiş ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı Kreditor cavabdeh Borclu qarşı aliment tələbinə dair məhkəmə əmrinin çıxarılması haqqında Mingəçevir Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əmr icraatı qaydasında baxılan işlər üçün olan zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kreditor 25 fevral 2016-cı il təvəllüdlü X1 üçün cavabdeh, yəni Borclu aylıq qazancının ¼ hissəsinin aliment kimi tutulub kreditora ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ancaq cavabdehin harda işlədiyini və əmək haqqının məbləğinin təsdiq edən sənədlər ərizəyə daxil edilməmişdir. Belə olan halda ərizəyə əmr icraatı qaydasında məhkəmədə baxılması mümkün deyildir. Belə ki, tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, MPM-in 276-cı maddəsində məhkəmə əmri verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Göründüyü kimi ərizə əmr icraatı qaydasında baxılan işlər üçün nəzərdə tutulmuş zəruri tələblərə cavab vermədiyindən, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. 279.3. Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Kreditor cavabdeh Borclu qarşı aliment tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar